Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4155/2023 13.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, A.Sultanova küçəsi, ev 1, mənzil 25 ünvanında olan “X2” MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: X8 “X2” MMC tərəfindən 2023-cü ilin iyun ayından xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Qaradağ aryonu Qobustan qəsəbəsində hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da həmin hüquqi şəxs, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN №1744527 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan “X2” MMC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, X5 “X2” MMC-də işləməmişdir. Ona görə də “X2” MMC tərəfindən hər hansı bir inzibati xəta törədilməmişdir. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X3 bildirdi ki, X9 “X2” MMCnin Qaradağ aryonu Qobustan qəsəbəsində yerləşən istehsalat sahəsində bədbəxt hadisə nəticəsindəğxəsarət almışdır, məsələ araşdırılarkən müəyyən edilmişdir ki, onun əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bunu “X2” MMC məktubu ilə də təsdiq etmişdir. Ona görə də protkol tərtib edilib, məhkəməyə göndərilmişdir. İnzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati xəta hadisəsi baş vermişdir. Belə ki, aşağıdakılara əsasən müəyyən edilir ki, iş materiallarında olan əmək müqaviləsi bildirişinə əsasən “X2” MMC xx.xx.2023-cü il tarixində X9 ilə müqavilə bağlamışdır. Həmçinin iş materiallarında olan “X2” MMC-nin X4 Xidmətinə ünvanladığı məktubda qeyd edilmişdir ki, Pakistan vətəndaşı X9 xx.xx.2023-cü il tarixdə iş görən zaman ehtiyatsızlıqdan yüngül zədə almışdır və ilk tibbi yardım alandan sonra yenidən işə qayıtmışdır. Bununla da müəyyən edilir ki, X9 xx.xx.2023-cü il tarixdə artıq həmin MMC-də işləmiş, lakin işə başlama tarixi müqavilədə xx.xx.2023-cü il qeyd edilmişdir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Ona görə də “X2” MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: “X2” MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 20000 manat (iyirmi min manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-4155/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4155/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver