Məhkəmə qərarları › İş №3(004)-4208/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4208/2023

29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4208/2023 29.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə Şəxs MMC–nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs MMC 30636.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixində xaricə köçürmüş və 2 ildən artıq müddət keçməsinə baxmayaraq 30636.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2023-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 protokola etiraz edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı İnzibati xəta haqqında EP №0087821 saylı, xx.xx.2023-cü il tarixli Protokolla məhkəməyə müraciət guya Şəxs MMC-nin 30636.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 30636.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmət) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş adıçəkilən inzibati xəta haqqında protokol əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC ilə “İnnova Analytics İT Solutions” LLC arasında xx.xx.2021-ci il tarixdə #03/2021_CSCO/HWS-001 saylı malların alqı-satqısına dair müqavilə imzalamışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “innova Analytics İT Solutions” LLC telekommunikasiya avadanlıqlarını, materialları, lisenziyaları o cümlədən quraşdırma konfiqurasiya Şəxs MMC təhvil verir Şəxs MMC isə sadalanan malları və xidmətləri qəbul edir. Məhkəməyə təqdim etdiyimiz müqaviləyə əlavə etdilmiş qiymət cədvəlindən görünür ki, inzibati xətanın predmeti olmuş pul məbləği tərəflər arasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktla əvəzləşdirilmişdir. Göründüyü kimi tərəflər arasında müqavilə bağlanmış həmin müqaviləyə əsasən satıcı qeyri- rezident rətəfindən Şəxs MMC-yə təkcə malların satışı deyil, eyni zamanda həmin malların (avadanlıqların) işlək vəziyyətə gətirilməsi üçün nəzərdə tutulmuş proqram təminatlarını da satmışdır. Bununla da faktiki olaraq satıcı qeyri-rezident tərəfindən malların alqı-satqısı ilə yanaşı xidmətlərin göstərilməsi də həyata keçirilmişdir. Adəçəkilən müqavilənin 1.2-ci bəndinə əsasən mallar və xidmətlər bir əməliyyatla yəni bir müqavilə üzrə həyata keçirilmişdir. Göründüyü kimi Şəxs MMC tərəfindən qeyri-rezidentə ödənilməsi üçün Azərbaycan Respublikasından kənara çıxarılmış xarici valyutanın təyinatı mallarla yanaşı xidmətlər də təşkil etmişdir. Malların ölkəyə daxil olmasını təsdiq edən gömrük bəyannaməsi müvafiq bank təşkilatına təqdim edilmiş eləcə də, xidmətlərin göstərilməsini özündə əks etdirən müqavilə üzrə tərəflərin bağladıqları xx.xx.2021-ci il tarixli akt ilə təsdiq olunmuşdur. X5 həmin aktı qəbul etməkdən imtina edərək tərəfimizdən inzibati xətaya yol veridiyimiz qənaətinə gəlmişdir. Halbuki, müqavilə ona əlavə edimiş sənədlərə nəzər yetirdikdə ölkədən çıxarılan valyutanın təyinatı üzrə istifadə olduğunu və heç bir inzibati xəta hadisəsinin törədilməməsi müəyyən olunur. AR İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin maddənin mənasından aydın olur ki, İnzibati Xətalar qanunvericiliyinin vəifələri konkret olaraq Məcəllədə öz əksini tapmışdır. Bu məcəllənin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi inzibati məsuliyyətə o şəxs cəlb olunur ki, inzibati xətanın törədilməsində onun təqsiri olsun və yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xəta törədilsin. İXM-nin 8-ci maddsinə əsasən: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hazırkı iş üzrə isə işə baxan məhkəmə tərəfindən ədalətlilik prinsipi pozulmuşdur. Belə ki, İXM-nin 12.1-ci maddəsinə görə Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddənin məzmunundan aydın olur ki, "xxxx" MMC-nin əməli bu Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd olmalı, hüquqa zidd olmalı, qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir. İnzibati xətanın qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi anlayışları Məcəllnin 13 və 14-cü maddələrində əks olunmuşdur. Belə ki, İXM-nin 131 cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin məcəllənin 14-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Yuxarıda sadaldığımız işin hallarından aydın olur ki, hər iki hal (yəni əməlin qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi) baş verməmişdir. İXM-nin 31.2ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 53.0.1 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Hesab edirk ki, yuxarıda sadaladığımız işin hallarına əsasən «AG Telekom” MMC-yə münasibətdə inzibati xəta hadisəsi və inzibati xətanın tərkibi yaranmamışdır. Bu əsasdan Mərkəzi Bank inzibati icraatı aparmamalı idi. İXM-nin 430.4-cü maddəsinə görə Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarıİmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir Adıçəkilən maddənin məzmunundan müəyyən olunur ki, hüquqi şəxsin (hazırkı iş üzrə «AG Telekom” MMC) inzibati xəta üzrə təqsirli bilinməsi üçün aşağıdakı hallardan biri mövcud olmalıdır: 1. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmır; 2. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq işlər görülmədikdə ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmır; 3. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarıİmamasına görə. Adıçəkilən maddənin dispozisyasında göstərilən “müəyyən edilmiş müddətlərdə” məhfumunu aydınlaşdırmaq üçün Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2016-cı il tarixli, 45/1 №-li Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması qaydaları”na nəzər yetirmək kifayətdir. Adıçəkilən Qaydaların 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıİdıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyənnaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödəniş edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci iki il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənimiş məbləğ geri qaytarıl mad ıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətləri) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün səndələr 5 iş günü ərzində Azərbaycan Respublikasının mərkəzi bankına təqdim edilir. Qeyd edilənləri diqqətinizə çatdıraraq Azərbaycan Respublikası Mərkəzi Bankının EP №0087820 saylı, xx.xx.2023-cü il tarixli Protokolu ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini Sizdən xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş edilmiş sənədlərdən görünür ki, köçürülümüş vəsaitin qarşılığında mallar 2021-ci ildə ölkəyə idxal edilmiş və Gömrük orqanına bəyan edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1 -ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 53.1 və 53.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. Göründüyü kimi İXM-in 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda yaranır. Şəxs MMC-nin məhkəməyə təqdim etdiyi bəyənnamə və bankın qeydindən məlum olur ki, Mərkəzi bank tərəfindən tərtib edilmiş protokolda qeyd olunan pul köçürülməsi ilə nəzərdə tutulan mallar Azərbaycanda daxil olmuşdur, bəyannamə banka vaxtında təqdim edilmişdir. Beləliklə, Şəxs MMC tərəfindən bəyənnamənin vaxtında təqdim edilməsi hazırkı iş üzrə inzibati xəta hadisəsinin olmasını istisna edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından «AG TELEKOM” MMC-nin barəsində tərtib olunmuş xx.xx.2023-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində tərtib olunmuş xx.xx.2023-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokola dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar