Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4141/2023 09.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 20 oktyabr 2022-ci il tarixdə saat 17:15 radələrində ünvan 2 ünvanda “Gəncə” kafesinin qarşısında keçmiş həyat yoldaşı X2 məxsus “Wolksvagen Passat minik” markalı avtomobilin sağ və sol qapılarını küt əşya ilə cızaraq, ona 800 manat dəyərində maddi ziyan vurmuşdur. Bununla da o, İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin təhqiqatçısı Emil İslamovun xx.xx.2023-cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs bildirdi ki, baş vermiş hadisə nəticəsində ona maddi ziyan dəymişdir. Ona dəyən ziyan hələ də ödənilməmişdir. Şikayətçidir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməsi və ya zədələməsi inzibati xəta kimi müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-9/5238/2023 saylı ekspert rəyinə əsasən qərarda və fotoşəkillərdə göstərilən 2013-cü il buraxılışlı “Wolksvagen Passat” markalı, **- ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği hadisə baş verən tarixə təxminən 800,00 manat müəyyən edilir. Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin təhqiqatçısı Emil İslamovun qəbul etdiyi xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla müəyyən edilmişdir ki, Şəxs 20 oktyabr 2022-ci il tarixdə saat 17:15 radələrində ünvan 2 ünvanda “Gəncə” kafesinin qarşısında keçmiş həyat yoldaşı X2 məxsus “Wolksvagen Passat minik” markalı avtomobilin sağ və sol qapılarını küt əşya ilə cızaraq, ona 1000 manat dəyərində maddi ziyan vurmuşdur. Həmçinin həmin qərarla baş vermiş hadisə nəticəsində Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə göndərilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi barədə yuxarıda qeyd edilən qərar ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək, 1600 (min altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-4141/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4141/2023
09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver