Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4136/2025 17.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs müdafiəçisi Bakı şəhəri “Ədalət” Vəkil Bürosunun vəkili X8 iştirakı ilə, xx xxxxxx 1962-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş 18 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-258/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi ilə bağlı ünvan 3 fərdi yaşayış evinin söküntü və tikinti işlərinin aparılması "xxxx" MMC-yə qadağan edilməsi qət edilmişdir. Bu fakt icra sənədi üzrə qeyd olunan mənzil sökülmüş və hazırda tikinti işləri aparılmasının davam etdirilməsi ilə təsdiq olunmuşdur. Beləliklə göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Bakı şəhəri “Ədalət” Vəkil Bürosunun vəkili X13 məhkəmə iclasında etiraz təqdim edərək bildirmişdir ki, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X15 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN №2322411 saylı inzibati xəta haqqında protokol ilə Mirzəyev X10 Xətalar Məcəlləsinin 528.1-1-ci (icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin təkrar yerinə yetirilməməsinə görə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi iddia edilmişdir. xx.xx.2025-ci il tarixli, xx/xx-187183/41 saylı məktub ilə iş baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bildirmək istərdilər ki, iddia olunan qanun pozuntusu həqiqəti əks etdirməməkdədir. İnzibati orqan tərəfindən işin halları tam nəzərə alınmadan, hər tərəfli araşdırma aparılmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, MN №2322411 saylı inzibati xəta haqqında protokol ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Protokol onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin direktoru Şəxs xx.xx.2024-cü il tarixli, 16(004)- 258/2024 saylı icra sənədinin tələblərinə əməl etməmiş və ünvan 2 ünvanında söküntü və tikinti işləri aparılmışdır. Mübahisə predmeti olan ünvan 3 fərdi yaşayış evi mülki iş üzrə cavabdeh X2 deyil də, X4 tam mülkiyyətindədir. Bu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* sayh Çıxarışından da aydın şəkildə görünməkdədir. "xxxx" MMC tərəfindən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığına etimad edilmiş, mülkiyyətçi X11 ilə danışıqlar aparılmışdır. X1 ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli, 222/4 saylı tərəflər arasında əvəzləşdirmə münasibətlərini tənzimləyən müqavilə imzalanmışdır. Tərəflər arasında razılaşmanın şərtlərinə əsasən tikilinin sökülərək təhvil verilməsi məhz X4 öhdəliyi olmuşdur. Buna görə də, söküntü işləri Nəcəfov Rüstəm tərəfindən aparılmış və boş ərazi "xxxx" MMC-yə təhvil verilmişdir. Bu barədə X11 tərəfindən xx.xx.2024-cü il tarixində Yasamal Rayon İcra Şöbəsinə ərizə verilmişdir. İddiaçı "xxxx" MMC ilə cavabdeh X9 arasında mülki iş Sizin icraatınızda olmuşdur. Həmin e-2(004)-3402/2024 saylı işə baxış davam edərkən iddiaçı tərəfindən müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə verilmiş və həmin ərizə xx.xx.2024-cü il tarixli, e- 16(004)-258/2024 saylı qərardad ilə qismən təmin edilərək: 2(004)-3402/2024 saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək müvəqqəti təminat tədbiri kimi ünvan 3 fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin qadağan edilsin, ünvan 3 fərdi yaşayış evində söküntü və tikinti işlərinin aparılmasının X5 və "xxxx" MMC-yə qadağan edilməsi; qərardadın icrasının Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Nəzərinizə çatdırırlar ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 3402/2024 saylı qətnaməsi ilə iddia tələbi tam rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-6321/2024 saylı Qətnaməsi ilə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2(102)-1833/2025 saylı iş üzrə yekun məhkəmə qərarı ilə "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, "xxxx" MMC-nin iddia tələbinin əsassızlığı məhkəmə instansiyaları arasında heç bir mübahisə yaratmadan sübuta yetirilmişdir. İddiaçı hüquqlarından sui-istifadə etmiş və tək məqsədi məhkəmə prosesini uzatmaqla mübahisə tərəflərinin mülkiyyət hüquqlarını məhdudlaşdırmaq, onların hüquqlarını pozmaq və əsassız süründürməçilik etmək olmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(004)-258/2024 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-258/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri kimi ünvan 3 fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa və ünvan 3 fərdi yaşayış evində söküntü və tikinti işlərinin aparılmasına X5 və "xxxx" MMC-yə qoyulmuş qadağa ləğv edilmişdir. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, “Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)- 258/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri kimi ünvan 3 fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa və ünvan 3 fərdi yaşayış evində söküntü və tikinti işlərinin aparılması barədə qadağa ləğv edilməlidir. Belə ki, müvəqqəti təminat tədbirin tətbiqinə zərurət aradan qalxmışdır. ” Yuxarıda qeyd olunanlardan aydındır ki, xx.xx.2025-ci il tarixli, MN №2322411 saylı inzibati xəta haqqında protokol ilə iddia olunan qanun pozuntusu heç bir ictimai marağı qorumamaqdadır. Çünki icra sənədinin tələblərinin "xxxx" MMC tərəfindən pozulduğu fərz edilsə belə "xxxx" MMC-nin iddia tələblərinin və müvəqqəti təminat tədbirinə dair tələblərinin tamamilə əsassız olduğu qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə sübuta yetmişdir. Buna görə də, qorunmalı olan və "xxxx" MMC tərəfindən pozulmuş heç bir ictimai münasibətlərdən söz gedə bilməz. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Əlavə olaraq nəzərə alınmalıdır ki, icra məmuru X15 xx.xx.2024-cü il tarixli, 16(004)-258/2024 saylı icra sənədi barədə tərəfləri vaxtında məlumatlandırmamışdır. Belə ki, mülkiyyətçi və söküntü işlərini aparmış Nəcəfov Rüstəm məhkəmə mübahisəsinin tərəfi olmamışdır. Buna görə də, məhkəmə prosesi və icra sənədi barədə heç bir məlumatı olmamışdır. İcra məmuru X15 tərəfindən hər hansı bir məlumat verilənə və aktlaşdırma aparılan tarixə qədər ünvan 3 fərdi yaşayış evində söküntü işləri Nəcəfov Rüstəm tərəfindən artıq tamamlanmış idi. Həmçinin, xx.xx.2024-cü il tarixli, 16(004)-258/2024 saylı icra sənədinə əməl olunmaması və "xxxx" MMC-nin mülkiyyət hüquqlarının pozulması şübhəsi ilə "xxxx" MMC barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsi tərəfindən hal-hazırda da davam edən cinayət işi üzrə ibtidai istintaq aparılmaqdadır. Belə olan halda, "xxxx" MMC və onun rəhbər şəxsləri barədə cinayət tərkibinin olması şübhəsi ilə ibtidai istintaq aparıldığı və yekun qərar qəbul edilmədiyi anda inzibati xətaya dair prosesin başladılması tamamilə qanunsuz və əsassızdır. İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.2-ci maddəsinə əsasən, İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 61-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən, İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 və 134.1.3cü maddəsini rəhbər tutaraq Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş 18 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-258/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi ilə bağlı ünvan 3 fərdi yaşayış evinin söküntü və tikinti işlərinin aparılması "xxxx" MMC-yə qadağan edilməsi qət edilmişdir. Bu fakt icra sənədi üzrə qeyd olunan mənzil sökülmüş və hazırda tikinti işləri aparılmasının davam etdirilməsi ilə təsdiq olunmuşdur. Beləliklə göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-258/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, ərizənin qismən təmin edilməsi, 2(004)-3402/2024 saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək müvəqqəti təminat tədbiri kimi ünvan 3 fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin qadağan edilməsi, ünvan 3 fərdi yaşayış evində söküntü və tikinti işlərinin aparılmasının X5 və "xxxx" MMC-yə qadağan edilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir; “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-258/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında icraata başlanılmışdır; xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Yasamal rayon İcra şöbəsinin icra məmuru X15, X23, iş üzrə tələbkar X24 bu aktı tərtib etmişlər ondan ötrü ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16(004)-258/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 2(004)-3402/2024 saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək müvəqqəti təminat tədbiri kimi ünvan 3 fərdi yaşayış evinin özgəninkiləşdirilməsi qadağan edilsin, ünvan 3 fərdi yaşayış evində söküntü və tikinti işlərinin aparılması X5 və "xxxx" MMC-yə qadağan edilməlidir. İcra sənədi üzrə yuxarıda qeyd olunan tələbi təmin etmək məqsədilə xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvana gedilmiş və ora baxış keçirilən zaman məlum olmuşdur ki, tələbkara aid olan əmlak "xxxx" MMC (rəhbəri Şəxs) tərəfindən tam şəkildə sökülmüş, qazıntı işləri aparılmış və tərəflərindən video və fotoşəkillər çəkilərək akta əlavə olunur. Aktın doğruluğu imzalarla təsdiq edilmişdir; xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmurları X15, X23, iş üzrə tələbkar X25 bu aktı tərtib etmişlər ondan ötrü ki, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 16(004)-258/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 2(004)-3402/2024 saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək müvəqqəti təminat tədbiri kimi ünvan 3 fərdi yaşayış evinin özgəninkiləşdirilməsi qadağan edilsin, ünvan 3 fərdi yaşayış evində söküntü və tikinti işlərinin aparılması X5 və "xxxx" MMC-yə qadağan edilsin. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Ərizə qalan hissədə təmin edilməsin. İcra sənədi üzrə yuxarıda qeyd olunan tələbi təmin etmək məqsədilə xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvana gedilmiş və ora baxış keçirilən zaman məlum olmuşdur ki, tələbkara aid olan əmlak "xxxx" MMC (rəhbəri Şəxs) tərəfindən tam şəkildə sökülmüş və tərəflərindən video və fotoşəkillər çəkilərək akta əlavə olunur.Aktın doğruluğu imzalarla təsdiq edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e- 16(004)-258/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı tərəflərindən xx.xx.2024-cü il tarixdə icra olunaraq ünvan 6 ünvanda yerləşən mənzilin üzərinə qadağa qoyulmuşdur; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e- 16(004)-258/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi tərəflərindən xx.xx.2024-cü il tarixdə icra olunaraq ünvan 7 ünvanda yerləşən mənzilin üzərinə qadağa qoyulmuşdur; xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X15, iş üzrə tələbkar "xxxx" MMC-nin rəhbəri X24, iş üzrə borclu "xxxx" MMC-nin rəhbəri Şəxs, "xxxx" MMC-nin mühəndisi X20 bu aktı tərtib etmişlər ondan ötrü ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-16(004)-258/22202444 saylı, xx.xx.2024cü il tarixli icra sənədinin icrası ilə bağlı ünvan 3 fərdi yaşayış evində olmuşlar, qeyd olunan mənzil tam şəkildə sökülmüşdür. Tikinti işlərinin aparılmasının dayandırılmasını iş üzrə borcluya "xxxx" MMC-nin rəhbəri və mühəndisin diqqətinə çatdırılmışdır. Bundan başqa tələbi pozduqları təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə izah edilmiş, bu barədə akt tərtib olunmuş və doğruluğu imzalarla təsdiq edilmişdir; Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X15 tərəfindən tərtib edilmiş 17 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-258/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi ilə bağlı ünvan 3 fərdi yaşayış evinin söküntü və tikinti işlərinin aparılması "xxxx" MMC-yə qadağan edilməsi qət edilmişdir. Bu fakt akt və fotoşəkillər ilə təsdiq olunmuşdur. Beləliklə göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir) baxılması üçün məhkəməyə göndərilmişdir; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-4956/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1200 (bir min iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir; xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Paşa Paşazadə, Emil Abiyev, iş üzrə tələbkar "xxxx" MMC-nin rəhbəri X24, iş üzrə tələbkar "xxxx" MMC-nin rəhbəri X16 nümayəndəsi Erkin Qədirli, iş üzrə borclu "xxxx" MMC-nin rəhbəri Şəxs, "xxxx" MMC-nin rəhbəri Şəxs nümayəndəsi X12 iştirakı ilə bu aktı tərtib etmişlər ondan ötrü ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-16(004)- 258/22202444 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı tələbi təmin etmək məqsədilə xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvana gedilmiş və ora baxış keçirilən zaman məlum olmuşdur ki, tələbkara aid əmlak tamamilə sökülmüşdür. İcra sənədi mahiyyəti üzrə iş üzrə borcluya Şəxs bildirilmiş, qeyd olunan ünvanda söküntü və tikinti işlərinin eyni zamanda qazma və quraşdırma işlərinin aparılmasının dayandırılması barədə xəbərdar olundu. Eyni zamanda inzibati və Cinayət Məcəlləsinin müvafiq maddələri ona izah edildi. Aktın doğruluğu imzalarla təsdiq edilmişdir; xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmurları X15, X23, iş üzrə tələbkar X24 bu aktı tərtib etmişlər ondan ötrü ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 16(004)-258/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 2(004)-3402/2024 saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək müvəqqəti təminat tədbiri kimi ünvan 3 fərdi yaşayış evinin özgəninkiləşdirilməsi qadağan edilsin, ünvan 3 fərdi yaşayış evində söküntü və tikinti işlərinin aparılması X5 və “City Life" MMC-yə qadağan edilsin. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Ərizə qalan hissədə təmin edilməsin. İcra sənədi üzrə yuxarıda qeyd olunan tələbi təmin etmək məqsədilə xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvana gedilmiş və ora baxış keçirilən zaman məlum olmuşdur ki, tələbkara aid olan əmlak "xxxx" MMC (rəhbəri Şəxs) tərəfindən tam şəkildə sökülmüş və tərəflərindən video və fotoşəkillər çəkilərək akta əlavə olunur. Aktın doğruluğu imzalarla təsdiq edilmişdir; xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Yasamal rayon icra şöbəsinin icra məmuru Orxan Abdullayev, Sahib Allahverdiyev, iş üzrə tələbkar X24 bu aktı tərtib etmişlər ondan ötrü ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-258/2024 saylı, 11,06.2024-cü il tarixli icra sənədinə əsasən 2(004)-3402/2024 saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə mininədək müvəqqəti təminat tədbiri kimi ünvan 3 fərdi yaşayış evinin özgəninkiləşdirilməsi qadağan edilməli, ünvan 3 fərdi yaşayış evində söküntü işlərinin aparılması X5 və "xxxx" MMC-yə qadağan edilməlidir. Qəradad dərhal icra edilməlidir. Qərardadın icrası Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Ərizə qalan hissədə təmin edilməsin. İcra sənədi üzrə yuxarıda qeyd olunan tələbi təmin etmək məqsədilə xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvana gedilmiş və ora baxış keçirilən zaman məlum olmuşdur ki, tələbkara aid olan əmlakda söküntü işləri aparılmış və tərəflərindən fotoşəkillər çəkilərək akta əlavə olunur. Odur ki, aktın doğruluğu imzalarla təstiq edilmişdir; X11 tərəfindən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, "xxxx" MMC ilə 13 iyun 2024-cü il tarixdə əvəzləşmə müqaviləsi bağlayaraq Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsində yerləşən, 59 saylı mənzilimi sökərək ərazini Şirkətə təhvil vermişmişdir. Lakin, hazırda məlumat almışdır ki, X24 adlı şəxs onun anası X6 məhkəməyə verərək mənzilindən hansısa haqq tələb etmişdir və mənzilinin sökülməsinə məhdudiyyət qoymuşdur. Onun onun mənzili ilə bağlı hər hansı bir iddiası ola bilməz, onların onunla heç bir əlaqələri yoxdur. Əlavə olaraq qeyd etmişdir ki, nə onun, nə də anasının məhkəmə ilə bağlı heç bir məlumatları olmamışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, 090923 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 59, mənzil X4 (payı – tam) xüsusi mülkiyyətindədir; "xxxx" MMC-nin direktoru Şəxs ilə X11 arasında bağlanmış 222/4 nömrəli, 13 iyun 2024-cü il tarixli müqavilədən görünür ki, X11 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* №-li Çıxarışa əsasən sərəncamında olan pay üzrə ona məxsus, Çıxarış üzrə 25,5 m2, faktiki 38 m2 sahədən ibarət mənzilə dair bütün hüquqlarından “Şirkət”in xeyrinə imtina etmək və mənzilə dair dövlət reyestrində edilmiş qeydiyyatı ləğv etdirmək niyyətindədir. Müqavilənin predmeti kimi bu Müqavilə mülkiyyət hüququna əsasən “Mülkiyyətçi”yə məxsus yaşayış sahəsinin “Şirkət” tərəfindən sökülərək əvəzində ona tikiləcək hündürmərtəbəli yaşayış binasından mənzil ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Bu Müqavilənin 1.1-ci yarımbəndındə qeyd edilmiş məsələlərin həlli Müqavilənin 2-ci bəndinə uyğun şəkildə həyata keçiriləcək. 2.1. Bu Müqaviləyə əsasən “Mülkiyyətçi” yaşadığı Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsində yerləşən, 59 saylı evdə mülkiyyət hüququna əsasən sərəncamında olan paya uyğun olaraq, Çıxarış üzrə 25,5 m2, faktiki 38 m2 sahədən ibarət olan yaşayış sahəsini aşağıdakı qaydada “Şirkət’ə təhvil verəcək. mənzilin boşaldılması tanxinədək olan kommunal borcları tam ödəyir; mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini təqdim edir; mənzilin yüklülüyünə dair “forma-1” arayışını təqdim edir; mənzilin reyestrdə qeyda alınmış mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanunun 18.2-ci maddəsinə nəzərdə tutulmuş arayışı təqdim edir; Müqavilə təqdim olunduğu gündən 10 (on) gün müddətində mənzili tam boşaldaraq (döşəmə, tavan, qapı, pəncərə saxlanılması şərti ilə) təhvil verir; 2.2 Bu Müqaviləyə əsasən “Şirkət” Cabbar Qaryağdıoğlu küçəsində yerləşən. 59 saylı evdə mülkiyyət hüququna əsasən sərəncamında olan paya uyğun olaraq, Çıxarış üzrə 25,5 m2, faktiki 38 m2 sahədən ibarət olan yaşayış sahəsini sökmək məqsədi ilə “Mülkiyyətçi”dən təhvil alır, müəyyən olunmuş qaydada “Mülkiyyətçi yə bu Razılaşmanın 2.1-ci yarımbəndində göstərilən tələblər yerinə yetirildikdən sonra əvəzində güzəştli sahəni əlavə etməklə yeni tikiləcək çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 65 m2 olan təmirli (hamam, mətbəx və istilik sisteminin aksesuarları istisna olmaqla) mənzil və 550 (beş yüz əlli) manat olmaqla, 2 illik kirayə haqqını razılaşma əsasında birdəfəlik olaraq hesablamaqla ümumilikdə 13 200 (on üç min iki yüz) manat kirayə haqqı verir. 2.3 “Şirkət” mənzilin boşaldılması və köçmək işləri üçün “Mülkıyyətçi”yə birdəfəlik olaraq 200 (iki yüz) manat kompensasiya ödəyir; xx.xx.2024-cü il tarixli təqdimatdan (cinayət məsuliyyətinə cəlb olunması haqqında) görünür ki, "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir; "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi Xəqani Sadıqova ünvanlanmış 13 may 2025-ci il tarixli, 21 nömrəli məktubdan görünür ki, məktubun mətni “icraatınızda olan material üzrə şikayətçi X18 "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov, Fuad İbrahimbəyov, Cabbar Qaryağdıoğlu və Murtuza Muxtarov küçələrinin kəsişməsində inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində, C2 binasının 2-ci mərtəbəsindən sahəsi 79 m2 olan və dəyəri 252 800 (iki yüz əlli iki min səkkiz yüz) manat olan 2 saylı mənzil, həmin binanın 3-cü mərtəbəsindən sahəsi 77 m2 olan və dəyəri 246 400 (iki yüz qırx altı min dörd yüz) manat olan 4 saylı iki ədəd tam təmirli və əşyalı mənzil, əlavə olaraq l 12 000 manat kompensasiya verilmişdir” məzmunda olmuşdur; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3402/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı (AR iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “daşınmaz əmlak (yaşayış evi) üzərində mülkiyyət hüququnun tanınması və yaşayış evinin boşaldılaraq təhvil verilməsi” tələbi barədə iddiası rədd edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6321/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3402/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1833/2025 saylı, xx.xx.2025-c il tarixli qərarından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (103)-6321/2024 nömrəli iş üzrə 4 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-16(004)-258/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, ərizə təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-258/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri kimi ünvan 3 fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa və ünvan 3 fərdi yaşayış evində söküntü və tikinti işlərinin aparılmasına X5 və "xxxx" MMC-yə qoyulmuş qadağa ləğv edilmiş, qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-258/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ünvan 3 fərdi yaşayış evinin söküntü və tikinti işlərinin aparılması "xxxx" MMC-yə qadağan edilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata müvafiq olaraq 12 iyun 2024-cü il tarixli qərarla başlanılmışdır. Borclu təşkilatın vəzifəli şəxsi tərəfindən isə icra müddəti ərzində öhdəlik icra edilməmişdir. Tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq aradan keçən uzun müddət ərzində şirkət tərəfindən icra sənədi üzrə olan öhdəlik icra edilmədiyindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 160.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən tətbiq olunmuş müvəqqəti təminat tədbiri onun qəbul edildiyi andan icraya yönəldilən və dərhal icrası tələb olunan məhkəmə aktıdır. Bu norma müvəqqəti təminat tədbirinin yalnız formaca deyil, həm də məzmunca icraedilən akt olduğunu və onun təxirə salınmasının hüquqi nəticələr doğurduğunu açıq şəkildə müəyyən edir. Belə tədbirin tətbiqi əsasən iddianın təmininə yönəldiyindən, onun vaxtında icrası həm iddiaçının hüquqlarını qorumaq, həm də ədalət mühakiməsinin nəticəliliyini təmin etmək üçün hüquqi zərurətdir. Bu baxımdan, məhkəmənin müvafiq qərardadı, ona qarşı çıxılmadan və icrası təxirə salınmadan dərhal yerinə yetirilməlidir. İş materiallarından göründüyü kimi, məhkəmənin qərardadı ilə barəsində müvəqqəti təminat tədbiri tətbiq edilmiş şəxs bu qərardadı qanuni qüvvədə olduğu müddətdə icra etməmiş, nəticədə xx.xx.2024-cü il tarixində inzibati məsuliyyətə cəlb olunmuşdur. Bu tarixlər aralığı açıq şəkildə göstərir ki, qərardadın icrasından yayınma inzibati xəta tərkibini formalaşdıran faktiki haldır. Hətta sonrakı mərhələdə xx.xx.2025-ci il tarixində həmin müvəqqəti təminat tədbiri ilə ləğv edilmiş olsa belə, bu hüquqi aktın retroaktiv (keçmişə təsir edən) qüvvəsi yoxdur və yalnız gələcək üçün hüquqi nəticə doğura bilər. Beləliklə, qərardad qüvvədə olduğu dövrdə onun icra olunmaması ilə məsuliyyət tərkibi artıq yaranmış və hüquqi qiymətləndirilməsi təmin olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası və MPM-nin əsas prinsiplərindən biri qanuni məhkəmə aktlarının məcburiliyi və hüquqi sabitlik prinsipidir. Məhkəmə aktlarının icrası könüllülük prinsipi ilə deyil, hüquqi məcburiyyət əsasında həyata keçirilir. Əgər hüquqi təcrübədə belə yanaşma mövcud olsa ki, sonradan ləğv edilən hər bir MTT icra olunmadığı təqdirdə məsuliyyət istisna edilir, bu, məhkəmə qərarlarının hüquqi qüvvəsini şübhə altına alar, vətəndaşların məhkəmə müdafiəsi hüququnu formal xarakterə çevirər və hüquqi sistemin təməl sütunlarını sarsıdar. Qanuni qüvvəyə minmiş və icrası tələb olunan məhkəmə aktının yerinə yetirilməməsi faktı, hətta onun sonrakı mərhələdə ləğv edilməsi halında belə, hüquqi məsuliyyəti aradan qaldırmır. Hüquq nəzəriyyəsində və məhkəmə təcrübəsində qəbul olunmuş mövqeyə əsasən, hər hansı məhkəmə aktının (o cümlədən MTT-nin) sonradan ləğv olunması yalnız gələcək üçün hüquqi nəticə doğurur və bu, həmin aktın qüvvədə olduğu müddətdə onun əsasında yaranmış hüquqi nəticələri və məsuliyyəti ləğv etmir. Beləliklə, məhkəmə qərardadı qüvvədə olduğu müddətdə icra olunmalı idi və bu müddət ərzində ona tabe olmayan vəzifəli şəxsin məsuliyyəti hüquqi baxımdan qüvvəsini saxlayır. Qərarın ləğvi icra öhdəliyinin əvvəldən olmamasını sübut etmir, əksinə ləğv edilənə qədər olan dövrdə qanunun pozulması ilə icra edilmədiyini təsdiqləyir. Əgər belə hüquqi mövqe qəbul olunsa ki, yalnız son nəticə ilə (yəni MTT-nin ləğvi ilə) vəzifəli şəxsin məsuliyyəti istisna edilə bilər, bu, praktikada məhkəmə qərarlarının icrasından yayınmanın sistemli şəkildə təşviqinə gətirib çıxarar. Belə presedent cəmiyyətdə “gözləmə və icra etməmə” praktikasını qanuniləşdirər, bütün tərəflər qərarın ləğv olunacağı ümidi ilə onun icrasını dayandırar, bu isə ədalət mühakiməsinin effektivliyini ciddi şəkildə zədələyər. Həmçinin, bu cür hərəkət tərzi geriyə dönməsi mümkün olmayan zərərlərin meydana gəlməsinə səbəb ola bilər və iddiaçının hüquqlarını qorumaq məqsədi ilə verilmiş qərarın əhəmiyyətini tamamilə aradan qaldırar. Beləliklə, təqdim edilən faktlar və hüquqi əsaslara əsasən tam şəkildə aydın olur ki, məhkəmə tərəfindən tətbiq edilmiş müvəqqəti təminat tədbiri qanuni qüvvəyə minmiş və qüvvədə olduğu dövrdə icra olunmamışdır. Bu dövr ərzində vəzifəli şəxsə qarşı inzibati məsuliyyət tətbiq olunması hüquqa tam uyğun hesab edilməlidir. MTT-nin sonradan ləğv edilməsi bu məsuliyyəti aradan qaldırmır. Əks halda, hüquqi sabitlik və məhkəmə qərarlarının nüfuzu təhlükə altına düşər. Həmçinin o da qeyd edilməlidir ki, təqdimat əsasında cinayət işinin başlanması üçün Ədliyyə Nazirliyinin istintaq idarəsinə müraciət edilməsi inzibati xəta ilə bağlı məhkəmə baxışını istisna etmir. Bu, yalnız cinayət təqibi üçün ilkin prosedurdur. Həmin fakt üzrə cinayət işi başlandıqda, bu barədə rəsmi qərar (cinayət işinin başlanması haqqında qərar) məhkəməyə təqdim edilməlidir ki, eyni fakta görə paralel hüquqi prosesin mövcudluğu dəqiqləşdirilsin. Lakin hazırkı halda məhkəməyə belə bir sənəd təqdim edilməmişdir. Deməli, təqdimatla müraciət edilmiş olsa belə, bu fakt üzrə cinayət işinin başladıldığına dair hüquqi sübut yoxdur və bu da inzibati iş üzrə məhkəmə baxışını istisna etmir. Ona görə də məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qətnamələrinin icraları ilə bağlı borclu "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs rəhbərlik etdiyi MMC-nin bu günədək öhdəliyini icra etməməsi, icra sənədinin icra edilməməsinin hər hansı üzrlü səbəblə bağlı olmasını təsdiq edən heç bir sənəd təqdim etməməsi, bütün bunların nəticəsində icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, Şəxs vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə "xxxx" MMC-nin rəhbəri (vəzifəli şəxs) Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs müdafiəçisinin izahatını, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)- 258/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsini, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə olunmuş digər sənədləri, inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, "xxxx" MMC-nin rəhbəri (vəzifəli şəxs) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri (vəzifəli şəxs) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2500 (iki min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-4136/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4136/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver