Məhkəmə qərarları › İş №3(004)-4186/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4186/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4186/2024 05.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X7 vəkili “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Nümayəndə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X5 iştirakları ilə, X7 vəkili “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Nümayəndə Bakı şəhəri Yasamal DYPŞ-nin İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul etdiyi TP ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X7 vəkili “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Nümayəndə Bakı şəhəri Yasamal DYPŞ-nin İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul etdiyi TP ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X8 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tək təsisçisi və direktorudur. X8 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan “BMW X5” minik markalı **-YY-*** dövlət qeydiyyat nişanlı avtomobillə 28 iyun 2024-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Tbilisi prospektinin A.Bakıxanov küçəsi ilə kəsişmədə hərəkətdə olarkən Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol-patrul xidməti inspektoru X6 tərəfindən saxlanılaraq AR İXM-nin 535.1, 336.1 və 333.1-ci maddələri ilə protokollar tərtib olunmuşdur. X8 Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinə aparılaraq orada saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-3458/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından AR İXM-nin 53.1.1 -ci maddəsinə əsasən xitam verilməsi, X8 dərhal məhkəmə iclas zalında azad edilməsi qərara alınmışdır. Daha sonra “FF CONSTRUCTİON AND SUPPLY^lvfəhdud Məsuliyyətli Cəmiyyəti barəsində AR İXM-nin 336.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatla bağlı xx.xx.2024- cü il tarixdə məhkəmə iclasında Bakı şəhəri Yasamal DYPŞ İXP6368517 nömrəli protokol üzrə qərar olmadığı qeyd edildiyindən hakim məhkəmə iclasını təxirə alaraq həmin protokolla bağlı Bakı şəhəri Yasamal DYPŞ ilə əlaqə saxlamış və bundan sonra həmin gün Bakı şəhəri Yasamal DYPŞ İXP6368517 nömrəli protokola dair 14 avqust 2024-cü il tarixli qərar qəbul edilmişdir. Aşağıda göstərilən səbəblərə görə hesab edirik ki, Bakı şəhəri Yasamal DYPŞ 14 avqust 2024-cü il tarixli İXP6368517 nömrəli qərar ləğv edilməli, X7 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tərkib əlamətləri olmadığına görə inzibati xəta tərkibi olmaması səbəbi ilə iş üzrə icraata xitam verilməlidir. Birincisi, X1 vəziyyətinin müəyyən edilməsi düzgün aparılmamışdır. Belə ki, həkim tərəfindən alkotestr vasitəsi ilə müəyyən olunmuşdur. Halbuki Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşİuq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinənin aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmişdir “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” qaydalarının 3-cü maddəsi ilə müəyyən olunur. Qaydaların 3.3,-cü bəndinə əsasən Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşiuğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Belə olan halda bu cür aparılmış tibbi rəyə əsasən inzibati xəta haqqında iş üzrə qərar qəbul edilməsi inzibati xətalar məcəlləsinin ruhuna, o cümlədən təqsirsizlik prezumpsiyası prinsipinə ziddir. İkincisi, X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal DYPŞ tərəfindən İXP6368517 nömrəli protokolun tərtib olunmasına əsas kimi o göstərilmişdir ki, X2 təqdim etməmişdir. Belə olan halda X8 barəsində sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə akt tərtib oluna bilməzdi. Belə ki, tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla aparılır ki, həmin vaxt X7 şəxsiyyəti müəyyən olunması mümkün olmadığından o Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis şöbəsində saxlanılmışdır. Bu isə onu ehtiva edir ki, onun barəsində tibbi müayinəyə göndərilmə barədə protokol tərtib oluna bilməzdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmişdir “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” qaydalarının 3.1-ci bəndinə əsasən Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Üçüncüsü, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol-patrul xidməti inspektoru X6 ilkin olaraq X3 olmasını müəyyən etmək üçün alkotestrlə yoxlamış və 0,9 promil olduğu qeyd olunmuşdur. X4 razılaşmadığından tibbi müayinə olunması üçün aparılmışdır. Orada yenə alkotestr ilə yoxlanılmış və 0,3 promil olduğu qeyd olunmuşdur. Göründüyü kimi alkotestr ilə müayinə edilməsi dəqiq deyil. Məhkəmə iclasında iştirak edən X7 vəkili “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Nümayəndə şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş X6 bildirmişdir ki, X8 28 iyun 2024-cü il tarixdə saat 03:20-də Yasamal rayonu ərazisində hərəkət edərkən polis əməkdaşları tərəfindən yoxlanılmış və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur. Belə ki, X8 xüsusi texniki vasitə ilə yoxlanılmış, yoxlama zamanı onun spirtli içki qəbul etməsi müəyyən edilmişdir. O, bu yoxlama ilə razılaşmadığından tibbi müayinəyə aparılmış bu yoxlanış zamanı da onun spirtlik içki qəbul etməsi təsdiq edilmişdir. Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 2/1234 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X8 həmin tarixdə saat 02:55də havanı müayinə edən cihaz vasitəsilə yoxlanılmış və bu zaman onda 0,464 promil həcmində sərxoşluq dərəcəsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X8 28 iyun 2024-cü il tarixdə saat 03:20-də Yasamal rayonu ərazisində idarə etdiyi “BMW X5 XDrive 40İ M X11” minik markalı, **-YY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılaraq yoxlanılmış və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal DYPŞ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarından görünür ki, X8 28 iyun 2024-cü il tarixdə saat 03:20-də Yasamal rayonu ərazisində idarə etdiyi “BMW X5 XDrive 40İ M X11” minik markalı, **-YY- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə təqdim edilmiş sübutları tədqiq edib, tərəflərin izahatları ilə paralel qiymətləndirərək hesab edir ki, X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhəri Yasamal DYPŞ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarı qanuni və əsaslıdır. Belə ki, əvvəla məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixdə X7 idarə etdiyi “BMW X5 XDrive 40İ M X11” minik markalı, **-YY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Yasamal rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış və ilkin yoxlama zamanı onun nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Daha sonra X8 bu müayinənin nəticəsi ilə razı olmadığından həmin tarixdə saat 02:55 də həkim müayinəsindən keçirilmiş və bu zaman da onun sərxoşluq halı təsdiq edilmişdir (0.464 promil). Buna görə də həmin tarixdə saat 03:05-də Bakı şəhəri Yasamal DYPŞ-nin yol patrul xidməti inspektoru X6 tərəfindən X8 barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibaii xəta haqqında protokol tərtib edilmişdir. Nəticə etibarilə X8 TP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-cu maddəsinin qeyd hissəsinin tələblərinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X7 Bakı şəhəri Yasamal DYPŞ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X7 Bakı şəhəri Yasamal DYPŞ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar