Məhkəmə qərarları › İş №3(004)-4180/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4180/2023

17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4180/2023 17.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X1 Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, elektron hökumət portalında özünə aid məlumatlara baxarkən, xx.xx.2021-ci il tarixli ******* nömrəli protokolla İnzibati Xətalar Məcəlləsinin (İXM) 454-cü maddəsinə əsasən 80 (səksən) manat məbləğində cərimə olunduğumu aşkarlamışdır. Xüsusi olaraq qeyd etmişdir ki, göstərilən tarixdə cərimə olunmağından məlumatı olmayıb, protokollar ona təqdim edilməyib, heç bir sənədə imza atmamışdır. Bu səbəbdən, hansı Polis şöbəsi tərəfindən barəsində inzibati protokol tərtdib edildiyini bilməmiş, daha sonra araşdırmaları nəticəsində Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin sahə inspektoru tərəfindən cərimə olunduğunu bilməmişdir. Belə ki, inzibati xəta haqqında MN ******* nömrəli protokolu polis bölməsindən xx.xx.2023-cü il tarixdə götürmüşdür. Qərarı da istədikdə, belə bir qərarın mövcud olmadığı, protokolu yazmış sahə rəisinin xəstə olduğu bildirilmiş, qərarı işə çıxdıqdan sonra verəcəyi bildirilmişdir. Belə ki, qərar protokolun yazıldığı tarixdən 2 il 6 ay sonra - xx.xx.2023-cü il tarixdə verilmiş və polis bölməsindən həmin tarixdə şəxsən götürmüşdir, rəsmi qaydada verilməmişdir. Göründüyü kimi cərimə yazıldığı tarix sərt karantin vaxtına təsadüf edir, belə bir zamanda isə küçə ticarəti ilə məşğul olmaq mümkün deyildir. Məlumat üçün bildirirmişdir ki, epilepsiya xəstəsidir və bu xəstəliyi ilə əlaqədar 3-cü qrup əlildir, madi imkanı yoxdur, ailədə yeganə gəlir gətirən şəxsdir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, sərt karantin dövrü olduğundan qazanc əldə etmək məqsədilə mağaza icarəyə götürərək orada kənd təsərrüfatı məhsulları satmışdır. Lakin həmin məhsulları küçədə hər hansı əraziyə yerləşdirməmişdir. Beləliklə, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun əsassız olaraq tərtib edildiyindən ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin sahə inspektoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* saylı protokolundan görünür ki, X4 xx.xx.2021-ci il tarixdə günorta saatlarında qanunsuz olaraq küçə ticarəti ilə məşğul olduğuna görə barəsində xx.xx.2021ci il tarixli, MN seriyalı ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə səksən manat məbləğində cərimə edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* protokolda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslı olaraq qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* inzibati tənbeh vermə haqqında protokolda bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığından və Yasamal Rayon Polis İdarəsinin 27-cu Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* saylı qərarı qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* saylı qərarından verdiyi şikayət təmin edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar