Məhkəmə qərarları › İş №3(004)-4104/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4104/2023

11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4104/2023 11.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin direktoru X3 vəkili Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Hüquqi ünvanı AZ1122, ünvan 1n Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət 38743.40 ABŞ dolları məbləğində vəsaiti 06 iyul 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 38743.40 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 07 iyul 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC -nin direktoru X3 vəkili Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X2 özlərini təqsirli bilməyərək, hüquqi şəxs tərəfindən həmin inzibati xətanın törədilmədiyini bildirmişdir. Belə ki, X3 etibarından sui-istifadə edərək onu işə düzəltmək adı ilə sənədləri alınmış və onun adından Şəxs MMC təsis edilmişdir. Lakin faktiki olaraq həmin şirkətin təsisçisi və direktoru olan X3 bundan xəbəri olmamışdır. Bununla əlaqədar olaraq, onlar hüquq-mühafizə orqanlarına da şikayət etmişdirlər. Qeyd olunanları nəzərə alaraq, barələrində aparılan inzibati xətalar haqqında iş üzrə aparılan icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli köçürmə ərizəsindən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci ildə “VTN.LTD“-nin hesabına qabaqcadan 38743.40 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq departamentinin direktoru tərəfindən xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolla olan xx.xx.2021-ci il tarixli köçürmə ərizəsi ilə və "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanan xx.xx.2023-cü il tarixli, 6914 nömrəli məktubla tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək (EP ******* saylı protokol üzrə) inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 38743.40 (otuz səkkiz min yeddi yüz qırx üç dollar 40 sent) ABŞ dolları məbləğinin 20 faizi miqdarında, yəni 7748.68 (yeddi min yeddi yüz qırx səkkiz dollar 68 sent) ABŞ dolları məbləğində (ödəniş gününə olan məzənnə üzrə manatla) cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar