Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4133/2022 05.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X4 iştirakı ilə xx xxxxxx 1997-ci il tarixdə Xaçmaz rayonunun, Yeni Həyat qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Xaçmaz rayonunun,Yeni Həyat ərazi dairəsi, Yeni Həyat qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 avqust 2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, “Uber” şirkətinə qoşularaq idarə etdiyi “Toyota Prius” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində taksi sifarişi üzrə ünvan 1 ünvanda xanım sərnişin idarə etdiyi avtomobilə yaxınlaşaraq avtomobildə arxa oturacağa əyləşmişdir. O, Tbilisi prospekti ilə hərəkətini davam etdirib Ə.Salamzadə küçəsinə daxil olmuşdur. Ə.Salamzadə küçəsi ilə hərəkətini davam etdirib H.B.Zərdabi küçəsinə daxil olub üzü “20 Yanvar” dairəsi istiqamətində getmişdir. Həmin vaxt avtomobilinin hərəkət sürəti təxmini 40-50 km/saat olmuşdur. H.B.Zərdabi küçəsində yerləşən “Şəfa” tibb mərkəzinin qarşısına çatan zaman, idarə etdiyi avtomobilin ön tərəfində hərəkətdə olan “Mercedes ML” markalı avtomobil anidən əyləci sıxmışdır. Bu zaman o, idarəetməni itirib avtomobilinin ön tərəfi ilə “Mercedes ML” markalı avtomobilin arxa tərəfindən vurmuşdur. Dərhal avtomobilini saxlayıb avtomobilindən yerə düşmüşdür. Həmin vaxt avtomobilində olan sərnişin avtomobildən yerə düşərək burun nahiyəsindən xəsarət aldığını bildirərək hadisə yerindən uzaqlaşıb getmişdir. Yekun olaraq zərəçəkmiş şəxslə barışdığı üçün məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin təbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 07:55-də “Uber” şirkətindən taksi sifariş vermişdir. Sifariş verdiyi “Toyota Prius” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı taksi qısa müddət ərzində yaşadığı evin qarşısına getmişdir. O, taksiyə yaxınlaşıb arxa oturacağa əyləşmişdir. Taksi hərəkətə başlayıb onun işlədiyi, “20 Yanvar” dairəsi yaxınlığında yerləşən "xxxx" MMC istiqamətinə getmişdir. “Toyota Prius” markalı taksi Tbilisi prospekti ilə hərəkətini davam etdirib Ə.Salamzadə küçəsinə daxil olmuşdur. Taksi Ə.Salamzadə küçəsi ilə hərəkətini davam etdirib H.B.Zərdabi küçəsinə daxil olub üzü “20 Yanvar” dairəsi istiqamətində getmişdir. “Toyota Prius” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil H.B.Zərdabi küçəsində yerləşən “Şəfa” tibb mərkəzinin qarşısına çatan zaman, qara rəngli “Mercedes” markalı avtomobilin arxa tərəfindən vurmuşdur. Zərbənin təsirindən başı ön oturacağa dəyərək xəsarət almışdır. Qəzadan sonra o, avtomobildən yerə düşmüş, ətrafda olan bir nəfər şəxs onu avtomobilinə əyləşdirərək xəstəxanaya aparmışdır. Yekun olaraq bildirmişdir ki, Şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 iyul 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmalı, lakin yol-nəqliyyat hadisəsini törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan 13 avqust 2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 iyul 2022-ci il tarixdə saat 08:00 radələrində “Toyota Prius” (minik) markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 iyul 2022-ci il tarixli qərardan görünür ki, Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsin 727 nömrəli rəyindən görünür ki, X1 almış olduğu xəsarət - burun nahiyəsinin şişkinlik halında əzilməsi, üst dodağın içəri səthinin əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanın qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 3-cü bəndinin tələbini pozaraq idarə etdiyi “Toyota Prius” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön tərəfi ilə X2 idarə etdiyi “Mercedes ML” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfindən vurması nəticəsində “Toyota Prius” markalı avtomobilin sərnişini X4 burun nahiyəsinin şişkinlik halında əzilməsi, üst dodağın içəri səthinin əzilmiş yarası kimi yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs təqsirini etiraf etməsini və zərərçəmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, hadisədən sonra zərərçəmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-4133/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4133/2022
05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver