Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4172/2022 16.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədovun sədrliyi, X6 iclas katibliyi, AR ƏƏSMN yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X4, X1 Şarmanın nümayəndəsi və vəkili Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, X1 Şarmanın AR ƏƏSMN yanında X10 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 Şarma AR ƏƏSMN yanında X10 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi əsas gətirilərək 1000 AZN (bir min manat) məbləğində inzibati cərimə edilmişdir. Lakin aşağıda göstərilən səbəblərdən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarını əsassız hesab edir: Belə ki, X2 xx.xx.2022-ci il tarixində müəssisədən oğurluq etdiyi aşkar olunmuşdur. O, bu əməlini yazılı şəkildə etiraf etmişdir. Eyni zamanda oğurluq edilən ərazi videomüşahidə altında olduğundan oğurluq hadisəsinin video yazılı qeydləri də mövcuddur. Oğurluq hadisəsi baş verməzdən öncə şirkətin kiçik anbarında inventarizasiya aparılmış və anbarda olan bütün əşyalar siyahıya alınmışdır. Bununla da anbarda olan əşyaların sayı dəqiq müəyyən olunmuşdur. Bu baxımdan xx.xx.2022-ci il tarixində həmin anbarda təkrar inventarizasiya aparılmış və bəzi əşyaların əskik gəldiyi müəyyən olunmuşdur. Çatışmayan malların ümumi dəyəri isə 2773,83 manat təşkil edir. X7 törətdiyi oğurluq hadisəsindən yəni xx.xx.2022 tarixindən sonra işə gəlməmişdir. Onun işə gəlməməsi barədə xx.xx.2022 və xx.xx.2022 tarixli aktlar tərtib edilmişdir. X2 mart ayı əmək haqqı ödənilmişdir. Aprel ayının 22-sinə qədər işlədiyi müddət üçün ödənilməli olan əmək haqqı isə ödənilməmişdir. Ona görə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin “c” bəndinə əsasən işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği miqdarında ödənişlər tutulur. Bu baxımdan işə götürən tərəfindən işçinin əmək haqqının saxlanmasına ixtiyarı vardır. X7 xx.xx.2022-ci tarixində ərizə ilə müraciət edərək xx.xx.2022 tarixinədək işdən çıxarılmasını xahiş etmişdir. Eyni zamanda sonrakı tarixdə başqa bir ərizə ilə tutduğu vəzifədən azad olunmasını xahiş etdiyini bildirmişdir. X2 may və iyun aylarının əmək haqqının ödənilməsi ilə bağlı isə heç bir tələbi yoxdur. Lakin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi X2 may və iyun ayı əmək haqqının ödənilməməsinə görə onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Göstərilənlərə əsasən AR ƏƏSMN yanında X10 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X1 Şarmanın nümayəndəsi və vəkili X11 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş AR ƏƏSMN yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X9 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, AR ƏƏSMN yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AR ƏƏSMN yanında X10 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X8 İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən "xxxx" MMC-nin direktoru X8 tərəfindən işçi X2 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntusuna yol verilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edlmişdir. Şikayətçi şikayətində qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim olunmamışdır. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Şarmanın AR ƏƏSMN yanında X10 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-4172/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4172/2022
16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver