Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4147/2024 15.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PBnin sahə inspektoru Vüsal Məmmədovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 avqust 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs polislə mübahisə edərək polisin qanuni tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin polis sahə inspektoru Vüsal Məmmədov inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, polisə tabe olmamaqda özünü təqsirli bilməyərək, barəsində başlanılmış inzibati işə xitam verilməsini xahiş etmişdir. Ona verilmiş suala cavab olaraq bildrmişdir ki, 15 avqust 2024-cü il tarixində o dostu ilə birlikdə qonaqlıqdan qayıdarkən dostu içkili olduğundan ona məxsus Range Rover markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobili yanında əyləşərək ona idarə etməyi tapşırmışdır. İşıqforun qırmızı işiğında dayanarkən YPX əməkdaşı ona yaxınlaşaraq sənədləri təqdim etməyini xahiş etmişlər. Bu zaman avtomobildən spirtli içki qoxusu gəldiyindən polis əməkdaşı ondan içkili olub-olmadığını soruşmuşdur. O isə cavabında içkili olmadığını bildirmişdir. Lakin bundan sonra onlar alkotesterlə yoxlanışdan keçməyini bildirmişlər. O imtina etdiyindən onu həkim müayinəsinə dəvət etsələr də o bundan da imtina edərək sadəcə dostunun içkili olduğunu onun özünün isə ayıq halda olduğunu bildirmişdir. Bir müddət polis əməkdaşları ilə aralarında anlaşılmazlıq yarandığı üçün sözlü mübahisə baş vermişdir. Daha polis əməkdaşları həkim müayinəsindən məcburi keçməsi ilə bağlı israr etdiklərindən o onları öz telefonuna çəkmişdir və qarşılığında polislər də onu telefona çəkərək ona çəkilişi dayandırmasını bildirmişlər. Onun heç bir təqsirinin olmamasını nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirdi ki, o, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi iş materiaları ilə sübuta yetirilmir və ona görə də həmin maddə üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində protokol tərtib edilmiş Şəxs münasibətdə İXM-nin 535.1-ci maddələri ilə protokol tərtib edilə bilməz, çünki, həmin şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən idarə olunan avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılmış və bu zaman onların arasında anlaşılmazlıq yarandığından mübahisə baş vermiş, Şəxs polisin qanuni tələblərinə tabe olmamışdır, bununla da polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmaqla tabesizlik göstərmişdir. Məhkəmə hesab edir ki, iddia olunan əməlləri Şəxs törətməsini sübuta yetirən mötəbər sübutlar olmadığından onun əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 535-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal zaldan azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4147/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4147/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver