Məhkəmə qərarları › İş №3(004)-4178/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4178/2023

18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4178/2023 18.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X5 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, məhkəmədən ona İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən cərimə tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə və şikayətçinin nümayəndəsi, vəkil X9 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixində Bakı şəhəri üzrə Təhsil İdarəsinin 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərovanın cərimələnməsi barədə ******* saylı qərar qəbul olunmuşdur. Qərara əsasən İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə görə istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olumasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat verilməməsinə görə X4 1000 (bir min) manat miqdarında cərimələnməsi nəzərdə tutulmuşdur. Hesab edir ki, qərar ləğv edilməlidir. Belə ki, qərara görə X8 xx.xx.2023-cü il tarixində iş yerində xəsarət alması barədə məlumat xx.xx.2023-cü il tarixdə X13 Xidmətinə verilib. Bu barədə məlumatın rəsmiləşdirilməsi ilə adətən direktor müavini Həmzəyevə Nübar məşğul olmuşdur. Lakin hadisə baş verən gün onun qardaşı vəfat etdiyi üçün yaş mərasimi ilə məşğul olmuşdur. Ona görə də vaxtında X13 Xidmətinə vaxtında məlumat verilməmişdir. Onun qardaşının vəfat etməsi ilə bağlı şəhadətnaməni təqdim etmişdir. Bildirir ki, bu cür bədbəxt hadisə müəssisələrində ilk dəfə baş verirdi. Belə bir hadisə məktəbdə heç vaxt baş verməmişdir. Hesab edir ki, X13 Xidməti tərəfindən düzgün və qanuni araşdırma aparılmamışdır. Belə ki, qəbul olunmuş qərarda məktəb direktorunun konkret olaraq hansı pozuntunu törətməsi, bədbəxt hadisənin nədən ibarət olması, ümumiyyətlə həmin hadisənin hansı səbəbdən bədbəxt hadisə hesab olunması, bədbəxt hadisə barədə məlumatın nə üçün vaxtında verilməməsi, ən əsası hansı qanuna əsasən bədbəxt hadisə barədə məlumatın dərhal verilməsinin tələb olunması araşdırılaraq göstərilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi məktəb hər hansı məhsulun istehsal olunduğu, müəyyən işlərin görüldüyü bir yer deyildir. Bu baxımdan göstərilən hadisə istehsalatda baş verən bədbəxt hadisə deyildir. Qanun isə məhz istehsalatda baş verən bədbəxt hadisə barədə dərhal məlumat verməyi tələb edir. Həmçinin hadisə baş verdiyi vaxt tədris ilinin sonuncu günləri olduğu, imtahanların keçirildiyi və hesabatların verildiyi vaxt olub. Bu səbəbdən də baş vermiş hadisə barədə qısa müddət ərzində məlumat verilməsi ilə tam şəkildə məşğul olmaq mümkün olmamışdır. X13 Xidmətinin Bakı şəhəri İdarəsinin rəis müavini X14 tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü tarixli, ******* sayılı qərarın ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X12 bildirdi ki, şikayət əsassızdır, məlumat gec verilmişdir, inzibati xəta bununla da törədilmişdir, ona görə də şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X6 işçisi X8 xx.xx.2023-cü il tarixdə iş vaxtı xəsarət alması ilə bağlı nəticələnmiş bədbəxt hadisə barədə DƏMX-nə xx.xx.2023-cü il tarixdə məlumat verməməsinə görə İXM-in 555.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə edilmişdir. Həmin qərar MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Şikayətçi bildirir ki, qəbul olunmuş qərarda məktəb direktorunun konkret olaraq hansı pozuntunu törətməsi, bədbəxt hadisənin nədən ibarət olması, ümumiyyətlə həmin hadisənin hansı səbəbdən bədbəxt hadisə hesab olunması, bədbəxt hadisə barədə məlumatın nə üçün vaxtında verilməməsi, ən əsası hansı qanuna əsasən bədbəxt hadisə barədə məlumatın dərhal verilməsinin tələb olunması araşdırılaraq göstərilməmişdir. İş üzrə müəyyən edilir ki, işçi xx.xx.2023-cü il tarixdə iş yerində xəsarət almışdır. Həmin hadisə barədə məlumat əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına xx.xx.2023-cü il tarixdə verilmişdir. İXM-nin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Göründüyü kimi bu əməl qəsdən törədilən əməldir. Yəni məlumat qəsdən verilməməlidir. Lakin göründüyü kimi məlumat gec də olsa verilmişdir. Belə bir halda məlumatın gec verilməsinin “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması”na təsir etdiyi və ya müəssisənin rəhbərinin həmin faktı gizlətmək məqsədi daşıdığı müəyyən edilmir. Qərarda yalnız yazılıb ki, yəni səlahiyyətli orqan yalnız onu müəyyən edib ki xx.xx.2023-cü il tarixdə baş vermiş bədbəxt hadisə barədə DƏMX-yə xx.xx.2023-cü il tarixdə məlumat verilmişdir. Bununla da məlumatan hadisə baş verən günü verilməməsi, hadisədən bir neçə gün sonra verilməsi ilə bağlı əməldə şəxsin qəsdinin nədən ibarət olması müəyyən edilmir. Buna görə də məhkəmə qeyd edir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Belə bir vəziyyətdə şəxsin əməli inzibati xəta törədilməsinə yönəlməmişdir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcud olsa da, belə bir şəraitdəki bu əməldə qəsdən və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. Çünki təqsir isə qəsd və ya ehtiyatsızlıq formasında olmalıdır. Yəni bu cür vəziyyətdə şəxsin əməlində inzibati xətanın elementlərindən olan subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X11 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində İXM-nin 555.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar