Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-412/2020 25.02.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə, X6 X9 iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X10 onun barəsindəolan İXM-nin 327.2-ci maddəsi iləAzərbaycan Respublikası DİN Bakı şəhər BPİ Dövlət X11 qəbul etdiyi ******* saylı, xx.xx.2019-cu il tarixliqərarından şikayət verərək, Bakı şəhəri DYPİ YPX inspektoru polis sıravisi X7 tərəfindən barəsində tərtib edilmiş İXP ******* saylı xx xxxxx 2019-cu il tarixli X9 Protokolun və həmin protokol əsasında Bakı şəhəri DYPİ-nin polis baş leytenantı X15 oglu tərəfindən çıxarılmış ******* saylı, xx.xx.2019-cu il tarixliqərarın ləğv edilməsi və X9 iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə Niyazi küçəsi Azneft dairəsində idarə etdiyi “Nissan Sunny” avtomobil ilə Azneft dairəsinə daxil olub hərəkət edərkən saat 16:00 radələrində Bakı şəhəri DYPİ YPX insopektoru polis siravisi X7 onu saxlamış və onun tərəfindən barəsində İXP ******* saylı protokol tərtib etmişdir. İnspektor protokolda onun Niyazi küçəsi Azneft dairəsində yol ayrıcını keçid qaydalarını pozmağını və İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə törətmiş olduğu inzibati xətaya görə məsuliyyət müəyyən etmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, heç bir qayda pozmadığını bildirsə də, inspektor razılaşmamış, sübut olaraq video görüntünün mövcud olduğunu və Təhlükəsiz Şəhər kamerasının nömrəsini qeyd edərək barəsində inzibati protokol tərtib etmişdir. Protokola etirazını bildirmiş, olduğu üçün şikayətinə xx xxxxx 2019-cu ildə Bakı şəhəri DYPl-də baxılsa da, onlayn müraciətlə etdiyi əsaslandırmama heç bir qanuni əsas göstərmədən, heç bir video görüntü izlənilməsi aparılmadan, törətmiş olduğu inzibati xətanı sübuta yetirmədən, ən əsası inzibati anışdırma prosesində iştirakını təmin etmədən barəsində tərtib olunmuş protokolun əsaslı olması və “İnzibati Xətalar Məcəlləsinin” 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə edilməyi ilə bağlı qərar çıxarılmışdır. İştirak etməməyinin səbəbi ona dəvət məktubunun həmin gün, yəni 12 aprel tarixində çaldırılması, onun isə bu məktubu həmin iş günü bitdikdən sonra evə gəldiyində aşkarlamasıdır. Bir neçə gün sonra onun yenidən şəxsi təşəbbüsü nəticəsində polisə dəvət alsa da, bu formal xarakter daşımış, təqdim olunan video görüntüdə törədilmiş xətaya dair heç bir fakt aşkarlanmadan, protokol ləğv edilməmiş, qüvvədə saxlanılmışdır. Sonuncu dəfə məhkəməyə verdiyi şikayət nəticəsində, məhkəmə tərəfindən şikayəti qismən təmin edilmiş, xx xxxxx 2019-cu il tarixində çıxarılmış qərar ləğv olunmuş və işin araşdırılması üçün Baki Şəhəri DYPİ-yə qaytarılmışdır. 28 İyul DYPİ-nə dəvət olunmuş, ondan idarəyə gəlməyinə dair növbəti izahat alınıb, yenidən məsələnin düzgün araşdırılması və şəffaf qiymətləndirilməsini tələb edərək, izahatda bu protokolun ləğv edilməsini qeyd etmişdir. Yox, əgər onun qeyd olunan inzibati xətanı törətməyinə qərar veriləcəksə, bunun qanun çərçivəsində, sübut olunmuş faktlarla əsaslandırılaraq edilməsini xahiş etmişdir. Təəssüflə qeyd etmişdir ki, 31 iyul tarixində yeni qərar çıxarıldı və inzibati xəta predmeti dəyişilmədən qaldı. Barəsində tərtib olunmuş protokoldan belə məlum olur ki, o, “X12” Azərbaycan Respublikası Qanununun 1.41 və 77-ci maddələrində göstərilən tələblərin pozulması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətmişdir. Hörmətli məhkəmə, onun etirazı haqqında tərtib olunan protokolun və barəsində çıxarılan qərarın hüquqi əsaslarının olmamasıdır. Məhkəmənin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin dispozisiyasına diqqət yetirilməsini xahiş edir. Həmin maddənin dispozisiyasına istinad etsək inzibati xəta o zaman inzibati məsuliyyət yaradır ki, o, işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə müəyyən olunmuş yol hərəkəti qaydalarını pozmalıdır. Ona tərtib edilmiş protokolda “X12” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin tələblərinin pozulması dolayı yolla qeyd edilmişdir. Bu maddənin tələbi isə odur ki, eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Bu maddəyə əsasən ikinci dərəcəli yoldan gələn nəqliyyat vasitəsinin yol ayrıcını keçməsi nəticəsində, əsas yoldan gələn avtomobilə maneə yaratmalı, əsas yoldakı avtomobilin sürücüsü qəflətən hərəkət istiqamətini və ya sürətini dəyişməyə məcbur edilməlidir. Hörmətli məhkəmə, burada yazılmış “qəflətən” sözünə xahiş edir diqqət yetirək. Bakı şəhəri BPİ DYPİ YPXŞ-nin ispektoru polis mayoru Əfqan Əliyev ilə birlikdə elektron yazdığı şikayət əsasında TŞ kamera görüntüsünə baxış keçirdilər. Baxış zamanı məlum oldu ki, o, heç bir qayda pozmamışdır. Hətta qeyd etmişdir ki, kəsişməyə girən digər nəqliyyat vasitəsi ümumiyyətlə əyləcdən istifadə etmir və gəldiyi sürətlə də yol ayrıcını keçib gedir. Əyləcdən istifadə etməməsi təhlükəsiz şəhər kamera görüntülərindən də açıq şəkildə görünür. Sübut kimi təqdim olunan videodan aşkar şəkildə müşahidə olunur ki, o, məhz yol ayrıcında gözləyib üstünlüyə sahib olan yoldan gələn avtomobilə yol verir. Onun idarə etdiyi avtomobil yol verməli olduğu istiqamətdən birinci xəttə ilk avtomobildi. Ondan sağ xətlərdəki avtomobillər yol ayrıcına daxıl olub dairəyə girsələr də, üstünlük hüququ olan yoldan gələn sonuncu at arabasını da buraxıb yol ayrıcına daxil olaraq hərəkət etdiyi zaman ona doğru dairədən dönmə işıqlarını yandırmayan bir avtomobil vasitəsi sola manevr etməklə kəsişməyə daxil olmuş, o, da ona yaxınlaşan avtomobilə maneə törətməmək üçün artıq daxil olduğu yol ayrıcını tez bir şəkildə tərk edib hərəkətini davam etdirdi. Sübut kimi göstərilən videoda gələn avtomobilin qəflətən hərəkət istiqamətini və sürətini dəyişdirilməsi müşahidə olunmamışdır. TŞ kamerasından götürülmüş, maddi sübut kimi ona təqdim olunan videodan da göründüyü kimi bu maddənin tələbləri pozulmuş deyildir. Əlavə olaraq qeyd etmişdir ki, üstünlük hüququ olan yoldan yaxınlaşan avtomobilin ümumiyyətlə tormuzlanma faktı aşkar olunmur, çünki avtomobil video görüntüdə yan tərəfdən görsənir və stop siqnalları görsənmir. Bir məsələni də xüsusi vurğulamışdır ki, inspektor tərəfindən qayda pozuntusunun aşkar olunduğu dairə nəqliyyat vasitələrinin intensiv və sıx hərəkətdə olduğu yerdir. Əgər orda inspektorun məntiqi ilə yanaşsaq kəsişməyə girmək istəyən nəqliyyat vasitələri saatlarla gözləməli və ya hərəkət etməməlidir. Çünki nəqliyyat axınının arası kəsilmir. Belə bir vəziyyətdə sürücünün yol ayrıcını təhlükəsiz şəkildə tez və qısa zaman kəsimində digər nəqliyyat vasitələrinə maneçilik törətmədən keçməsi zərurəti yaranır. O, da bu zərurət nəticəsində təhlükəsiz şəkildə hərəkət etmişdir. “X12” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsində yol ayrıclarının keçilməsi qaydaları müəyyən edilmişdir. Həmin maddənin 75.4-cü maddəsinə əsasən yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər. Hərəkətdə olduğu yol ayrıcında isə heç bir qəza vəziyyəti yaranmamış, nəqliyyat vasitəsinə yol verməmə kimi bir hadisə də baş verməmişdir. Lakin YPX-nin əməkdaşı qanunun tələblərinə deyil özünün subyektiv yanaşmasına əsaslanaraq barəsində əsası olmayan və yaxud belə demək mümkünsə yanlış əsaslandırılmaya söykənən protokol tərtib etmişdir. Azərbaycan Respublikası İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Lakin bunun üçün təqsiri sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində X9 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X9 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 105.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X9 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X9 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində X9 iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən hakim bu Məcəllənin 53- cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X9 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən X3 İşlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3,-cü maddəsini rəhbər tutaraq, Bakı şəhəri DYPİ YPX inspektoru polis sıravisi X7 tərəfindən barəsində tərtib edilmiş İXP ******* saylı xx xxxxx 2019-cu il tarixli X9 protokolun və həmin protokol əsasında Bakı şəhəri DYPl-nin polis baş leytenantı X8 tərəfindən çıxarılmış ******* saylı xx xxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi və X9 iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan və protokol tərtib etmiş X7məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasının xx.xx.2020-ci il saat 15.10 dəq, xx.xx.2020-ci il saat 14.40 dəq. və xx.xx.2020-ci il saat 15.40 dəq təyin edilmiş, bu barədə məktublar sifarişli xəbərnamə ilə (xəbərnamədə AR DİN BŞBPİ DYPİ əməkdaşına imza etdirilməklə çatdırılmışdır) çatdırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər. Həmçinin məhkəmə iclasının sonuncu dəfə xx.xx.2020-ci il saat 15.40 dəq təyin edilməsi barədə məhkəmənin xx.xx.2020-ci il tarixli, 3(004)-412 /2020 saylı məktubu DİN Bakı şəhər DYPİnin inzibati binasında, həmin təşkilatın əməkdaşı N.Rəsulova adlı əməkdaşa imza etdirilməklə və həmin idarənin möhürü vurulmaqla şəxsən təqdim edilmişdir. Həmin əməkdaş məktubu qəbul etmiş, imza etmiş və təşkilatın möhürünü vurmuşdur. Təşkilatın möhürünü istifadə edən şəxs, təşkilatın səhaliyyətli şəxsidir. Həmin məktubla protokol tərtib etmiş protokol tərtib etmiş X1 iştirakının təmin edilməsi və iş üzrə sübutların, kamera görüntüsünın təqdim edilməsi xahiş edilsə də, nə qararından şikayət verilən orqanın nümayəndəsi, nə protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş, nə də tələb edilmiş sübutlar təqdim edilməmişdir. Məhkəməizahatı dinləyib,şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəh. DYPİ-nın TP2876413 saylı, xx.xx.2019-cu il tarixli X9 iş üzrə qərarına əsasən X10 xx.xx.2019-cu il tarixdə saat 16:50 radələrində idarə etdiyi “Nissan Sunny minik” markalı **-PX-*** nömrə nişanlı avtomobillə Azneft dairəsində qayda pozuntusuna görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat cərimə edilmişdir. Qərar İXP ******* saylı, xx.xx.2019-cu il tarixli X9 protokol əsasında qəbul edilmişdir. Beləliklə iş üzrə müəyyən edilir ki, tənbeh qərarı qəbul edilən anda şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamışdır. Ona görə də həmin protokol əsasında sonradan inzibati tənbeh qərarı qəbul edilmişdir. Həmin qərardan əvvəllər X10 məhkəməyə şikayət vermiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(004)–1606 /2019 saylı qərarı ilə şikayət qismən təmin edilərək, onun barəsində İXM-nin 327.2-ci maddəsi iləAzərbaycan Respublikası DİN Bakı şəhər BPİ Dövlət X11 qəbul etdiyi TP2876413 saylı, xx.xx.2019-cu il tarixliX9 iş üzrə qərarı ləğv edilmiş və həmin X9 işə Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ DYPİ-də yenidən baxılmasə qərara alınmışdır. Bundan sonra həmin işə səlahiyyətli orqan tərəfindən yenidən baxılaraq X6 İXM-nin 327.2-ci maddəsi ilətəqsirli bilinib 60 manat inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ Dövlət X16 tərfindən hazırkı barəsində şikayət verilmiş ******* saylı, xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan da əvvəllər də X10 məhkəməyə şikayət vermiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(004)–2171/2019 saylı qərarı ilə şikayət təmin edilərək, onun barəsində İXM-nin 327.2-ci maddəsi iləAzərbaycan Respublikası DİN Bakı şəhər BPİ Dövlət X11 qəbul etdiyi ******* saylı, xx.xx.2019-cu il tarixli qərar ləğv edilmiş və başlanmış X9 iş üzrə icraata xitam verilmişdir. Yasamal Rayon Məhkəməsinin həmin qərarından Bakı şəhər BPİ Dövlət X16 tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(103)– 2730/2019 saylı qərarı ilə şikayət qismən təmin edilmiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilərək, iş materialları işə yenidən baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi Bakı şəhər BPİ Dövlət X11 nümayəndəsinin və protokol tərtib etmiş X1 iştirakı olmadan məhkəmə işə baxmışdır. Ona görə də həmin şəxslərin iştirakı ilə işə baxıb qiymət verilməsi üçün iş Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, sonuncu dəfə məhkəmə iclasının xx.xx.2020-ci il saat 15.40 dəq təyin edilməsi barədə məhkəmənin məktubu DİN Bakı şəhər DYPİ-nin inzibati binasında, həmin təşkilatın əməkdaşı N.Rəsulova adlı əməkdaşa imza etdirilməklə və həmin idarənin möhürü vurulmaqla şəxsən təqdim edilmişdir. Həmin əməkdaş məktubu qəbul etmiş, imza etmiş və təşkilatın möhürünü vurmuşdur. Təşkilatın möhürünü istifadə edən şəxs, təşkilatın səhaliyyətli şəxsidir. Həmin məktubla protokol tərtib etmiş protokol tərtib etmiş X1 iştirakının təmin edilməsi və iş üzrə sübutların, kamera görüntüsünın təqdim edilməsi xahiş edilsə də, nə qararından şikayət verilən orqanın nümayəndəsi, nə protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş, nə də tələb edilmiş sübutlar təqdim edilməmişdir. Şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(004)-412 /2020 saylı məktubu ilə Bakı şəhər Baş Polis İdarəsi Dövlət X4 verilərək, inzibati qərarı qəbul etmiş orqandanİnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinə əsasən qərarın qəbul edilməsinə əsas olan inzibati protokolu, inzibati qərarı, yol hərəkəti qaydası pozuntusunu əks etdirən CD diski (və ya kamera görüntüsü) və qərarın qəbul edilməsinə əsas olan digər materialları təyin olunmuş məhkəmə iclasının tarixinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmçinin protokol tərtib etmiş X1 iştirakınıntəmin edilməsi xahiş olunsa da, hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, protokolu tərtib etmiş yol polisi əməkdaşı məhkəmə iclasında iştirak etməmişdir. Hazırkı barəsində şikayət verilmiş ******* saylı, xx.xx.2019-cu il tarixli qərarda X10 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir ondan ötəri ki, o hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsinə yol verməyərək hərəkətini davam etdirmişdir. Qərarda qeyd edilmişdir ki, xətanın mövcudluğu Bakı şəhər Baş Polis İdarəsi Dövlət X11 inspektoru X7 tərəfindən bilavasitə aşkar edilmiş və Təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınmışdır. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Halbuki, İXM-nin 120-ci maddəsinə əsasən həmin Məcəllənin 327 - 348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan X3 işlərə, İXM-nin həmin (yəni 16-cı) fəsili ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, həmin Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İXM-nin 124.2-ci maddəsinə əsasən X3 işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində X9 iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində X9 iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs X9 protokol tərtib edir. İXM-in 124.4-cü maddəsinə əsasən həmin Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda X9 protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Belə olduğu təqdirdə artıq yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin müəyyən etdiyi qaydada şəxsin inzibati xəta törətməsini təsdiq edən sübutları araşdırmaqla, əgər sübutlarla onun təqsiri təsdiq edilərsə, onda inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Bunun üçün də mübahisə yarandığı üçün şəxsin təqsirinin sübut olunması üçün “X9 iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, yuxarı səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Belə bir vəziyyətdə artıq İXM-nin 124.3, 124.4-cü maddələrinn, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Çünki şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hazırkı iş üzrə X10 təqsirli bilinmişdir ondan ötəri ki, o, hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsinə yol verməyərək hərəkətini davam etdirmişdir. Lakin şəxs inzibati xəta törətməsi barədə protokolla razılaşmadığından, artıq hansı nəqliyyat vasitəsinə yol verməməsi, yol verilməyən nəqliyyat vasitəsinin hərəkət üstünlüyünə malik olmasını sübut etmək inzibati tənbeh tətbiq etmiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz X10 tərəfindən törədilməsində şübhələr yaranır. Lakin göründüyü kimi nə protokol tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, inzibati xəta törədilməsini sübuta yetirməmiş, nə də səlahiyyətli orqan məhkəmənin sorğusuna cavab verməmiş, inzibati xətanın mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədibtörətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər.Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. İXM-də 2 qaydada protokol tərtib edilməsi müəyyən edilmişdir. Dərhal və ya inzibati araşdırmanın nəticəsi üzrə. Belə ki: - İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra X9 protokol tərtib edilir. Həmçinin - İXM-nin 101.3-cü maddəsinə əsasən İnzibati araşdırma aparıldığı hallarda, X9 protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Lakin hazırkı iş üzrə şəxs əməlin mövcudluğu ilə razılaşmadığı üçün, tərtib edilmiş protokol yeganə sübut ola bilməz. Hazırkı iş üzrə protokol hər hansı bir araşdırmanın nəticəsi olaraq tərtib edilməmişdir. Hazırkı protokoli tərtib etmiş şəxs hesab etmişdir ki, xəta törədilib, ona görə də hər hansı bir araşdırma aparmadan protokol tərtib etmişdir. Bu səbəbdən də həmin protokol onu tərtib etmiş şəxsin subyektiv mülahizəsini (ehtimalını) əks etdirməklə, dərhal tərtib edilmişdir. Subyektiv mülahizəsini (ehtimalı) əks etdirən protokol isə şəxsin təqsirliliyini təsdiq edən yeganə sübut kimi qəbul edilə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 8.1-ci maddəsinə əsasən barəsində X9 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X9 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin X9 iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən X9 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən X9 iş üzrə qərardan verilən şikayətə və ya protestəbaxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X9 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X10 onun barəsində İXM-nin 327.2-ci maddəsi iləX7 tərəfindən tərtib edilmiş İXP ******* saylı xx xxxxx 2019-cu il tarixli X9 protokol əsasında DİN Bakı şəhər BPİ Dövlət X11 qəbul etdiyi ******* saylı, xx.xx.2019-cu il tarixliX9 iş üzrə qərarı ləğv edilsin, həmin X9 işüzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-412/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-412/2020
25.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver