Məhkəmə qərarları › İş №3(004)-4185/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4185/2024

16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4185/2024 16.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Mirsadiq Mirsəttar oğlu Seyidovun sədrliyi, X2 iclas katibliyi İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 16 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-62/2022 saylı, xx.xx.2022-ci il tarixli, icra vərəqəsinə əsasən Şəxs cəmi 35030 manat tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir, icra vərəqəsində qeyd olunan tələb icra məmurunun müəyyən etdiyi müddətdə icra edilməmiş, nəticədə borclu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X3 öz izahatında göstərmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-62/2022 saylı icra sənədinə əsasən, Şəxs 35030 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Tələbkar tərəfindən borcun ödənilməsi tələb olunur. İcra sənədi indiyə qədər borclu tərəfindən icra edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, məhkəmə qətnaməsinin icrasından yayınmır. Hazırda maddi vəziyyəti ağır olduğu üçün borcu ödəyə bilmir. Həmçinin bildirmişdir ki, qeyd olunan lazer aparatı ona qaytarılmayıb. Həmin aparat iddiaçının istifadəsində olan zaman xarab olduğu üçün o, onun təmirinə 5000 manat məbləğində pul sərf etmişdir. Biraz işlədikdən sonra yenidən xarab olmuş və tamamilə yararsız hala düşmüşdür. O da icra şöbəsində olarkən aparatı satdığı vəziyyətdə qaytarılmasını tələb etmişdir. Hazırda kirayədə qalır. Göstərilənləri nəzərə alaraq barəmdə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin hazırda 2000-3000 manat ödəniş edə biləcəyini bildirmişdir. Daha sonra icra məmuru məhkəməyə ərizə ilə müraciət edərək inzibati xəta haqqında protokolun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə icra məmurunun inzibati xəta haqqında protokolun geri qaytarılması barədə ərizəsini və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal rayonu İcra Şöbəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal rayonu İcra Şöbəsinə geri qaytarılsın. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar