Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-419/2022 02.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədovun sədrliyi, X8 iclas katibliyi ilə, X1 vəkili X4 iştirakı ilə, X1 Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-nin 07.01.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-nin 07.01.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, o, Yeni Ramana yolundan üzü Aeraport yolu istiqamətində yola çıxarkən həmin yolda tıxac var idi, hərdən qısa fasiləli hərəkət olurdu. O, ordan sola dönmək üçün işıq siqnalı verərək yolayrıcına yaxınlaşmışdır. Tıxacda növbə gözləyən sürücülər ona sola dönmək üçün şərait yaratdılar. Dönərkən artıq əks yolda toqquşma baş verdi. Həmin yolun əks istiqamətli hərəkət zolağı ilə şütüyən **- SE-*** avtomobil soldan onun avtomobilini vurdu. İnspektor yol hərəkəti haqqında qanunun bir neçə tələbini kobud şəkildə pozaraq onu təqsirli hesab etdi və barəsində TP ******* saylı 07.01.2022-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etdi. Həmin qərar açıq-aşkar qanunsuzdur və ləğv edilməlidir. Belə ki, məhkəməyə təqdim etdiyi videogörüntülərdən və fotolardan aydın görünür ki, onun hərəkət etdiyi yolun da örtüyü asvaltdır və hadisə baş verən yola sağdan birləşir. Yəni, həmin yolayrıcı eyni əhəmiyyətli yolların əmələ gətirdiyi yolayrıcıdır. YHQ-nin məddə 1 bənd 9-a əsasən onun hərəkət etdiyi yola münasibətdə hadisə baş verən yol o halda baş yol olardı ki, ya həmin yerdə müvafiq üstünlük nişanları olsun, ya da onun getdiyi yol torpaq yol olsun. Bunların heç biri mövcud deyil. Belə olan halda onun avtomobilini vuran sürücü yol hərəkətinin aşağıdakı qaydalarını aşkar surətdə pozmuşdur. YHQ-nin 77-ci maddəsinin 3-cü hissəsinin tələbini. Bu normaya əsasən, o, eyni əhəmiyyətli yolla sağdan yaxınlaşdığına görə həmin sürücü yolayrıcında ona yol verməli idi. YHQ-nin 51-ci maddəsinin 5-ci hissəsinin 1-ci bəndinin tələbini. Bu norma eyni əhəmiyyətli yolların əmələ gətirdiyi yolayrıcında ötməni qadağan edir. Onu vuran sürücü bu normanı kobud pozaraq tıxacda gözləyən bütün avtomobillərdən qabağa düşməyə çalışırdı və bu səbəbdən toqquşma baş verdi. YHQ-nin 49-cu maddəsinin 1-ci hissəsinin tələbini. Bu norma ölkəmizin yollarında sağ tərəf hərəkəti müəyyən edir. Qeyd etdiyi kimi qabaqdakı svetoforla nizamlanan yolayrıcını keçmək üçün gözləyən, həm də tıxac olduğuna görə çox asta hərəkət edən çoxlu sayda avtomobil həmin yerdə dayanaraq keçmə növbəsi gözləyirdi. Belə halda əks istiqamətdə hərəkət üçün sol zolağa keçərək qabağa düşmək istəyən sürücü YHQ-nin 49cu maddəsinin qeyd edilən tələbini də kobud surətdə pozmuşdur. Belə olan halda inspektorun onu təqsirli hesab etməsi tamamilə qanunsuzdur və barəsində çıxarılan qərar ləğv edilməlidir. Göstərilənlərə əsasən Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-nin 07.01.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X1 vəkili X6 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-nə lazımı qaydada məlumat verilsə də, Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbəri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-nin 07.01.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X5 İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən X5 05.01.2022-ci il tarixdə Ramana qəsəbəsində “Mercedes-Benz Viano” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Bu barədə 05.01.2022-ci il tarixdə İXP4390904 saylı inzibati xəta haqqında protokol tərtib edlmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhəri Suraxanı RPİ-nin DYPŞ-nin 07.01.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-419/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-419/2022
02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver