Məhkəmə qərarları › İş №3(004)-4161/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4161/2023

16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4161/2023 16.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1AZƏRPAMBİQ AQRAR SƏNAYƏ KOMPLEKSİ” MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 35, məhəllə 1033 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən idxal olunmuş 13440,00 kq. çəkidə və 194880,00 ABŞ dolların dəyərində “bitki qoruma məhsulu” (insektisidlər) yükünün xx.xx.2023-il tarixdə 31AAG600/31ADT466 nömrəli yük avtomobilində Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasına gətirilmiş, həmin yükün gömrük rəsmiləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin “Şirvan” gömrük postuna təyinatın verilmiş, lakin qeyd olunan yükün rəsmiləşdirilməsi zamanı hüquqi şəxs "xxxx" MMC tərəfindən həmin mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməmişdir. Materialda olan “Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-nin ünvanına 31AAG600/31ADT466 nömrəli yük avtomobilində ER 23/07 nömrəli invoys sənədi əsasında daxil olan “bitki qoruma məhsulu” (insektisidlər) malı xx.xx.2023cü il tarixdə saat 10:25-də Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin həmin mal ilə bağlı qısa idxal bəyannaməsi daha sonraki tarixdə, yəni xx.xx.2023-cü il tarixdə saat 14:15-də elektron formada verilmişdir. Bununla da o, İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, № 10000-00066/23 (EP 0089907) saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə (hüquqi şəxsə) və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. "xxxx" MMC-nin adından işin təxirə salınması xahiş edilsə də, bunun hər hansı bir səbəbləri göstərilməmişdir, ona görə də məhkəmə hesab edir ki, səbəbsiz olaraq iş təxirə salınmamalıdır. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. "xxxx" MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyənnaməsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat (bir min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar