Məhkəmə qərarları › İş №3(004)-4218/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4218/2023

08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4218/2023 08.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 153-də olan Şəxs şirkətinin Aəzrbaycan Respublikasındakı filialı (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X6 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Şəxs şirkətinin Aəzrbaycan Respublikasındakı filialı barəsində İXM-nin 598.7-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, ünvan 2 ünvanında Şəxs şirkətinin Aəzrbaycan Respublikasındakı filialı tərəfindən xx.xx.2023-cü il tarixdə saat 12:00-da daxili nəzarət proqramı tətbiq edilməmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X2 məhkəmə iclasında protokolu müdafiə edərək göstərdi ki, ünvan 2 ünvanında Şəxs şirkətinin Aəzrbaycan Respublikasındakı filialı tərəfindən xx.xx.2023-cü il tarixdə saat 12:00-da daxili nəzarət proqramı tətbiq edilməmişdir. Ona görə də inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs şirkətinin Aəzrbaycan Respublikasındakı filialının nümayəndəsi X7 bildirdi ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 07 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Aşağıdakılara əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu tamamilə əsassız və qanunsuz hesab edirlər: «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il Fərmanının 5.70-2-ci maddəsi ilə İXM-nin 598-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxan inzibati Orqanların siyahısı müəyyən edilmişdir. Fərmanın 5.70-2.2-ci maddəsinə əsasən hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri göstərən digər şəxslərə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müəyyən edilmişdir. Qeyd edilən Fərmana 31 yanvar 2023-cü ildə dəyişiklik edilmiş və Fərmanın 5.70-2 maddəsi 30 yanvar 2023-cü il tarixindən ləğv edilmişdir və hazırki tarixə qədərdə İXM 598-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxa biləcək inzibati orqanların siyahısı müəyyən edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2023-cü il tarixli Fərmanı ilə «inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı»nda dəyişiklik edilmiş, Vergilər Xidmətinin vəzifəli şəxsləri tərəfindən baxılan işlərin siyahısında İXM-nin 598-ci maddəsi çıxarılmışdır. İXM-nin 43.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Sözügedən Fərmanda dəyişikliklə səlahiyyətli orqan müəyyən edilmədiyindən və Vergi Xidmətinin bu maddəylə protokol tərtib etmək səlahiyyəti olmadığından, Vergi Xidmətinin Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində xx.xx.2023-cü il tarixində İXM-nin 598-ci maddəsi əsasında məsuliyyətə cəlb edilməsi ilə bağlı protokolu qanunsuzdur. İXM-nin 135-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi vəva dəyişdirilməsi ücün əsasdır. Göründüyü kimi, Vergi Xidmətinin İXM-nin 598-ci maddəsi ilə protokol tərtib etmək üçün səlahiyyətli olmadığından inzibati orqan tərəfindən tərtib edilmiş protokol barəsində işin baxılmasına xitam verilməlidir. Buna görə də, inzibati xəta haqqında protokol qanunsuz və əsassız olduğundan həmin protokol əsasında tərtib olunmuş qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs şirkətinin Aəzrbaycan Respublikasındakı filialı barəsində İXM-nin 598.7-ci maddəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilsə də, qüvvədə olan qanunvericiliyə əsasən qeyd edilən tarixdə həmin maddə üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin protokol tərtib etmək səlahiyyəti olmamışdır. Belə olduğu təqdirdə inzibati xata haqqında iş üzrə icraatın başlama əsaslarında biri də inzibati xəta haqqında protokol tərtib edilməsidir. İnzibati xəta haqqında protokol sübutun bir növüdür, həmin protokol toplanılmış sübutlarə sasında tərtib edilir. İnzibati tənbehvermə haqqında qərar tərtib edilmiş inzibati xəta haqqında protokl və toplanmış sübutlar əsasında qəbul edilir. Protokol səlahiyyətli olmayan orqan tərəfindən tərtib edildiyindən, belə bir sübut qanunla əldə edilmiş sübut hesab edilə bilməz və etibarsızdır. Həmçinin inzibati xata haqqında iş üzrə icraat buna səlahiyyəti olmayan orqan tərəfindən tərtib edilmiş, yəni qanunsuz olaraq tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmışdır. Belə bir protokol əsasında, yəni qanunazidd əldə edilmiş həmin protokl əsasında inzibati tənbehvermə qərarı çıxarıla bilməz və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmənin gəldiyi həmin nəticə İnzibati Xətalar Məcəlləsinin aşağıdakı normaları ilə əsaslandırılır: 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 99.4. İnzibati xata haqqında iş üzrə icraat aşağıda göstərilən vaxtdan başlanılmış hesab edilir: 99.4.1. bu Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə; 99.4.2. inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə; 99.4.3. bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edildikdə. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmçinin aşağıdakı normalar da qeyd edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ bəndinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. İnzibati xəta hadisəsinin müəyyən edilməsinin protokollaşdırıldığı həmin inzibati xəta haqqında protokolun qanunun pozulması ilə tərtib edildiyi müəyyən edilmişdir (pozuntuların mahiyyəti yuxarıda göstərilmişdir). Buna görə də həmin protokol olan, məhkəməyə göndərilmiş hazırkı həmin protokol şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin əsasını təşkil edən sübut kimi qəbul edilə bilməz. Yəni belə bir protokol qanunla müəyyən edilmiş sübut kimi qəbul edilə bilmir. Azərbaycan Respublikası Konstitusiyasının və İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə əsasən məhkəmə qanunsuz sübutu şəxsin əlehinə istifadə edə bilməz və bu qanunsuzluğu şəxsin ziyanına aradan qaldıra bilməz. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə də konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə, şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməlidir, protokol və əlavə edilmiş materiallar məhkəməyə göndərilməlidir və şəxs həmin protokol əsasında da inzibati məsuliyyətə cəlb edilə bilər. İXM-nin 8.1-ci maddəsinə əsasən şəxsin təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməli olduğundan, lakin iş üzrə mövcud protokol İXM-nin tələblərinə uyğun olmadan tərtib edildiyi üçün, həmin protokol şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin əsasını təşkil edən sübut kimi qəbul edilə bilməz. Protokol materiallara əlavə edilib məhkəməyə göndərilmir. Materiallar protokola əlavə edilib məhkəməyə göndərilir. Protokolun özü qanunsuzdursa, məhkəmə protokolu yox, materialları əsas göütürüb şəxsi inzibati məsuliyyətə cəlb edə bilməz. Bununla da məhkəmə hesab edir ki, hazırkı protokol qanunla müəyyən edilmiş sübut hesab edilmədiyindən, həmin protokol şəxsin inzibati məsuliyyətinin əsasını təşkil edə sübut olmadığından, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Beləliklə iş üzrə təqsirliliyi müəyyən edilməsində yuxarıda yaranmış şübhələr şəxsin xeyrinə həll edilməli olduğundan, məhkəməyə göndərilmiş həmin sübutlarla şəxsin qeyd edilən inzibati xətanı törətməsi qanunla müəyyən edilmiş, yəni hazırkı halda İXM-də nəzərdə tutulmuş qaydada şəxsin təqsiri sübuta yetirilmir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs şirkətinin Aəzrbaycan Respublikasındakı filialının barəsində İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar