Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4137/2025 01.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Bakı şəhəri Yasamal rayon prokurorunun köməkçisi X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Yasamal Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu Həsən bəy Zərdabi 192 ünvanında “Melissa Park” Yaşayış Kompleksinə məxsus E1 binasının yeraltı qarajında X1 məxsus “Kia Optima” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön şüşəsinin təmizləyicisi qaldıraraq avtomobilin kapotunu qəsdlə cızaraq maddi ziyan vurmuşdur. Bu əməli ilə o, İXM-nin 232- 1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisələr ilə əlaqədar xx.xx.2025-ci il tarixli “inzibati icraatın başlaması haqqında” qərarr tərtib olunaraq baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında icraatın başlanması haqqında qərarı qəbul etmiş Bakı şəhəri Yasamal rayon prokurorunun köməkçisi X5 qərarı müdafiə edərək, Şəxs barəsində 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki iş materiallarında olan xx.xx.2025-ci il tarixli “inzibati icraatın başlaması haqqında” qərardan görünür ki, X1 məxsus “Kia Optima” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön şüşəsinin təmizləyicisi qaldıraraq avtomobilin kapotunu qəsdlə cızaraq ona 100 manat məbləğində maddi ziyan yetirmiş Şəxs barəsində inzibati icraat işi açılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında yerləşən E1 binasının yeraltı qarajıdır. Baxış zamanı heç bir predmet götürülməmiş, sadəcə olaraq fotoşəkillər çəkilərək əlavə edilmişdir. İş materiallarında olan “Performance Center” X4 Mərkəzinin xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, “Kia Optima” minik markalı, **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği 100 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu Həsən bəy Zərdabi 192 ünvanında “Melissa Park” Yaşayış Kompleksinə məxsus E1 binasının yeraltı qarajında X1 məxsus “Kia Optima” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön şüşəsinin təmizləyicisi qaldıraraq avtomobilin kapotunu qəsdlə cızaraq ona 100 manat məbləğində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, törədilmiş inzibati xəta nəticəsində zərərçəkmiş şəxslərə 100 manat məbləğində ziyan vurulmuşdur. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş, şəxsiyyətinə uyğun inzibati cərimə növündə ədalətli inzibati tənbeh təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinsin və vurulmuş ziyanın bir misli, yəni 100 (bir yüz iyirmi) manat məbləğində cərimə cəzası təyin edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə İş 3(004)-4137/2024 BAKİ ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU xx.xx.2025-ci il Bakı şəhəri Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Yasamal Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta materiala Yasamal Rayon Məhkəməsinin binasında baxılır. İclas saat 15:45-da açıldı. Sədrlik edən məhkəmə iclasını açaraq, baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. . Sədrlik edən yerində müşavirə edərək qərara alır: İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin və i barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilsin. Sədrlik edən hakimi və məhkəmə iclas katibini elan edir. Hakim Cavadzadə Rəşad Bəylər oğlu. Məhkəmə iclas katibi Abdullayeva Məryəm Zaur qızı. Sədrlik edən müşavirə otağına gedir, qayıtdıqdan sonra qərarı elan edir və izah edir. Qərardan şikayət vermə müddəti və qaydası, habelə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüququ izah olunur. Məhkəmə iclası bağlı elan olunur. Məhkəmə iclas protokolu 01 iyul 2025-ci il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Cavadzadə Rəşad Məhkəmə iclas katibi: Abdullayeva Məryəm
Məhkəmə qərarları › İş №3(004)-4137/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4137/2025
01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver