Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4182/2025 04.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1998-ci il tarixdə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 iyun 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:00-da “X3 minik” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, O, 18 mart 2025-ci il tarixdə təxminən saat 13 radələrində həmin avtomobillə Bakı şəhəri Yasamal rayonu Z.Əhmədbəyov küçəsi ilə, yolun hərəkət istiqamətinin sağ zolağı ilə, təxminən 25 km/saat sürətlə üzü Tbilisi prospekti istiqamətinə hərəkət edərkən, Z.Əhmədbəyov küçəsi ilə Ə.Hüseynzadə küçəsinin kəsişməsindəki piyada zolağına çatanda sol zolaqda hərəkət edən Land Cruiser markalı avtomobilin dayandığını və sol tərəfdən piyada bir qızın piyada zolağına daxil olub yolu qarşı tərəfə, yəni sağ tərəfə keçmək istədiyini görmüş, həmin vaxt piyada qızı vurmamaq üçün əyləci basıb sükanı sola döndərmiş, lakin buna baxmayaraq, ara məsafələri az qaldığına görə idarə etdiyi avtomobilin ön sağ tərəfi ilə həmin piyada qızı vurmuşdur. Nəticədə piyada qız yolu sağ kənarına gedib yerə yıxılmış, buna görə o, dərhal avtomobili saxlayıb yerə düşərək həmin piyada qıza yaxınlaşmış, sonuncunun səhhəti ilə maraqlandıqdan sonra TTYS-na zəng edib hadisə barədə məlumat vermiş, lakin TTYS-nin ekipajı gec gəldiyinə görə o, həmin piyada qızı idarə etdiyi avtomobilə qoyub xəstəxanaya aparmışdır. Xəstəxanada həmin piyada qıza, yəni sonradan adının Lalə olduğunu bildiyi qıza ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmış və sonuncu oradan taksi avtomobili ilə yaşadığı evə getmişdir. Bundan sonra o, polis əməkdaşının dəvəti ilə Yasamal RPİ-nə getmişdir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin və Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 aprel 2025-ci il tarixli qərardan görünür ki, Materiala əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 18 aprel 2025-ci il tarixli 234 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol gözün üst göz qapağının əzilmiş-cırılmış yarası, alın nahiyəsinin səthi əzilmiş yarası, sağ bud-çanaq oynağı və bud nahiyələrini əhatə edən iri ölçülü qançır-şişkinliyi, hematoması, sağ dirsək oynağı nahiyəsinin sıyrığı, hər iki bud və sol baldır nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomaşınla vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. DİNnin X1 Xidmətindən alınmış diskdə olan video görüntülərdən görünür ki, Şəxs 18 mart 2025-ci il tarixdə idarə etdiyi Toyota Aqua markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu Z.Əhmədbəyov küçəsi ilə yolun sağdan ikinci hərəkət zolağı ilə hərəkətdə olarkən görüntünün 00:12 saniyəsində sağa- avtobusların hərəkəti üçün nəzərdə tutulmuş zolağa daxil olaraq avtobus zolağında düzünə hərəkətini davam etdirib, görüntünün 00:16 saniyəsində piyada keçidində yolu soldan sağa doğru keçən piyadanı avtomobilin qabaq sağ hissəsi ilə vurmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmuş maddələrin dispozisiyasına əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ağır zərər vurulmasına səbəb olduqda, müvafiq olaraq cinayət məcəlləsinin 263.1 və 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Toplanmış materialdan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı cinayət tərkibinin yaranmasına səbəb olan sağlamlığa az ağır və ya ağır xəsarət dəyməsi faktı müəyyən edilməmiş, Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı əsasında toplanmış HK-1/392 saylı materialda cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmiş və Toyota Aqua markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 234 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol gözün üst göz qapağının əzilmiş-cırılmış yarası, alın nahiyəsinin səthi əzilmiş yarası, sağ bud-çanaq oynağı və bud nahiyələrini əhatə edən iri ölçülü qançır-şişkinliyi, hematoması, sağ dirsək oynağı nahiyəsinin sıyrığı, hər iki bud və sol baldır nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomaşınla vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs iş materiallarında olan ifadəsindən görünür ki, 18 mart 2025-ci il tarixdə saat 13:30-da Bakı şəhəri Yasamal rayonu Z.Əhmədbəyov küçəsində piyada keçidində yolu soldan sağa doğru keçən vaxt ilk üç zolaqda avtomobillər dayanaraq ona yol vermişlər. O, yolun hərəkət hissəsinin dördüncü zolağına çatdıqda həmin zolaqda hərəkət edən avtomobil ona yol verməyərək, ön sağ hissəsi ilə onu vurmuşdur. Daha sonra sürücünün avtomobili ilə “Oksigen” klinikasına getmiş, orada müayinə və müalicə olunmuşdur. Zərərçəkmiş şəxs iş materiallarında olan ərizəsindən görünür ki, 18 mart 2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanl yolu piyada qismində keçərkən, Şəxs idarə etdiyi avtomobilin onu vurması nəticəsində xəsarət almışdır. Odur ki, Şəxs məsuliyyətə cəlb olunmasını və ona vurulmuş ziyanı ödənilməsini tələb edir. Odur ki, hazırki iş üzrə Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-4182/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4182/2025
04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver