Məhkəmə qərarları › İş №3(004)-4122/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4122/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4122/2025 04.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 526 qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X1 tərəfindən Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixində axşam radələrində özünə məxsus olan Baic markalı **-AF-*** d.q.n.n-lı avtomobillə **-OL-*** d.q.n.n-lı Hundai Elantra markalı avtomobili cızmaqla maddi ziyan vurmuşdur. Nəticədə Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, İXM-in 62.4-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektorunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixində 22 radələrində **-OL- ***d.q.n.n-lı Hundai Elantra markalı avtomobilini yaşadığı ünvanın yaxınlığında park etmişdi. 2 saat keçdikdən sonra avtomobilinə yaxınlaşan zaman ətrafda olan şəxslər ona bir nəfər Baic markalı **-AF-*** d.q.n.n-lı avtomobilin sürücüsü tərəfindən avtomobilimin cızıldığını bildirdilər. Avtomobilinə baxış keçirən zaman avtomobilin hər tərəfinin iti əşya ilə cızıldığını görmüşdür. Avtomobilinə ümumilikdə 1600 manat məbləğində ziyan dəymişdir. Bununla bağlı rəsmi servisin arayışı mövcuddur. Dəymiş ziyan ödənilməmiş, həmin ziyanı tələb etdiyini bildirmişdir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində qununi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 06 may 2025-ci il tarixli qərardan görünür ki, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 57. mənzil 27-də yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə DİN-in 102 XZM-yə müraciət edərək, xx.xx.2025-ci il tarixində axşam radələrində Baic markalı **-AF-*** d.q.n.n-lı avtomobilinin sürücüsü tərəfindən özünə məxsus olan **-OL-*** d.q.n.n-lı Hundai Elantra markalı avtomobilinin cızılması barədə məlumat vermişdir. Hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və miivafıq baxış protokolu tərtib edilərək toplanmış materiala əlavə edilmişdir. Mahiyyəti üzrə təhqiqat orqanına izahat verən Zərərçəkmiş şəxs, izahatında, xx.xx.2025-ci il tarixində 22 radələrində özünə məxsus olan **-OL-*** d.q.n.n-lı Hundai Elantra markalı avtomobilini yaşadığı ünvanın yaxınlığında park etməsini, 2 saat keçdikdən sonra avtomobilinə yaxınlaşmasını, ətrafda olan şəxslərin Baic markalı **-AF- *** d.q.n.n-lı avtomobilin sürcüsünün avtomobilini cızması barədə məlumat vermələrini. Avtomobilinə baxış keçirən zaman avtomobilinin hər tərəfinin iti əşya ilə cızılmasım görməsini, avtomobilinə ümumilikdə 2900 manat məbləğində ziyan dəyməsini bildirmişdir. Hadisəyə şahid olmuş X3 və Bağırlı Elmir sədulla oğlu izahatlarında. Hundai Elantra markalı 99-0L-287 d.q.n.n-lı avtomobilin **-AF-*** d.q.n.n-lı avtomobilinin qadın sürücüsü tərəfindən qəsdən iti əşya ilə cızılmasım bildirmişdirlər. Əmələ hüquqi qiymət vermək, hadisənin konkret olaraq kimin tərəfindən törədilməsinə aydınlıq gətirilməsi üçün hadisəni törətmiş şəxslərinin şəxsiyyətinin və yerinin müəyyən edilməsi məqsədilə tərəfimdən əməliyyat tapşırığı verilmiş, hadisəni törətmiş şəxsin xx.xx.2002-ci il təvəllüdlü Şəxs olması müəyyən edilmişdir. Təhqiqat araşdırması müddətində izahat vermiş, **-AF-*** d.q.n.n-lı avtomobilin sürücüsü, xx.xx.2002-ci il təvəllüdlü Şəxsizahatında, xx.xx.2025-ci il tarixində Yasamal rayonu, H.b.Zərdabi küçəsi, ev 57, mənzil 58-də olmasını, oradan çıxan zaman avtomobilinin yolununun kəsildiyini görməsini, həmin vaxt tələsməsini. 40 dəqiqə oradan çıxa bilməməsini, bundan əsəbləşdiyi üçün arxasında saxlamış bir ədəd qara avtomobili əlində olan açarla cızıqlar atmasını, o avtomobilin müxtləif hissələrini açarla cızmasım, daha sonra avtomobilinə əyləşərək oradan uzaqlaşmasını bidlirmişdir. Beləliklə, qeyd olunan bu ziyan az əhəmiyyətli olduğundan, Azərbaycan Respublikası CM-nin 186- ci maddəsinin tərkib əlamətlərini yaratmır. Vət Süleymanova sorğu əsasında X5 tərəfindən verilmiş arayışda vətəndaş Zərərçəkmiş şəxs 1600 manat dəyərində maddi ziyan vurulmasını nəzərə alaraq, əməldə cinayət tərkibi olmadığından baş vermiş hüquqa zidd əməl cinayət kimi deyil, Azərbaycan Respublikasının İXM-nin 232-1 -ci maddəsində müəyyən olunmuş əmlakı qəsdən məhv etmə və ya zədələmə kimi qiymətləndirildiyindən cinayət işinin başlanması rədd edilməli və hadisəni törətmiş şəxsin yəni Şəxs barəsində inzibati tədbir görülməlidir. Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən, cinayət işi başlanması rədd edilmişdir. Vət Zərərçəkmiş şəxs avtomobilini əzərək inzibati xəta hesab edilən əmlakı qəsdən məhv etmə və ya zədələmə kimi qiymətləndirildiyindən Şəxs Azərbaycan Respublikasının İXMnin 232-1 -ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qəbul olunmuş qərarın surəti aidiyyatı əməkdaşa həvalə olunmuşdur. İş materiallarənda olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 06 may 2025-ci il tarixli qərardan görünür ki, “Hyundai Garage” servis tərəfindən verilmiş avtomobilin kuzovunun cızılmasına dair akta əsasən “Hyundai Elantra” markalı avtomobilin kopot, sol qabaq qanad, sol qabaq qapı, sol arxa qapı, sol arxa qanad, sağ qabaq qanad, sağ qabaq qapı, sağ arxa qapı, sağ arxa qanad kəsici alətlə başdan-başa çəkilmiş cızığın rənglənərək əvvəlki vəziyyətə gətirilməsi xərci 1600 (bir min altı yüz) manat təşkil edir. İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs özgənin əmlakını qəsdən zədələməsi özünün etirafedici izahatından başqa, məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində özgənin əmlakını qəsdən zədələmə kimi halların, yəni İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130 və 232-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək onun barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 1600 (bir min altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar