Məhkəmə qərarları › İş №3(004)-4182/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4182/2023

24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4182/2023 24.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İstehsal sahəsinin auditi şöbəsinin baş dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə müəyyənetdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında Şəxs MMC tərəfindən Dövlət Vergi Xidmətinin sorğularına cavab verilməsi, tələb olunan məlumat və sənədlər təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 protokola etiraz edərək, bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra “Vergi Orqanı”) Cəmiyyətdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyə əməl edilməsinin yoxlanması məqsədilə audit keçirmişdir. Yoxlama zamanı Vergi orqanının qaldırdığı yeganə irad 2022-ci ilin sentyabr ayında Vergi Orqanı tərəfindən onlayn kargüzarlıq sistemi üzərindən göndərilən Excel formatda olan “özünüqiymətləndirmə sorğu cədvəli” adlı sənədin doldurulmaması olmuşdur. Həmin sorğu cədvəlinin Vergi orqanı tərəfindən hüquqi şəxslərə göndərilməsi hüququ və hüquqi şəxslər tərəfindən həmin sorğu cədvəlinin doldurulmalı olması vəzifəsi heç bir dərc edilmiş normativ hüquqi aktda əks olunmasa da, vergi orqanı tamamilə qanunsuz şəkildə inzibati xəta protokolu tərtib edərək məhkəməyə göndərmişdir. Məhkəmədən barələrində aparılan inzibati xəta haqqında iş üzrə icraaat xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İstehsal sahəsinin auditi şöbəsinin baş dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri X5 tərəflərindən tərtib edilmiş protokolu müdafiə edərək, Şəxs MMC barəsində qanunla nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, tərtib olunmuş inzibati protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 43.2--ci maddəsinə əsasən həmin Məcəllənin 43.2-1-ci və 54.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyətli olan vəzifəli şəxslərin Siyahısı"-nın 71.3-cü hissəsinə əsasən İXM-nin 598ci maddəsi üzrə protokol tərtib etmək səlahiyyəti “hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri göstərən digər şəxslərə münasibətdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi”nin səlahiyyəti olmuşdur. Lakin sonradan “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2023-cü il 2009 nömrəli Fərmanı ilə həmin “Siyahısı”nın 71.-ci hissəsi ləğv edilmişdir və Azərbaycan Respublikasının Nazirlər X4 Məcəlləsinin 598-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il 2009 nömrəli Fərmanı ilə “Siyahı”ya 70-4.2-ci hissə əlavə edilərək İXM-nin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti “rieltorlar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslərə, belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər”ə verilmişdir. Həmin Fərmanın 2-ci bəndində isə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 32.1-ci bəndində dəyişiklik edilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim eedilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. İş materiallarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşı tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yuxarıda qeyd edilən qanunvericilik aktlarından görünür ki, Azərbaycan Respublikası İXMnin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti Dövlət Vergi Xidmətinə Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il 2009 nömrəli Fərmanı ilə həmin vaxtdan verildiyi halda, inzibati protokol 03 avqust 2023-cü il tarixdə, yəni hələ müvafiq səlahiyyətlər müəyyən edilmədən tərtib edilmişdir. Odur ki, həmin inzibati protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 03 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar