Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4172/2020 07.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X2 Bakı şəhər DYPİ-nin polis leytenantı X3 tərəfindən qəbul edilmiş TP ******* saylı "xx xxxxxx 2020-ci il tarixli" (əslində xx xxxxxx 2020-ci il tarixli) inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Bakı şəhər DYPİ-nin polis leytenantı X3 tərəfindən qəbul edilmiş TP ******* saylı xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın, habelə həmin qərarın verilməsinə əsas olmuş xx.xx.2020-ci il tarixli İXP ******* saylı protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati qərardan şikayət geri qaytarılmalıdır. Belə ki, inzibati tənbeh vermə haqqında qərar xx xxxxxx 2020-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, məhkəməyə təqdim edilmiş şikayətdə qərarın tarixi “xx xxxxxx 2020-ci il” kimi göstərilmişdir. Bununla yanaşı, inzibati xəta haqqında qərarla yanaşı həmin qərarın qəbul edilməsinə əsas olmuş protokolun (həmin protokol şikayətə əlavə edilməmişdir) da ləğv edilməsi xahiş edilmişdir. Digər tərəfdən şikayət aidiyyət qaydaları pozulmaqla verilmişdir. Belə ki, şikayətçi X2 şikayətindən və həmin şikayətə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Belə olan halda isə sözügedən şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə məhkəmə hesab edir ki, X2 Bakı şəhər DYPİ-nin polis leytenantı X1 TP ******* saylı xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti, şikayətin tərtib olunmasında yanlışlıqlar olduğundan və aidiyyəti üzrə verilmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: X2 Bakı şəhər DYPİ-nin polis leytenantı X1 TP ******* saylı “xx xxxxxx 2020-ci il tarixli” inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4172/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4172/2020
07.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver