Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-42/2025 07.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24899311 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh verilməsi haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24899311 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, AsanPay elektron kabinetinə 04 dekabr 2024-cü il tarixdə BOKT "xxxx" QSC-nin mülkiyyətində olan HYUNDAİ ELANTRA minik markalı, ** AT *** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Patrul Xidmətinin 04 dekabr 2024-cü il tarixli, EQ 24899311 saylı inzibati tənbeh vermə haqqında elektron qərar yerləşdirilmişdir. Həmin qərarda 04 dekabr 2024-cü il il tarixində ünvan 1 ünvanında BOKT "xxxx" QSC-nin mülkiyyətində olan HYUNDAİ ELANTRA minik markalı, ** AT *** dövlət qeydiyyat nişanlı minik avtomobili BOKT "xxxx" QSC-nin inzibati binasının qarşısında saxlayarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən inzibati xəta törədildiyi müəyyən edilmiş, barəsində 04 dekabr 2024-cü il tarixli, EQ 24899311 saylı inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmiş və nəticədə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə uyğun cərimə tətbiq olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş inzibati tənbeh vermə elektron haqqında 04 dekabr 2024-cü il tarixli, EQ 24899311 saylı qərardan razı deyil. Belə ki, HYUNDAİ ELANTRA minik markalı, ** AT *** dövlət qeydiyyat nişanlı minik avtomobili BOKT "xxxx" QSC-nin mülkiyyətindədir. 04 dekabr 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar tərtib olunduğu vaxt həmin avtomobili o idarə etməmişdir. Həmin tarixdə HYUNDAİ ELANTRA minik markalı, ** AT *** dövlət qeydiyyat nişanlı minik avtomobili BOKT "xxxx" QSC-də sürücü vəzifəsində işləyən digər əməkdaş idarə etmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitəsi tərəfindən çəkilən görüntülərdən müəyyən olunur ki, HYUNDAİ ELANTRA minik markalı, ** AT *** dövlət qeydiyyat nişanlı minik avtomobilini o idarə etməmişdir. Qeyd edilən nəqliyyat vasitəsini etibarnamə əsasında BOKT "xxxx" QSC-nin bir neçə sürücüsü tərəfindən idarə edilir. İnzibati xəta törədildiyi halda həmin nəqliyyat vasitəsini idarə edən şəxsin müəyyən edilməsi məqsədilə BOKT "xxxx" QSC-yə sorğu verilməsi barədə Bakı Şəhər Baş X10 İdarəsinə, Bakı şəhəri Yasamal rayonu Polis İdarəsi Dövlət X6 və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə 04 oktyabr 2024-cü il tarixdə, həmçinin 05 dekabr 2024-cü il tarixdə müraciətlər ünvanlanmışdır. Göndərilən müraciətlərə baxmayaraq Bakı Şəhər Baş X10 idarəsi və Bakı şəhəri Yasamal rayonu Polis İdarəsi Dövlət X7 qeyd olunan nəqliyyat vasitələti üzrə inzibati xəta törəldiyi halda nəqliyyat vasitəsini idarə edən şəxsin müəyyən edilməsi məqsədi ilə BOKT "xxxx" QSC-yə sorğu ünvanlanılmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş barəsində inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək üzrlü səbəblətdən iştirak edə bilməyəcəyini qeyd edərək, şikayətinin təmin edilməsi barədə qərara qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X4 bildirmişdir ki, BOKT "xxxx" QSCdə sürücü vəzifəsində işləyir və inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən tarixdə həmin avtomobili etibarnamə əsasında o idarə etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, X1 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24899311 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24899311 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə qərardan görünür ki, X2 4 dekabr 2024-cü il tarixdə saat 19:01-də "Hyundai Elantra” minik markalı **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, Akim Abbasov 73 (GPS: 40.3855292,49.8058886) ünvanında nəqliyyat vasitəsinin səkilərdə dayanmasına və durmasına görə barəsində Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan 24 iyun 2024-cü il tarixli etibarnamədən görünür ki, X3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək BOKT "xxxx" QSC mülkiyyətində olan "Hyundai Elantra” minik markalı **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi hüququ verilmişdir. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 16-cı bəndinə əsasən səki - yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir; 10-cu maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən avtomobil yollarının saxlanılması və abadlaşdırılması yol hərəkəti iştirakçılarının tələbatlarının maksimum ödənilməsinə və yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına xidmət etməlidir. Bu məqsədilə avtomobil yollarında nişanlama xətləri çəkilməli, yol nişanları və göstəriciləri (o cümlədən təhlükəli və çətin keçilən sahələri əks etdirən marşrut xəritələri və sxemləri), svetoforlar və yol hərəkəti təşkilinin digər texniki nizamlama vasitələri quraşdırılmalıdır; 52-ci maddəsinin: İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir; İV hissəsinin 9-cu bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa - səkilərdə dayanma qadağandır. Məhkəmə qeyd edir ki, inzibati orqan X1 idarə etdiyi nəqliyyat vasitəsinin səkidə dayanması qənaətinə gəlmiş və bununla da sonuncu barəsində İXM-in 346.9-cu maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Lakin, X4 məhkəmə iclasında bildirmişdir ki, həmin vaxt avtomobili etibarnamə əsasında o idarə etmişdir. Belə olan halda X1 inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətməsi faktı istisna olunur. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən olunmuşdur. Həmin maddədən göründüyü kimi yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi icraat zamanı İXM-in 6-cı maddəsinin (Qanunçuluq prinsipi) də tələbləri pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarına əsasən cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Beləliklə, məhkəmə, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 əməlində İXM-in 346.9-cu maddəsinin əsaslarının mövcud olmaması qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunur; Həmin Məcəllənin 135.1 və 135.1.5-1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24899311 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24899311 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-42/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-42/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver