Məhkəmə qərarları › İş №3(004)-4189/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4189/2024

16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4189/2024 16.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-nin sahə inspektoru polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri ərazisində müxtəlif günlük evlərdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Yasamal Rayon Polis İdarəsi 29-cı Polis Bölməsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında 16 avqust 2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 25 iyul 2024-cü il tarixdə ünvan 3 ünvanda oturacaqdan X4 məxsus mobil telefonu oğurlamışdır. Məhkəmə iclasında iştirak edən 29-cı PB-nin sahə inspektoru polis kapitanı X3 oğurluq edilməsini faktının sübutlarla təsdiq edildiyini, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs içki aludəçisi olduğunu və tüfeyli həyat tərzi sürdüyünü, həmçinin zərərçəkmiş şəxsə məxsus telefonun Şəxs alınaraq ona geri qaytarılmadığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, inzibati xəta haqqında protokollarda göstərilən əməlin inzibati xəta olduğunu düşünməyib. O, izahatında həmçinin bildirmişdir ki, 25 iyul 2024-cü il tarixdə Şərifzadə küçəsi 160 A ünvanı yaxınlığındakı marketin qarşısında tullantı su qabları yığarkən binanın qarşısında oturacaqların birində qara rəngli bir ədəd mobil telefon tapmışdır.Onun kimə məxsus olduğunu maraqlanmayıb.Həmin telefonu götürmüş və hostellerdə gecələdiyi üçün telefonun oğurlanacağından ehtiyyat edib onu Əsgər adlı tanışına vermişdir. Əsgər Abşeron rayonunda yaşayır. O, telefon oğurlanmaması üçün avqust ayının əvvəlində telefonu tanışı ***-***-**-** mobil nömrəlni işlədən tanışı Əsgər adlı şəxsə vermişdir.İlk dəfə məsuliyyətə cəlb olunmasını, əməlindən peşman olmasının nəzərə alınaraq barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 16 avqust 2024-cü il tarixli, MN ******* saylı saylı protokoldan görünür ki, Məmmədova Şəxs 25 iyul 2024-cü il tarixdə ünvan 3 ünvanda yerləşən binanın qarşısında oturacaqların birində qara rəngli bir ədəd mobil telefonu oğurlamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 avqust 2024 il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuş, Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Şəxs polis bölməsində verdiyi yazılı izahatından görünür ki, o, məhkəmə iclasında verdiyi izahata uyğun izahat yazmışdır. "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 avqust 2024 il tarixli qərardan görünür ki, şikayətçi X6 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixində ona məxsus olan red mi note 12 markalı, qara rəngli mobil telefonunu yaşadığı məhəllədə unutduğu oturacağın üzərindən naməlum şəxs tərəfindən oğurlanmasını və nəticədə ona ümmumilikdə 450 manat maddi ziyan dəymişdir. İnzibati qaydada tutma haqqında 15 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 15 avqust 2024-cü il tarixdə, saat 15:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2- ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 186.1-ci maddəsinə əsasən, İtirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə, onun mülkiyyətçisinə, səlahiyyətli şəxsə və ya əgər mülkiyyətçi məlum deyilsə, polisə dərhal xəbər verməli və həmin əşyanı verməlidir. Həmin Məcəllənin 186.2-ci maddəsinə görə Əşyanı tapan şəxsə mülkiyyətçinin məlum olduğu və ya mülkiyyətçinin əşyaya hüququnun artıq polisə bildirildiyi hallar istisna olmaqla, əşyanı tapan şəxs bu barədə xəbər verdiyi vaxtdan bir illik müddət keçdikdən sonra tapıntıya mülkiyyət hüququ əldə edir. Mülkiyyət hüququnun əldə edilməsi ilə bir vaxtda həmin əşyaya bütün başqa hüquqlara xitam verilir. Hazırkı materialda Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətaları törətməsi göstərilmişdir. Bununla yanaşı, məhkəmə iclasında Şəxs oğurluq etmədiyini və telefonu tapdığını bildirmişdir. Şərh olunan əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və inzibati xəta hadisəsinin olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmiş, əksinə məhkəmə araşdırması nəticəsində onun əməlində inzibati xəta hadisəsinin olmaması müəyyən edilmişdir. Mülkiyyətçinin (və ya başqa sahibin) sahibliyindən bu və ya başqa səbəbdən artıq çıxmış (məsələn; itirilmiş) əmlakın tamah məqsədi ilə mənimsənilməsi talama hesab edilə bilməz. Yəni cinayət qanunu tapılmış və ya təqsirkar şəxsdə təsaddüfən olmuş əmlakı mənimsəməni cinayət hesab etmədiyindən qeyd olunan əməl hazırda inzibati xəta hesab oluna bilməz. İç materiallarında göründüyü kimi, şikayətçinin mobil telefonunun yaşadığı məhəllədə unutduğu oturacağın üzərindən Şəxs sahibsiz daşınar əşya taparaq götürməsi sonuncunun oğurluq etməsi kimi qiymətləndirilə bilməz. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə inzibati xətanın baş verdiyini sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən AR İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da şəxsin əməlində inzibati xəta hadisəsinin olmaması müəyyən edildiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilməli və o, dərhal məhkəmə iclas zalında azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48,53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. İş üzrə zərərçəkimiş tərəfə Mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar