Məhkəmə qərarları › İş №3(004)-4138/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4138/2023

15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4138/2023 15.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Səlahiyyətli orqanın nümayədəsi Bakı şəhəri Yasamal rayonu Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin inspektoru (YHN üzrə) X1, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 Bakı şəhəri Yasamal rayonu DYPŞ-nin haqqında çıxardığı xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 Bakı şəhəri Yasamal rayonu DYPŞ-nin haqqında çıxardığı xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Bakı şəhəri Yasamal rayonu DYPŞ-nin haqqında çıxardığı xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onun təqdim etdiyi videogörüntüdən, həm şəhər kamerasındaki görüntüdən müəyyən olunur ki, hadisə nəticəsində onunla toqquşmuş digər avtomobil işıqforun qırmızı işığının yanmasına baxmayaraq hərəkətə başladığı üçün (məhəl qoymayaraq keçdiyi üçün) onun avtomobilini vuran şəxs yol polisi tərəfindən haqlı çıxarılmış, o isə günahkar hesab edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 şikayəti müdafiə edərək Bakı şəhəri Yasamal rayonu DYPŞ-nin haqqında çıxardığı xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri, Yasamal rayon DYPŞ-nin polis kapitanı X3 bildirmişdir ki, qərar qayda pozuntusu faktına əsaslanmışdır. Belə ki, F.Əfəndiyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin V bəndinin tələblərinə riayyət etməyərək işıqforun icazə siqnalı yanarkən yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə yol verməlidir. Göstərilənlərə əsasən, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayonu DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, X4 tərəfindən xx.xx.2023-cü il tarixdə 23:55 radələrində idarə etdiyi “Chery Tiggo 2 Pro” minik markalı Az **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş bir ədəd DVD diskə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə N.Hikmət küçəsi ilə A.M.Şərifzadə küçəsinin kəsişməsində X2 idarə etdiyi “Chery Tiggo 2 Pro” minik markalı avtomobil işıqforun yaşıl işığı yandığından hərəkət etməyə başlamış, N.Hikmət küçəsi ilə qalxan digər avtomobili idarə edən sürücü isə işıqforun qırmızı işıqında hərəkətə başlayaraq (keçərək) yol hərəkəti qaydalarını kobud şəkildə pozmuş və bunun nəticəsində iki avtomobil toqquşmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin İV bəndinə əsasən “svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər”. Qanunun bu maddəsində də göründüyü kimi, avtomobilin yol ayrıcına daxıl olması üçün ilk növbədə svetoforun icazə siqnalı yanamalıdır və yalnız bundan sonra avtomobil yol ayrıcına daxıl ola bilər, yol ayrıcına bu qaydada daxil olmuş avtomobilə isə digər avtomobillər hərəkətinin başa çatdirmasına şərait yaratmalıdır.Lakin iş materiallarına əlavə edilmiş video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, N.Hikmət küçəsi ilə A.M.Şərifzadə küçəsinin kəsişməsində X2 idarə etdiyi “Chery Tiggo 2 Pro” minik markalı avtomobil işıqforun yaşıl işığı yandığından hərəkət etməyə başlamış, N.Hikmət küçəsi ilə qalxan digər avtomobili idarə edən sürücü isə işıqforun qırmızı işıqında hərəkətə başlayaraq (keçərək) yol hərəkəti qaydalarını kobud şəkildə pozmuş və bunun nəticəsində iki avtomobil toqquşmuşdur. Başqa sözlə desək digər avtomobil yol ayrıcına daxil olması qanuna zidd olduğu üçün X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin V bəndinin tələblərinin pozulması halı müəyyən edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə araşdırılması zamanı X4 tərəfindən yolayrıcını keçmə qaydalarının pozulması öz təsdiqini tapmamışdır. X4 tərəfindən hər hansı qaydapozuntusunun törədilməsi məhkəməyə təqdim olunmuş hadisənin videogörüntüsündə də müşahidə edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Ona görə də X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə olunmasına dair Bakı şəhəri Yasamal rayonu DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə olunmasına dair Bakı şəhəri Yasamal rayonu DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar