Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4215/2022 25.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, təqdim edilmiş materiallar natamam olmuşdur, işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmamamışdır. Belə ki, məhkəmə iclasında borclu Şəxs bildirdi ki, o borcunu hər 20 gündən bir hissə hissə ödəmək istəyir, bununla bağlı tələbkar tərəflə razılaşmışdır, ona görə də tələbkarla aralarında razılıq əldə ediblər. Ona görə də işə baxılmamasını və protokolun geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar X2 bildirdi ki, borclu ilə borcunu ödəmək üçün ümumi razılıq əldə edilmişdir. Ona görə də işə baxılmamasını və protokolun geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında icra məmuru X3 bildirdi ki, borclu və tələbkar öz aralarında borcun ödənilməsi barədə razılıqları vardır. Belə ki, tələbkar ərizə ilə müraciət edib, borclu ilə aralarında razılıq əldə etdiyini bildirmişdir. Bununla da məhkəmədə müəyyən edildi ki, borclu borcunu ödəmək istəyir, tələbkarla borclu arasında borcun ödənilməsi üçün razılıq vardır. Lakin təqdim edilmiş protokolda qeyd edilənlər barədə nə borclunun, nə də tələbkarın izahatı olmamışdır. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal rayonu İcra Şöbəsinə geri qaytarılsın. hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-4215/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4215/2022
25.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver