Məhkəmə qərarları › İş №3(004)-4194/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4194/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4194/2023 07.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə saat 01:23 radələrində ünvan 2 ünvanda yerləşən “Araz” marketdən bir ədəd qiyməti 1 manat 20 qəpik olan “Darena” markalı plitka şokolad oğurlamış Şəxs barəsində 28-ci PB-nin polis sahə inspektoru X2 tərəfindən 07 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin polis sahə inspektoru X2 tərtib etdiyi protokolu müdafiə edərək, Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək, bildirmişdir ki, yaşadığı ünvanın yaxınlığında yerləşən “Araz” supermarketə daxil olaraq oradan 01 ədəd şokolad götürmüş və kassaya ödəniş etmədən həmin supermarketdən çıxmışdır. Bu zaman supermarketin mühafizəçisi onu saxlamışdır. Bir müddət sonra polis əməkdaşları gələrək onu polis şöbəsinə dəvət etmişlər. O, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və bir daha belə hallara yol verməyəcəyini bildirərək, barəsində aparlan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “Araz” Supermarketlər Şəbəkəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə göndərərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını, həmin hüquqi şəxsə vurulmuş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələblərinin olmadığını, onun barəsində aparılan icraata xitam verilməsini xahiş etdiklərini bildirmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibinin əlamətləri olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş və eyni zamanda Şəxs işlədiyi əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş tərkib əlamətləri olduğuna görə barəsində inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 01:55-də inzibati qaydada tutulmuşdur. Zərərçəkmiş hüquqi şəxs “Araz” Supermarketlər Şəbəkəsi tərəfindən məhkəməyə göndərilmiş ərizədən görünür ki, Şəxs ilə barışmışdırlar, bu səbəbdən də ona qarşı heç bir şikayət və tələblərinin olmadığını nəzərə alaraq, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş etmişdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin izahatlarını, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs ümumi dəyəri 1 manat 20 qəpik olan “Darena” markalı plitka şokolad konfetini oğurluq yolu ilə ələ keçirərək “Araz” Supermarketlər Şəbəkəsinə maddi ziyan vurmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, “Araz” Supermarketlər Şəbəkəsi ilə barışması ona dəymiş ziyanın ödənilməsi, onunla barışması, zərərçəkmiş hüquqi şəxsin bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53, 114,128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən xitam verilsin. Şəxs məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar