Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4195/2024 20.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, X4 İnzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə baxaraq, müəyyənetdi: X5 məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin BNA ******* nömrəli, BNA 0843314, BNA 0948364, BNA 1379379, BNA 1860948, BNA 1714460, BNA 1891947, BNA 1797358, BNA 1812257, BNA 1829066, BNA 1926280, BNA 2002467, BNA 2027449, BNA 2058945, BNA 2064822, BNA 2231790, BNA 2115869, BNA 2126666,BNA 2127103, BNA 2221432, BNA 2129057, BNA 2151511, AYN ******* qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən verilmiş şikayətə mahiyyəti üzrə baxılmasından öncə inzibati xəta haqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmaması halını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 barəsində ayrı-ayrı vaxtlarda inzibati tənbeh vermə haqqında qərarlar qəbul edildiyi üçün həmin şəxs birinci instansiya məhkəməsinə barəsində qəbul edilmiş hər bir inzibati tənbeh vermə haqqında elektron qərardan ayrıca şikayət verməlidir. İş materiallarında göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən barəsində ayrı-ayrı vaxtlarda inzibati tənbeh vermə haqqında qərarlar qəbul olunmuşdur. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs T.Q.Hüseynov barəsində ayrı – ayrı vaxtlarda inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilməsinə baxmayaraq, qəbul edilmiş hər bir inzibati tənbeh vermə haqqında elektron qərardan ayrıca şikayət verilməli olmasını nəzərə almamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də şikayət geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. X2 məhkəməyə təqdim etdiyi vəsatətində qeyd etmişdir ki, Yasamal rayonunda yaşadığı üçün şikayətə Yasamal məhkəməsində baxılmasını xahiş edir. X3 qeydiyyat ünvanı ünvan 1ə iş materiallarında heç bir sənəd mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmçinin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı m: X1 Bakı Nəqliyyat Agentliyinin inzibati xəta haqqında iş üzrə qərarlarından verdiyi şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətçiyə izah edilir ki, qərardadda göstərilən çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmiş ərazi üzrə məhkəmə aidiyyəti qaydalarına əməl etməklə məhkəməyə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-4195/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4195/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver