Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4213/2022 24.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 28-ci polis bölməsinin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fikrət oğlunun xx xxxx 1986-cı ildə Göyçay rayonunun, Şəhadət kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Göyçay rayonu, İkinci Ərəbcəbirli ərazi dairəsi, Birinci Ərəbcəbirli kəndində qeydiyyatda olan Şəxs Fikrət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci PB-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 24 avqust 2022-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 28-ci polis bölməsinin 24 avqust 2022-ci il tarixli qərarına və rədd materialına əsasən tərtib edilmiş 24 avqust 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Fikrət oğlu 15 iyul 2022-ci il tarixdə saat 04:00 radələrində ünvan 1 ünvanında yerləşənqadın gözəllik salonunun qarşısından məhəccərləri oğurlamışdır. Nəticədə Şəxs Fikrət oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Yasamal RPİ-nin 28-ci polis bölməsinin sahə rəisi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Yasamal rayonu Z.Xəlilov küçəsi 568-ci məhəllə mənzil 203-də yaşayan X6, Yasamal RPİ-nin 28-cı PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə naməlum şəxs ona məxsus ünvan 2 ünvanında yerləşən “Luna” qadın salonunun qarşısına quraşdırdığı təxminən 300- 400 manat dəyərində məhəccərləri oğurladığını aşkar etmişdir. A.Hacıyev oğurluq etmiş şəxsi müəyyən edib barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı izahatı alınmış X6 ərizəsində göstərdiklərini bir daha təsdiq edərək xx.xx.2022-ci il tarixdə gecə saatlarında naməlum şəxsin ona məxsus Şərifzadə küçəsi 71 ünvanında yerləşən “Luna” qadın salonunun qarşısında quraşdırlmış 300-400 manat dəyərində məhəccərləri oğurladığını qeyd etmişdir. Araşdırma zamanı X3 məxsus qeyri yaşayış sahəsinə baxış keçrilərək, həmin ünvanın foto şəkilləri çəkilib baxış protokoluna əlavə olunmuşdur. Əməliyyat axtarış tədbirləri nəticəsində X3 məxsus qeyri yaşayış sahəsinin qarşısındakı məhəccərlərin Şəxs Fikrət oğlu tərəfindən talandığı müəyyən edilmiş və o 24 avqust 2022ci il tarixdə saat 09:00-da saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nə gətirilmişdir. Bununlada Şəxs Fikrət oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Yekun olaraq məhkəmədən Şəxs Fikrət oğlu barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Fikrət oğlu özünü təqsirli bilərək izahatında göstərdi ki, heç bir yerdə işləmir, maddi imkanı yoxdur ona görədə xx.xx.2022-ci il tarixdə gecə saat təxminən 04.00 radələrində Şərifzadə küçəsi 71 ünvanın qarşısından təsadüfən keçən zaman həmin binanın birinci mərtəbəsində yerləşən qadın salonunun qarşısında məhəccərləri görüb onlardan oğurlamaq qərarına gəlmişdir. Bundan sonra o həmin yerdə olan məhəccərlərin bir hissəsini sındıraraq yerindən qoparıb satmaq üçün yaxınlıqdakı binanın həyətində aparıb gizlətmiş sonradan götürməyə gələn zaman məhəccərləri yerində aşkar etməmişdir. Bundan sonra 24 avqust 2022-ci il tarixdə saat 09:00-da polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmişdir. Etdiyi əməli səmimi olaraq qəbul edir və gələcəkdə bu kimi əməllər etməyəcəyinə söz vermişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı Kamil Rahmanov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 avqust 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə gecə saat 04.00 radələrində Şəxs, ünvan 2 ünvanında yerləşən X3 məxsus “Luna” qadın salonun qarşısında quraşdırılmış 300-400 manat dəyərində məhəccəri oğurlamışdır. Qeyd olunan faktda Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin tərkibi yaranmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin qeyd olunan faktda Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tərkibi yarandığından barəsində tədbir görülməsi üçün qərarın surəti 28-ci PB-nə verilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Fikrət oğlunun özgənin əmlakını talayaraq İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunmuş iş materialları ilə tam təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fikrət oğlunun etdiyi əməldən peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs Fikrət oğlunun məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.4-ci maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Fikrət oğlunun şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs Fikrət oğlu İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs Fikrət oğlunu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs Fikrət oğlunun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 24 avqust 2022-ci il tarixdən saat 09:00-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 24 avqust 2022-ci il tarixdən saat 09:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-4213/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4213/2022
24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver