Məhkəmə qərarları › İş №3(004)-4144/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4144/2023

16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4144/2023 16.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Yuxarı dairəvi küçəsi 212-də olan Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən Şəxs ASC barəsində İXM-in 497-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə, 00700- 00178/23 (EP 0118026) saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, həmin MMC tərəfindən ünvan 2 ünvanında yerləşən Şəxs ASC-nin 2 ədəd, 5800 kq suşırnaqlı kəsici maşınlar (sökülmüş halda) yükü xx.xx.2021-ci il tarixdə Sumqayıt Baş Gömrük İdarəsində **********4296 sorğu nömrəli gömrük bəyannaməsində xaricdə emal xüsusi gömrük prosedurunda təmir üçün qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli 62 saylı "xxxx" ASC-nin müraciət məktubu əsasında **********4296 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xaricdə emal xüsusi gömrük prosedurunda təmirdə qalma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. **********4296 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xaricdə emal xüsusi gömrük prosedurunda təmir üçün göndərilən 2 ədəd, 5800 kq suşırnaqlı kəsici maşınlar (sökülmüş halda) yükü təmirdən sonra xx.xx.2023-cü il tarixədək təkrar idxal olunmalı idi. "xxxx" ASC-nin **********4296 sorğu nömrəli gömrük bəyannaməsində qeyd olunan xaricdə emal xüsusi gömrük prosedurunda təmir üçün göndərilən 2 ədəd, 5800 kq suşırnaqlı kəsici maşınlar yükü təmirdən sonra xx.xx.2023-cü il tarixədək təkrar idxal olunmaması faktı müəyyən edilmişdir. Protokol tərtib etmiş şəxs səlahiyyətli orqanın nümayəndəsi X2 məhkəmə iclasında protokolu müdafiə edərək göstərdi ki, "xxxx" ASC-nin **********4296 sorğu nömrəli gömrük bəyannaməsində qeyd olunan xaricdə emal xüsusi gömrük prosedurunda təmir üçün göndərilən 2 ədəd, 5800 kq suşırnaqlı kəsici maşınlar yükü təmirdən sonra xx.xx.2023-cü il tarixədək təkrar idxal olunmamışdır. Ona görə də inzibati tənbeh verilməsini xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Fazil Nəsibov bildirdi ki, ümumiyyətlə Şəxs ASC barəsində tərtib edilən qərar qanunsuzdur. Şəxs ASC ilə Avstriyanın” STM voterjet GmbH” şirkəti arasında bağlanmış 01/21 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə əsasında xx.xx.2021-ci il tarixdə təmir üçün 2 dəst (sökülmüş halda) voterjet dəzgahları (su kəsici ) cavabdehə göndərilmişdir. Dəzgahların birlikdə ümumi dəyəri 12500 ABŞ dollarıdır. Azərbaycan manatına ekvivalent 21.250 manat təşkil edir. Dəzgahların təmir müddəti bir il müəyyən olunmuşdur. Həmin avadanlığın təmirdən sonra xx.xx.2022-ci il tarixədək ölkəyə geri qaytarılması nəzərdə tutulmuşdur. Bunu həmin müəssisənin xx.xx.2022-ci il tarixdə Şəxs ASC-yə göndərdiyi məktubu da təsdiq edir. Həmin məktubda təmir üçün lazımı avadanlıqların olmaması göstərilir. Beləliklə, dəzgahların təmiri ləngimiş, dəzgahlar ŞəxsASC-yə çatdırılmamışdır. Ləngimə ilə əlaqədar Sumqayıt Gömrük İdarəsi inzibati protokol tərtib etmiş, bunun əsasında İXM-nin 497-ci maddəsinə əsasən Yasamal rayon Məhkəməsi Şəxs ASC-ni £373 manat cərimə etmişdir. Bundan sonra Şəxs ASC Sumqayıt Gömrük İdarəsinə yenidən müraciət etmiş, müraciəti nəzərə alınaraq dəzgahların təmir müddəti daha bir il uzadılmışdır. Lakin, yenə də 1 illik təmir müddəti də başa çatmış, nəticədə də dəzgahlar təmir edilərək Şəxs ASC-yə qaytarılmamışdı. Beləliklə də “STM voterjet GmbH” şirkətinin təqsiri üzündən Şəxs ASC maliyyə itkisi ilə qarşılaşmışdı. Bunula əlaqədar cavabdehə müqavilə öhdəliyini yerinə yetirmədiyi üçün 180 saylı, xx.xx.2023-cü il tarixli pretenziya göndərilmiş və tələb olunmuşdur ki, 5 gün müddətinə təmir üçün verdikləri voterjet (suşırnağı ilə kəsən) dəzgahları qeri qaytarsın, əks halda arbitraj məhkəməsinə və ya Bakı Kommersiya Məkəməsinə müraciət edəcəklər. Həmçinin Şəxs ASC tərəfindən Avstriyanın Azərbaycandaki səfiri cənab Tomas Günürə, Azərbaycan Respublikasının Avstriyadakı səfiri cənab Rövşən Sadıqbəyliyə müraciət edilmiş məsələnin həllində köməklik göstərməsi xahiş edilmişdir. Eyni zamanda digər tərəfə mediasiya prosesində iştirak üçün təklif də göndərilmişdir. Çox təəssüf bu günə kimi bütün tələblər nəticəsiz qalmışdır. Sumqayıt Gömrük İdarəsi xx.xx.2023-cü il tarixdə 00700-00178/23 saylı yenidən protokol tərtib edərək, İXM-nin 497-ci maddəsinə əsasən məkəməyə müraciət etmişdir. Şəxs ASC bildirir ki, o, Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ondan asılı olmayan səbəbdən baş vermişdir. Məhz, Avstriyanın “STM voterjet GmbH” şirkəti "xxxx" ASC ilə bağladığı 01/21 saylı, 01/2-2021 -ci il tarixli müqavilənin 2.3-cü bəndinin tələbini pozmuş və müqavilə öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazıminca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür”. Daha sonra, tərəflər arasında bağlanmış müqavilənin 5-ci bəndinə əsasən “Müqavilə üzrə öhdəliklərin icra olunmaması və ya lazımi icra olunmaması icraçının bilavasitə günahı ucbatından baş verərsə, icraçı (təmir edən) məsuliyyət daşıyır”. Müqaviləyə görə "xxxx" ASC bu məsələdə cavabdehlik daşımır. Bu onu təsdiq edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti nə qəsdən, nədəki ehtiyatsızliqdan inzibati xəta törətməmişdir. Odur ki, Sumqayıt Gömrük İdarəsinin tərtib etdiyi protokol üzrə Şəxs ASC-ni AR İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli hesab edilməsinə qəti etirazlarını bildirirlər. Beləliklə, əməlin ( hərəkət və hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcüd olmalıdır. Yəni, İXM ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqa zidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsizliqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Bu işdə Şəxs ASC-yə münasibətdə belə bir tərkib yoxdur. Məhkəməyə təqdim edilən sənədlər bir daha sübut edir ki, ”Dəvəli” ASC xaricə təmir üçün göndərdiyi malların ölkəyə idxal edilməsi zamanı gecikmədə onun hər hansı bir təqsiri (qəsdən və уa ehtiyatsızlıqla törədilən hərəkət və ya hərəkətsizlik) yoxdur. Şəxs ASC yüksək vergi ödəyicisidir və onda çoxsaylı işçi qüvvəsi çalışır. ”Dəvəli” ASC AHİK-sı tərəfində “İlin ən yaxşı müəssisəsi” mükafatına layiq görülüb. Onun təsisçisi isə Azərbaycan Respublikası Prezidentinin “Fəxri Diplomu“ ilə təltif edilib. Acınacaqlı hal odur ki, Sumqayıt Gömrük İdarəsi protokol tərtib edərkən məsələ ilə əlaqədar obyektiv və subyektiv səbəbləri, həmçinin təmir üçün xaricə göndərilən avadanlığın qaytarılması üçün Şəxs ASC tərəfindən görülən tədbirlərin heç birini nəzərə almamışdır. Hansı ki, Şəxs ASCnin təqsirsizliyi burada sübut olunur. Nəticə olaraq bildiririk ki, "xxxx" ASC heç bir inzibati xəta törətməyib. Buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 3(004)-1881/2023 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş 00700-0057/22 nömrəli 05 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs ASC (VÖEN: **********) tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində xx.xx.2021-ci il tarixli **********4296 sorğu nömrəli gömrük bəyannaməsi əsasında xaricdə emal xüsusi gömrük proseduru altında müvəggəti ixrac edilmiş, dəyəri 21250,00 (iyirmi bir min iki yüz əlli) manat təşkil edən, ümumi çəkisi 6300,00 kg olan 2 (iki) ədəd 8 (səkkiz) hissəyə sökülmüş “Water Jet” nişanlı “Suşırnaqlı kəsici maşınlar” yükü xx.xx.2022-ci il tarixədək ölkə ərazisinə geri qaytarılacağı barədə Sumqayit Baş Gömrük İdarəsindən verilmiş xx.xx.2021-ci il tarixli icazə sənədləri əsasında təmir olunmaq üçün Avstriya Respublikasında yerləşən “STM waterjet” GmbH şirkətinə 99UR246/99ZB577 nömrəli yük nəqliyyat vasitəsi ilə göndərilmişdir. Lakin xx.xx.2021-ci il tarixli **********4296 sorğu nömrəli gömrük bəyannaməsində, həmçinin icazə sənədlərində qeyd olunmuş müddətin xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq Şəxs ASC tərəfindən təmir məqsədi ilə Avstriya Respublikasında yerləşən “STM waterjet” GmbH şirkətinə müvəqqəti ixrac edilmiş “Suşırnaqlı kəsici maşınlar” yükü geri qaytarılmamış və ya digər gömrük prosedurunda rəsmiləşdirilməmişdir. 34/012/001081 nömrəli raportla qeyd olunan yükün xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməklə son qaytarılma müddətinin xx.xx.2022-ci il tarixdə bitdiyi qeyd edilmişdir. Fakt üzrə toplanmış materiallara əsasən Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən inzibati araşdırma başlanmışdır. Faktla əlaqədar olaraq müəyyən edilmişdir ki, Şəxs ASC tərəfindən xx.xx.2021-ci il tarixli **********4296 saylı gömrük bəyannaməsi ilə ümumi çəkisi 6300,00 kq olan 2 (iki) ədəd 8 (səkkiz) hissəyə sökülmüş “Water Jet” nişanlı “Suşırnaqlı kəsici maşınlar” yükü xaricdə emal xüsusi gömrük proseduru altında Sumqayıt Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş və 1 (bir) il müddətinə geri qaytarmaq öhdəçiliyi götürülmüşdür. Lakin öhdəlikdə qeyd olunmuş müddətin xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq qeyd olunan mallar təmirdən sonra geri qaytarılmamış və ya digər gömrük prosdurunda rəsmiləşdirilməmişdir. İş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs ASC tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində xx.xx.2021-ci il tarixli **********4296 sorğu nömrəli gömrük bəyannaməsi, xx.xx.2021-ci il tarixli 01 və 02 №-li invoys sənədləri, xx.xx.2021- ci il tarixli 01/21 №-li müqavilə, Sumqayit Baş Gömrük İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli icazə sənədləri, xx.xx.2021-ci il tarixli 18/21№-li müqaviləyə ilə “Suşırnaqlı kəsici maşınlar” yükü xaricdə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş və xx.xx.2022-ci il tarixədək geri gaytarması barədə öhdəlik götürməklə təmir olunmaq üçün Avstriya Respublikasında yerləşən “STM waterjet” GmbH şirkətinə göndərilmişdir. Nəticədə, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla da Şəxs ASC barəsində İXM-in 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir Həmin iş üzrə Yasamal Rayon Məhkəməsinin 3(004)-1881/2023 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" ASC İXM-nin 497-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş 12500 ABŞ dollarının 30% miqdarında, yəni 3750 ABŞ dolları məbləğində cərimə edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1825/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə qüvvəsində saxlanılmışdır. Bununla da hazırkı inzibati xəta haqqında protokolda göstərilmiş eyni əmələ görə Şəxs ASC Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı qərarı ilə inzibati tənbeh edilmişdir. Beləliklə MMC barəsində eyni inzibati xətaya görə İXM-nin 497-ci maddəsi ilə 1 dəfə inzibati tənbeh etmək haqqında qərar qəbul edilmiş, bundan sonra eyni pozuntulara görə, eyni maddə ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu səbəbdən də hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar