Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4199/2023 06.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 45A, mənzil 72-də yerləşən "xxxx" MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 336.4-cü maddəsi ilə Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC mülkiyyətində olan **-TH-*** nömrəli, “DAEWOO BS090 AVTOBUS” markalı nəqliyyat vasitəsini sərnişin daşıması üçün sərxoş vəziyyətdə olan X2 vermişdir. X4 xx.xx.2023-cü il tarixdə saat 00:11 radələrində nəqliyyat vasitəsini idarə etdiyi zaman saxlanılmış, yoxlama zamanı sürücünün sərxoş olduğu məlum olmuşdur. Bununla da o, İXM-in 336.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. "xxxx" MMC-nin nümayəndəsi Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, "xxxx" MMC avtomobili idarə etmək üçün verərkən həmin sürücü sərxoş olmamışdır. sonradan spirtli içki içmişdir. Lakin səhər xidmətə buraxılarkən tibbi müayinədən keçməyə dair sənədi məhkəməy ətəqdim edə bilmirlər, çünki həmin sənədi YPX-yə təqdim etmişlər. Odur ki, işə xitam verilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 336.4-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün sərxoş vəziyyətdə olan şəxsə verilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə saat 00:09:51 dəqiqədə aparılmış alkotestin nəticəsinə əsasən spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. İş materiallarında olan X1 tərəfindən yazılması kimi görünən iş materiallarında olan yazılı ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər tibbi müayəinədən keçmişdir. Məhkəmə həmin sənədlərə qiymət verərək qeyd edir ki, MMC-nin nümayəndəsi həmin şəxsin səhər xidmətə buraxılarkən sərxoş olmadığını bildirsə də, bu barədə tibbi müayinə sənədi olmasını bildirsə də bu barədə məhkəməyə sənəd təqdim edə bilməmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixdə aparılmış alkotestin nəticəsindən də görünür ki, həmin sürücü spirtli içki qəbul etmişdir. Məhkəmə iclası təxirə salınmış, tərəfə tibbi müayinə sənədinin olması barədə təbbi müayinədən keçməsini təsdiq edəcək məntəqədən hər hansı bir sənəd təqdim etməyə şərait yaradılmış, lakin sənəd təqdim edilə bilməmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqan isə butun sənədləri materiala əlavə edib məhkəməyə göndərmişdir. Materiallarda da belə bir sənəd olmamışdır. Materiallarda olan sürücünün əlyazması isə həmin sürücünün səhər bitti müayinədən keçməsini təsdiq edən sənəd deyildir. Buna görə də "xxxx" MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol və alkotestin nəticəsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 336.4-cü maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-4199/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4199/2023
06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver