Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4173/2022 16.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X8 Məmmədovun sədrliyi, X6 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini və müvafiq pozuntulara yol vermiş polis əməkdaşı barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, o, 01 avqust 2022-ci il tarixində saat 23:35 radələrində ** XO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə M.Müşfiq küçəsində hərəkət edərkən Yol polisinin xidməti əməkdaşı tərəfindən saxlanılaraq xarici işiq cihazlarından düzgün istfadə edilmədiyi bildirilmişdir. Mikayıl Müşviq küşəsinə dönərkən onu 387 nömrəli Mercedes markalı DYP əməkdaşı saxlamışdır. Ona yaxınlaşıb özünü təqdim etmədən, dönmə işıqlarından istfadə etmədiyini bildirmişdir. Daha sonra protokolu tərtib edəcəyini bildirib uzaqlaşmışdır. Lakin, qısa bir müddət sonra “Asanpay” vasitəsilə protokolun tərtib olunduğunu görmüş, lakin, protokol İnzibati xətalar məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib olunmuşdur. Yoldaş polis ona yaxınlaşarkən tərtib olunacaq protokol haqqında tamamilə yalnış məlumat vermişdir və ona qarşı vicdansız davranmışdır. Yol polis əməkdaşlarının xidmət zamanı səslərinin qeydə alındığından aralarında baş tutan danışıqların səs yazısını məhkəməyə təqdim etmək vəzifəsini cavabdehin üzərinə qoyulmağını xahiş edir. Odur ki, Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi və müvafiq pozuntulara yol vermiş polis əməkdaşı barəsində xüsusi qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər DYPİ-nə lazımı qaydada məlumat verilsə də, Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbəri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhər DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X4 İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən X4 xx.xx.2022-ci il tarixdə Mikayıl Müşfiq küçəsində “Range Rover” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Bu barədə xx.xx.2022-ci il tarixdə İXP4793975 saylı inzibati xəta haqqında protokol tərtib edlmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-4173/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4173/2022
16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver