Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4145/2023 09.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə, Şikayətçi "xxxx" MMC-nin direktoru Nümayəndə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin MN ******* saylı, xx.xx.2022ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi "xxxx" MMC-nin direktoru Nümayəndə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin MN ******* saylı, xx.xx.2022ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarı ləğv etməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında göstərmişdir ki, X6 MN № ******* saylı, 24 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərar tərtib edilərək, inzibati xəta haqqında Qərarı (“Qərar”) ilə "xxxx" MMC-nin idarə Heyətinin sədr səlahiyyətlərini müvəqqəti icra edən Nümayəndə 2 000 (iki min) manat cərimə müəyyən edilmişdir. Bunu aşağıdakı səbəblərdən əsassız hesab edirlər. Belə ki, MN № 129707 saylı, 24 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərarda (surəti əlavə edilir) A.R. İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinə istinad edərək, “Bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə” əsasları ilə inzibati sanksiya vermək səlahiyyətlərindən sui istifadə edilmişdir, sanki o, aparılan araşdırma barədə akt tərtib etməkdən boyun qaçırmışdır. Halbuki, faktiki vəziyyət X11 tərəfindən düzgün tövsif edilməmişdir. X22 adlı işçiləri sadəcə fizioloji durumuna görə təzyiqi qalxaraq, yıxılması ilə hər hansı istehsalatda bədbəxt hadisə baş verməmişdir. İsmayıllı rayonu, Basqal qəsəbəsi yaxınlığında inşa etdikləri otelin inşaat sahəsində baş vermiş bu təbii prosesi ilk öncə X11 Xidmətinin X16 Şöbəsi istehsalatda bədbəxt hadisə kimi qiymətləndirmiş və onun tərəfindən tikinti sahəsinə məsul şəxs olan SƏTƏM mühəndisi X3 barəsində yanlış olaraq İXM-nin 198.3-cü maddəsinə istinad etməklə, inzibati xəta qərarı verilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, həm prokurorluq araşdırması, həmçinin cavabdehin araşdırması hadisənin istehsalatda bədbəxt hadisə ilə heç bir səbəbli və yaxud səbəbsiz əlaqəsinin olması müəyyən edilməmişdir. Cavabdehin tərtib etdiyi Təhqiqat Aktı qərəzli tərtib edilmiş, komissiyanın sadəcə sədri DƏM-nin X16 şöbəsinin baş məsləhətçisi X5 tərəfindən imzalanmış, digər üzvü "xxxx" MMC-nin SƏTƏM Şöbəsinin müdiri X10 imzalamamış, digər üzvü "xxxx" MMC-nin layihə rəhbərinin köməkçisi X13 isə DƏM-nin X16 şöbəsinin baş məsləhətçisi X5 tərəfindən yalan sözlərlə, aldadılmış şəraitdə, təhqiqat aktının mahiyyəti ilə tanış olmadan sadəcə adının qarşısında X7 imzalamasına təzyiq göstərmiş və onun imzasının alınmasına “nail” olmuşdur. (Təhqiqat Aktının surəti əlavə edilir) Həmin qərardan şikayət vermiş R.Balanmədov İsmayıllı rayon Məhkəməsinin qərarı ilə inzibati xəta məsuliyyətindən azad edilmiş, onun barəsində inzibati tənbeh vermə haqqında qərarı ləğv etməklə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Daha sonra X11 Xidmətinin X16 Şöbəsi Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir və Şəki Apellyasiya Məhkəməsi öz qərarı ilə İsmayıllı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması və apellyasiya şikayətinin təmin edilməməsi barədə xx.xx.2022-ci il tarixində 3(107)- 250/2022 saylı qərar qəbul etmişdir, (yekun akt Şəki Apellyasiya Məhkəməsinin qərarı əlavə edilir.) X11 Xidmətinin X16 Şöbəsi artıq İsmayıllı rayon Məhkəməsində inzibati qərarın ləğv ediləcəyini başa düşdüyü zaman artıq bu dəfə onun barəsində A.R.İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin “istehsalatda baş verən bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün İşəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat verilməmişdir” kimi əsasları ilə inzibati sanksiya vermək qərarına gəlmişdir. İnzibati qaydada tənbeh vermə müddətinin ötürülməsinə baxmayaraq, İXM-nin 555.1-ci maddəsinə istinad edilməklə onun barəsində MN № ******* saylı, xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Vəzifəli şəxsin bu qərarından ilk öncə İsmayıllı rayon Məhkəməsinə şikayət etmiş, İsmayıllı rayon Məhkəməsi aidiyyatı üzrə Nərimanov rayon Məhkəməsinə müraciət etməyini məqsədəuyğun hesab etdiyi üçün yenidən Nərimanov rayon Məhkəməsinə İXM-nin 555.1-ci maddəsinə əsaslanmaqla, onun barəsində verilmiş inzibati xəta qərarının ləğv edilməsini tələb etmişdir. Nərimanov rayon Məhkəməsinin hakimi Hafiz Kamranov cari işi çox detallı araşdırma etməklə, ədalətli mühakimə aparmış, cari iş üzrə inzibati xətanın olmaması ona aydın olduğu üçün İXM-nin 53.0.6.-C1 maddəsinə nəticə etibarilə istinad etməklə, X11 Xidmətinin X1 barəsində tərtib etdiyi MN № ******* saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməsi və inzibati xəta işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixdə, 3(005)-1691/2023 saylı qərar qəbul etmişdir. (Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)-1691/2023 saylı qərarı əlavə edilir.) Bu qərardan X11 Xidmətinin X16 Şöbəsinin rəisi tərəfindən Apellyasiya şikayəti verilmişdir. Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixində 3(103)-1310/2023 saylı qərarı ilə X11 Xidmətinin X16 Şöbəsinin rəisi tərəfindən verilmişapellyasiya şikayəti təmin edilməmiş, Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)- 1691/2023 saylı qərarı dəyişdirilmədən saxlanmışdır. (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-1310/2023 saylı qərarı əlavə edilir ) Beləliklə, X6 tərtib etdiyi ikinci protokol üzrə də yekun məhkəmə aktı öz təsdiqini tapmışdır. Yəni qeyd edilmiş maddə üzrə xüsusi əsas olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbul edilməsindən 3 aydan artıq bir vaxt keçdiyi üçün inzibati tənbeh tətbiq edilib, İXMnin 555.3-cü maddəsi üzrə izibati məsuliyyətə cəlb olunmamalıdır. Eyni iş üzrə X11 baş idarə olaraq, inzibati qərar və protokolları verməkdə davam etmiş, artıq bu dəfə ona qarşı A.R. İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinə istinad edərək, “Bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırdmasına görə” əsasları ilə MN № 129707 saylı, 24 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərar tətib edilməklə, növbəti dəfə çox ciddi pozuntulara yol verilmişdir. Belə ki, İstehsalatda bədbəxt hadisə faktı məhkəmə qərarları ilə öz təsdiqini tapmadığı bir halda, Aslanov Babəkin səhhətinin pozulması ilə əlaqədar təbii yıxılma faktı İsmayıllı rayon Prokurorluğuna məlum olduğu üçün cinayət işininbaşlanmasının rədd edilməsi haqqında 2021-ci il tarixində qərar verilməsinə baxmayaraq, X6 istər Regional Şöbəsi, istərsə də baş idarəsi inzibati məsuliyyətə cəlb etmə müddətlərini ötürməklə, eyni bir Cəmiyyətin səlahiyyətli şəxslərinə qarşı ardı-ardına 3 inzibatı xəta qərarı qəbul etmişdir. Bu isə yolverilməzdir. Hesab edirlər ki, AR İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinə istinad edib, gecikmiş tarixdə mövcud olmayan inzibati xətaya görə tərtib edilmiş MN № ******* saylı, 24 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsi zəruri və məqsədəuyğundur. Odur ki, X11 tərəfindən tərtib edilmiş MN № ******* saylı, 24 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərarı ləğv olunmaqla, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsi X8 bildirdi ki, şikayət əsassızdır, ona görə də şikayətin rədd edilməsini xahiş etmişdir. Həmçinin bildirdi ki, inzibati xətalar uzanan inzibati xətadır, ona görə də onlara aşkar edildiyi vaxtdan 3 ay keçməmiş inzibati tənbeh verilmişdir. Həmçinin qərarın şəxsə nə vaxt rəsmi qaydada çatdırılması barədə hər hansı bir sübutları yoxdur. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən "xxxx" MMC-nin direktoru Nümayəndə xx.xx.2021-ci il tarixdə X14 barəsində istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması başa çatdıqdan sonra müvafiq akt (İz formalı akt) tərtib etməkdən imtina edərək boyun qaçırmışdır. Qərarın qəbul edilməsinə əsas MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokol olmuşdur. İş materiallarına əsasən barəssində bəhs edilən təhqiqat aktı xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. İş materiallarına əsasən barəsində bəhs edilən istesalatda bədbəxt hadisə barədə cinayət işinin başlanılması xx.xx.2021-ci il tarixdə cinayət işinin başlanılması rədd edilmişdir. Şikayətçinin şikayətinin 2 əsası vardır. 1-ci əsas bundan ibarətdir ki, şikayətçi qeyd edir ki, o ümumiyyətlə belə bir inzibati xəta törətməmişdir. Şikayətçinin şikayətinin digər bir əsası isə bundan ibarətdir ki, şikayətçi qeyd edir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti bitdikdən sonra tənbeh verilmişdir, lakin belə halda inzibati tənbeh tətbiq edilə bilməzdi. Şikayətçinin bu 2 əsasının hər biri ayrı-ayrılıqda götürüldükdə, hər bir əsas digər əsas olmadan da müstəqil olaraq inzibati iş üzrə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinin əsasını təşkil edir. Buna görə də məhkəmə şikayətçinin birinci əsasını, yəni inzibati xətanın törədilməməsi əsası ilə bağlı qeyd edir ki, bu halın müəyyən edilməsi son nəticədə inzibati tənbehin düzgün verilib verilməməsini müəyyənləşdirmək üçündür. Ona görə də inzibati məsuliyyətə cəlb etmə müddətinin tətbiqi ilə bağlı məsələ üzrə qərarın qanuniliyinin yoxlanılması və şikayət üzrə qərarın qəbul edilməsi kifayət etdiyindən, məhkəmə şikayətin bu halına qiymət verir. Həmçinin məhkəmə bu qənaətə gəlməsi iş üzrə “prosessual qənaət” prinsipinə əməl etmək baxımında da əsaslıdır. Həmçinin məhkəmə nəzərə alır ki, ümumiyyətlə İXM-nin 38 və 53-cü maddələrinin tələbinə əsasən də inzibati xəta haqqında işlər üzrə icraatda ilk araşdırılası məsələ inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsini araşdırmaqdır. Çünki inzibati işlər üzrə icraat başlanana qədər müddət keçmişdirsə, onda ümumiyyətlə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Başlana bilmirsə, onda inzibati xəta hadisəsinin olub-olmamasını araşdırmağa ehtiyac qalmır. Buna görə də müddət keçməməlidir ki, icraat başlansın. Müddət keçməmişdirsə, icraat başlana bilir və icraat başlandıqdan sonra araşdırma aparıldığı ərəfədə müddət keçmişdirsə, onda başlanmış icraata xitam vrilir. Lakin hazırkı halda şikayətçi istinad edir ki, səlahiyyətli orqanda inzibati tənbeh verilənə qədər artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə inzibati tənbeh tətbiq etmiş səlahiyyətli orqanın qərarında, törədilməsi ehtimal edilən inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin hansı tarixdən hesablanmasına ümumiyyətlə fikir bildirməmişdir. Halbuki, bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixlərdə baş verməsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, inzibati xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Lakin hazırkı iş üzrə inzibati xəta uzunun inzibati xətalara aid deyildir. Çünki hazırkı inzibati xəta konkret vaxtda törədilməklə bitir. Belə ki, hazırkı halda törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi konkret vaxtla bağlıdır. Bu iş üzrə tarixin əhəmiyyəti vardır. Yəni təhqiqat aktının imzalanmaması ilə bağlıdır. Təhqiqat aktı xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Cinayət işinin balanmasının rədd edilməsi barədə qərar isə xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının” 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən 01 gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Belə olduğu təqdirdə təhqiqat xx.xx.2022-ci il tarixdə başa çatıb, onun səhəri günü İZ formalı akt tərtib edilməliydi. əgər bu akt həmin günü tərtib edilməmişdirsə, növbəti gün inzibati xəta törədilmiş olur. Belə olan halda xx.xx.2022-ci il tarixdə İXM-nin 555.3-cü maddəsindəki xəta törədilmiş olardı. Bundan əlavə, törədilməsi ehtimal edilən inzibati xəta aşkar inzibati xətadır və göründüyü kimi həmin xətanın nə vaxt baş verməsi yuxarıda qeyd edilmişdir. Təhqiqatın başa çatdığı gün və təhqiqat aktının tərtib edilməsi vaxtı hammıya bəllidir. Məhkəmə bir daha sadalamamaq üçün, qeyd edir ki, hər bir halda müəyyən edilir ki, törədilməsi ehtimal edilən inzibati xəta həmin tarixlərdə törədilmişdir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri bilir ki, nəzərə almaq lazımdır ki, 38.2-ci maddəsinə əsasən həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır kimi müddəa olsa da, həmin müddəanın tətbiqi ixtiyari bir inzibati xəta üçün və ixtiyari bir formada tətbiq üçün müəyyən edilməmişdir.
1. Həmin maddə yalnız uzanan edən inzibati xətalara münasibətdə əhəmiyyət kəsb edir.
2. Həmin maddə inzibati xətanın səlahiyyətli orqana aşkar olduğu vaxtı ehtiva etmir.
3. Həmin maddə inzibati xətanın səlahiyyətli orqanın aşkar etdiyi vaxtı da ehtiva etmir. Çünki səlahiyyətli orqan işi araşdırıb, müəyyən araşdırmadan sonra 1 ay, 3 ay və yaxud 1 ildən sonra da həmin xətanı aşkara çıxara bilər. Bu zaman bu hal heç də həmin inzibati xətanın araşdırmasının bitdiyi qeyd edilən 1 ay, 3 ay və yaxud 1 ildən sorakı həmin aşkarlanma tarixində aşkarlanmış hesab edilməsini göstərmir. Belə olduğu təqdirdə inzibati məsuliyyətə cəlb etmə müddətini tənzimləyən İXM-nin 38-ci maddəsinin və həmin cəlb etmə müddətinin bitməsi zamanı qəbul edilməli olan qərara dair İXM-nin 53.1.6-cı maddəsinin mənasını əhəmiyyətsiz edər.
4. Həmin maddə, uzanan inzibati xətanın ümumiyyətlə aşkara çıxarıldığı vaxtı ehtiva edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə baş verməsi ehtimal edilən inzibati xəta ümumiyyətlə “Uzanan hüquqpozuntular”la bağlı inzibati xəta hesab edilmir.
Çünki oxşar münasibətlər üzrə yuxarı instansiya məhkəməsinin oxşar təcrübəsi də formalaşmışdır. Həmçinin oxşar münasibətlər üzrə Konstitusiya Məhkəməsinin də qərarı mövcuddur. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir.
Bununla da, yuxarıda qeyd edildiyi kimi, bədbəxt hadisə barədə təhqiqat xx.xx.2022-ci il tarixdə başa çatıb, onun səhəri günü İZ formalı akt tərtib edilməliydi. əgər bu akt həmin günü tərtib edilməmişdirsə, növbəti gün inzibati xəta törədilmiş olur. Belə olan halda xx.xx.2022-ci il tarixdə İXM-nin 555.3-cü maddəsindəki xəta törədilmiş olardı. Ona görə də həmin tarixdən hesablanmaqla, hazırkı iş üzrə törədilməsi ehtimal edilən inzibati xətaya dair inzibati məsuliyyətə cəlb etmə müddəti olan 03 aylıq müddət xx.xx.2022-ci il tarixdə bitmişdir. Hazırkı inzibati xəta “İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar”a aiddir. Halbuki, inzibati xətanın törədildiyi vaxtı qüvvədə olan İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Lakin hazırkı inzibati tənbeh vermə xəta haqqında qərarda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Ona görə də hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, inzibati tənbeh tətbiq edilə bilməzdi. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Şikayət təmin edilsin. "xxxx" MMC-nin direktoru Nümayəndə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən, Hüseyn Səfərov