Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4169/2025 30.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X5, Şikayətçi Mehdi-zadə Samir Ramiz oğlunun iştirakları ilə, Şikayətçi Mehdi-zadə Samir Ramiz oğlunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 27 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi Mehdi-zadə Samir Ramiz oğlu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin 27 may 2025ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli qərarı ilə o, Bakı şəhəri 286 nömrəli tam orta məktəbin direktoru, vəzifəli şəxs kimi AR İXM-nin 192.4-cü maddəsi ilə (İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - 192.4) 700 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli qərar verilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Nəcəlləsinin 45 və 115ci maddələrinin tələbləri pozulmuşdur. Vəzifəli şəxs kimi heç bir qanun pozuntusuna yol vermədiyi üçün bildirir ki, həmin qərar əsassız və qanunsuz olaraq qəbul olunub, aşağıdakı səbəblərə görə ləğv edilməlidir. Ümumiyyətlə, onun konkret olaraq, hansı qanun pozuntusuna görə cərimə edildiyindən heç bir məlumatı olmayıb, qərar verilənə qədər İdarə tərəfindən onun məsələyə münasibəti öyrənilməyib, ondan izahat tələb edilməyib xx.xx.2025-ci il tarixdə idarəyə dəvət edildiyi barədə məktub xx.xx.2025-ci il tarixdə çatdırılıb, xx.xx.2025-ci il tarixdə isə həmin gün saat 12.00-da idarəyə dəvət edilməyi barədə məktub ona saat 17.30 radələrində təqdim edildiyinə görə həmin məktubu qəbul etməkdən imtina etmişdir. Məktəbin fiziki tərbiyə müəllimi X6 ərizə ilə (ərizənin surəti əlavə olunur) müraciət edərək, xx.xx.2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir - xx.xx.2025-ci il tarixli 80 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə həmin gün məktəbdə internetin olmaması səbəbindən növbəti iş günü - xx.xx.2025-ci il tarixində xitam verilib (əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin və məktəb üzrə verilmiş əmrin surəti əlavə olunur). Əmək müqaviləsinə xitam verilən gün - xx.xx.2025-ci il tarixdə bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən “2 saylı Xidmət və əməliyyat mərkəzi”nin (rəhbəri Mina Kərimova) mühasibi Ayşən Şahinciyə məlumat verilib (mühasib Ayşən Şahinci ilə aparılmış whatsapp yazışmalarının surəti əlavə olunur). Həmin yazışmalardan da aşkar görünür ki, Elxan Süleymanovun işdən çıxması barədə 07 mart 2025-ci il tarixdə saat 11:57-də mühasib Ayşən Şahinciyə məktəbin əməkdaşı tərəfindən məlumat verilib, məktəbdə internetin olmaması mühasibə bildirilib. Əlavə olaraq qeyd edir ki, məktəb hüquqi şəxs deyil, VÖEN-i yoxdur, bank hesabı yoxdur, mühasibi yoxdur, bütün ödənişlər Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən “2 saylı Xidmət və əməliyyat mərkəzi” tərəfindən ayda bir dəfə olmaqla həyata keçirilir. Mart ayında əmək haqlarının bayram günlərinə qədər verilməsi nəzərdə tutulduğuna görə 300-ə yaxın işçinin əmək haqqı tabeli “2 saylı Xidmət və əməliyyat mərkəzi”nin mühasibinin xahişinə əsasən 03 mart 2025-ci il tarixdə təqdim edilib (əmək haqqı tabellərinin və əmrlərin 03 mart tarixində mühasibə təhvil verilməsi haqqında aktın surəti əlavə olunur). Həmçinin whatsapp yazışmalarından görünür ki, onların mühasibə verdikləri “Bəli maaş almayacaq son haqq hesab ala biləcək?” sualına mühasib “Xeyr”, “Hər il məzuniyyətdən istifadə edib” cavabını yazıb. X2ra bildirib ki, “onun məktəbdən heç bir şikayəti yoxdur, mühasibdən son haqq-hesabın ödənilməsini xahiş etsə də onun cavabı bu olub ki, "Sizə heç nə düşmür, gedin kimə istəyirsiniz şikayət edin". O da o sözdən sonra Əmək Müfəttişliyinə ərizə ilə müraciət edib” Qərar qəbul edən vəzifəli şəxs onun izahatını almadığına görə yanlış faktı əsas gətirmişdir: “X3 əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 68.2 “a” maddəsi ilə xx.xx.2025-ci il tarixindən xitam veriləndə...” - Əmək müqaviləsinə xitam verilmiş əmrin tarixi xx.xx.2025, nömrəsi isə 8O-dir; “...son haqq-hesab gecikdirilərək 2025-ci ilin 29 aprel tarixində ödənilmişdir” - işçinin son iş günü xx.xx.2025-ci il tarixi olduğuna görə (həftənin cümə günü) onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi elektron sistem üzərindən növbəti iş günü — həftənin bazar ertəsi - xx.xx.2025-ci il tarixində həyata keçirilmiş, bu barədə mühasibə anında məlumat verilmişdir. Hesab edir ki, X1 haqqhesabın ödənilməsinin gecikdirilməsində onun heç bir günahı yoxdur. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində cərimə olunmağına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli qərarının ləğv edilməsi və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Mehdi-zadə Samir Ramiz oğlu şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 27 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq şikayət verən şəxs bildirdi ki, mühasib onun tabeçiliyində deyil, onlar telefon vasitəsi ilə mühasibə məlumat vermişlər, mühasib isə işçinin son haqq hesab ala bilməyəcəyini bildirmişdir. Ona görə də həmin ödənişlər yalnız işçi müvafiq qurumlara şikayət edəndən sonra verilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X9 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq nümayəndə bildirdi ki, qanunun imperativ tələbidir ki, son haqq hesab axırıncı iş günü ödənilməlidir. Bunun üçün məktəb tərəfindən rəsmi məlumat verilməlidir mühasiblərə. Məktəb rəhbərli, yəni işə götürən bu məsələyə görə məsuliyyət daşıyır. Lakin vətəndaşın şikayətlərindən sonra ancaq ona ödənişlər verilmişdir. Belə olduğu üçün işə götürən Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 27 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, Mehdi-zadə Samir Ramiz oğlu tərəfindən X3 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilmiş, son haqq-hesab isə xx.xx.2025-ci il tarixində ödənilmişdir və X3 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində AR ƏM-in 68.2 “a” maddəsinə əsasən xitam verilmiş, son-haqq hesab isə xx.xx.2025-ci il tarixində ödənilmişdir. Nəticədə Mehdi-zadə Samir Ramiz oğlu AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan əməli törətmiş və 700 manat məbləğində cərimə olunmuşdur. Hazırkı iş üzrə şikayətdən məlum olur ki, əmək müqaviləsinə xitam verildikdən sonra işçinin son haqq-hesabı ödənilməmişdir. Həmçinin işçinin son haqq-hesabının sonuncu iş günü ödənilməsinə dair məhkəməyə hər hansı bir sübut da təqdim edilməmişdir. Şikayət verən şəxs vermiş olduğu şikayətdə son haqq hesab ödənişlərinin onun tərəfindən yox, mühasib tərəfindən hesablanıb verildiyini bildirsə belə, məhkəmə hesab edir ki, işçiyə son haqq hesabın vaxtında ödənilməsinə görə işə götürən hər bir halda məsuliyyət daşıyır. Bu hal işçiyə son haqq hesabın gec ödənilməsi üçün əsas hesab oluna bilməz. Həmçinin tərəflərin izahatından və təqdim olunan sənədlərdən belə aydın görünür ki, işçi yalnız müvafiq qurumlara şikayət etdikdən sonra ona qanunla müəyyən edilən son haqq hesab ödənilmişdir. Belə olduğu halda işçinin qanunla qorunan hüquqları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin 27 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan Mehdi-zadə Samir Ramiz oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi Mehdi-zadə Samir Ramiz oğlunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 27 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-4169/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4169/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver