Məhkəmə qərarları › İş №3(004)-4218/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4218/2024

02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4218/2024 02.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X10 iclas katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X5 iştirakı ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 126, mənzil 9 ünvanında yerləşən Şəxs ASC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs ASC (VÖEN: **********) ünvanına X3 "X15" şirkətindən xx.xx.2024-cü il tarixində 71D32510/71D32610 nömrəli nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş ümumi invoys dəyəri 75000 ABŞ dolları olan yük **********0530 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi ilə birgə təqdim edilən sənədlərin yoxlanılması zamanı yükün müvafiq müşayiət sənədlərində göstərilən "QR" kodda ixracatçı tərəfin eyni mala dair 601835.90 ABŞ dolları dəyərində invoys sənədi əlavə etdiyi müəyyən edilmişdir. SV3485 nömrəli invoys sənədinin nömrəsi bəyan edilən zaman əlavə edilən İGFZE-20**-Cİ-***1 nömrəli invoys sənədində də qeyd edilmişdir. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı AZ1100, ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" ASC-nin qanuni təmsilçisi Azərbaycan Respublikasının vətəndaşı Nümayəndə2 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, Bakı şəhərində anadan olmuşam, Bakı səhəri Xətai ravonu, ünvan 3 ünvanda yaşayır, evlidir, ali təhsilliydir, Azərbaycan dilini latın qrafikalı əlifba ilə sərbəst oxuya və yaza bilir, izahatının kompüter vasitəsilə təhqiqatçı tərəfindən yazılmasına etiraz etmir, izahatını oxuduqdan sonra doğruluqunu imzası ilə təsdiqləyir, Şəxs ASC-nin xx.xx.2023-cü il tarixdən hal-hazıradək qanuni təmsilcisidir, Şəxs ASC-nin əsas fəaliyyət istiqaməti geotexniki, geofiziki, seysmik, qazma və s. tədqiqatların aparılmasından ibarətdir, həmin tədqiqatları aparmaq üçün müxtəlif ölkələrdən, əsasən Türkiyədən, Amerikadan, Hollandiyadan və Çindən avadanlıqlar sifariş verirlər və Azərbaycan Respublikasının gömrük ərazisinə gətirirlər, işin mahiyyəti üzrə bildirir ki, Türkiyə Respublikasında qeydiyyatda olan “X8 Maden Tic.LTD" şirkəti ilə bağladıqları 01/24 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə əsasında həmin şirkətdən Model: AHV-4, Növ: Z5960012-364X-MAKE BUGGY, Seriya nömrəsi: 6696, istehsal tarixi: xx.xx.2016, şassi/ban no: 06R000965 olan 1 ədəd işlənmiş Seysmik vibrator maşını sifariş verilmişdir, sifariş verdikləri maşın Türkiyə Respublikasında qeydiyyatda olan “X8 Maden Tic.LTD” şirkətin tapşırığı ilə X4 Dubay səhərində qeydiyyatda olan “X15” şirkətdən Şəxs ASC- nin ünvanına göndərilmişdir, göndərilən maşın 034136 saylı xx.xx.2024-cü il tarixli yol nəqliyyat qaiməsi üzrə 71D32510/71D32610 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə “Biləsuvar” Gömrük İdarəsindən keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş və həmin yük Bakı Baş Gömrük idarəsində xx.xx.2024-cü il tarixdə İGFZE- 20**-Cİ-***1 saylı xx.xx.2024-cü il tarixli invovs üzrə **********0530 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir, 01/24 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə elektron qaydada onun və Türkiyə Respublikasında qeydiyyatda olan “X8 Maden Tic.LTD” şirkətinin direktoru Mehmet Özten trəfindən imzalanmışdır, sifariş verdikləri Model: AHV-4, Növ: Z5960012-364X-MAKE BUGGY, Seriya nömrəsi: 6696, istehsal tarixi: xx.xx.2016, sassi/ban no: 06R000965 olan 1 ədəd işlənmiş Seysmik vibrator maşınının invovs dəyəri 75000 ABŞ dolları təşkil edir, əlavə olaraq bildirir ki, həmin maşının təzəsi ümumilikdə 600000.00 ABS dolları civarındadır, sifariş verdikləri Model: AHV-4, Növ: Z59600İ2-364X- MAKE BUGGY, Seriya nömrəsi: 6696, istehsal tarixi: xx.xx.2016, şassi/ban no: 06R000965 olan 1 ədəd işlənmiş Seysmik vibrator maşına görə ödənişin bir hissəsi, yəni 63500 ABŞ dolları həmin maşın Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmamışdan qabaq Türkiyə Respublikasında qeydiyyatda olan “X9 Maden Tic.LTD” şirkətinin bank hesabına ödənilmiş, qalan 11500 ABŞ dolları isə maşın Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olduqdan sonra ödənilməlidir, lakin ödənilməmişdir, yaxın müddət ərzində qalıq hissə ixracatçı şirkətin bank hesabına köçürüləcək, yuxarıda qeyd etdiyim kimi, sifariş verdikləri AHV-4, Növ: Z5960012-364X- MAKE BUGGY, Seriya nömrəsi: 6696, istehsal tarixi: xx.xx.2016, sassi/ban no: 06R000965 olan 1 ədəd Seysmik vibrator maşını işlənmiş vəziyyətdir və həmin maşın 2016-cı ildə təzə halda Dubay səhərində yerləşən “Jebel Ali" azad iqtisadi zonasına gətirilmişdir və həmin maşının qiyməti 601835.90 ABŞ dolları dəyərində olmuşdur, əlavə olunan ixrac bəyannaməsi Dubay gömrüyünə aid sənəddir, əlavə olaraq bildirir ki, Model: AHV-4, Növ: Z5960012-364X-İVİAKE BUGGY, Seriya nömrəsi: 6696, istehsal tarixi: xx.xx.2016, sassi/ban no: 06R000965 olan 1 ədəd Seysmik vibrator maşınının işlək vəziyyətdə olması və onların həmin vəziyyətdə maşını 75000 ABŞ dolları dəyərində almaqlarını təsdiq edən Türkiyə Respublikasında qeydiyyatda olan “X8 Maden Tic.LTD’’ şirkətindən və İnova şirkətindən müvafiq sənədləri təqdim edəcək, **********0530 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən Model: AHV-4, Növ: Z5960012-364X- MAKE BUGGY, Seriya nömrəsi: 6696, istehsal tarixi: xx.xx.2016, şassi/ban no: 06R000965 olan 1 ədəd işlənmiş Seysmik vibrator masını hal-hazırda Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, S.A.M. zavodunun ərazisində yerləşən "GEOENGİNEERİNG” ASC-və məxsus geotexniki bazadadır. Araşdırma aparılan zaman AZ1100, ünvan 4 ünvanında qeydiyyatda olan "xxxx" ASC-nin qanuni təmsilçisi Azərbaycan Respublikasının vətəndaşı Nümayəndə2 tərəfindən təqdim olunan “İnova” şirkətindən ona göndərilən xx.xx.2024-cü il tarixli Satınalma dəyərinin təsdiqi adlı məktub və ona qoşma olunan 1 saylı əlavədə (X1 tərəfindən azərbaycan dilinə tərcümə olunaraq Bakı səhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən X1nın imzasının həqiqiliyi təsdiq edilmişdir.) qeyd edilmişdir ki, “inova Geophvsical İnc.” şirkəti göndərdiyi məktubda və həmin məktuba qoşma olunan 1 saylı əlavədə qeyd edilən ikinci əl vibroseysmik nəqliyyat vasitələrinin satış dəyərinin düzgünlüyünü təsdiq edərək bildirmişdir ki, ‘İnova” şirkəti qeyd edilən xüsusi məqsədlər üçün vibroseysmik nəqliyyat vasitələrinin orijinal istehsalçısıdır, qeyd edilən nəqliyyat vasitələrinin yenisi modifikasivalardan asılı olaraq təxmini 600000 (altı vüz min ABS dolları) olaraq dəyərləndirilir, ixrac bəyannamələrində bəyan edilən qiymətlər orijinal yeni mal dəyərini təmsil edir və heç bir halda ikinci əl nəqliyyat vasitələrini əks etdirmir, nəqliyyat vasitələri ilk dəfə X6 yeni vəziyyətdə idxal edilmişdir, bundan sonra “İnova" şirkəti qeyd edilən nəqliyyat vasitələrini əsl sahibindən alaraq Türkiyənin “Enerson” LTD və Azərbaycanın "xxxx" LTD şirkətləri daxil olmaqla məhdudlaşdırılmadan müxtəlif müştərilərə satımışdır, sorğulanan nəqliyyat vasitələri çox istifadə olunur və onların dəyəri 8 ildən artıqdır ki, köhnəlib, müştərilər köhnəlmiş belə nəqliyyat vasitələrini “İnova” şirkətindən 1 saylı əlavədə göstərilən müqavilələrə əsasən satın almışdır, onlar bu nəqliyyat vasitələrinin çox istifadə olunduqlarını təqdiq edən amortizasiya qeydləri və digər dəstəkləyici sənədlərə malikdirlər. Aparılmış araşdırma zamanı 3500 ədəd Model: AHV-4, Növ: Z5960012-364X-MAKE BUGGY, Seriya nömrəsi: 6696, istehsal tarixi: xx.xx.2016, sassi/ban no: 06R000965 olan 1 ədəd işlənmiş Seysmik vibrator maşını yükünün xx.xx.2024-cü il tarixə bazar dəyərinin müəyyən edilməsi məqsədilə xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33- 100/2-001905/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” birliyinə müraciət edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza" birliyinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” birliyindən Bakı Bas Gömrük idarəsinə 21 06.2024-cü il tarixdə daxil olmuş 27 nömrəli xx.xx.2024-cü il tarixli cavab məktubunda Model: AHV-4, Növ: Z5960012-364X-MAKE BUGGY, Seriya nömrəsi: 6696, istehsal tarixi: xx.xx.2016, Şassi/ban no: 06R000965 olan 1 ədəd işlənmiş Seysmik vibrator maşını yükünün xx.xx.2024-cü il tarixə bazar dəyərinin müəyyən edilməsi üçün bazarda analoji avadanlıqların satışının olmaması səbəbindən ekspert rəyinin verilməsinin imkan xaricində olduğu qeyd olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” birliyinin 27 nömrəli xx.xx.2024-cü il tarixli cavab məktubu əsasında Model: AHV-4, Növ: Z5960012-364X-MAKE BUGGY. Seriya nömrəsi: 6696, istehsal tarixi: xx.xx.2016, şassi/ban no: 06R000965 olan 1 ədəd işlənmiş Seysmik vibrator masını yükünün xx.xx.2024-cü il tarixə təxmini dəyərinin müəyyən edilməsi məqsədilə xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33-1100/2-003792/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilərək ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə •Ekspertizası Mərkəzindən Bakı Baş Gömrük idarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş 3-16-16/2-9/5108/2024 nömrəli məktubla ekspert vəsatət verərək bildirmişdir ki, qərarda göstərilən tədqiqat obyektinə ekspert baxışının keçirilməsi üçün şərait yaradılsın. Həmin vəsatət təmin clunaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2024-cü il tarixdə 3-33-1100/2-004317/2024 nömrəli məktub göndərilərək bildirilmişdir ki, qərarda göstərilən tədqiqat obyektinə ekspert baxışının keçirilməsi xx.xx.2024-cü il tarixə saat 10:30-a təyin olunmusdur. Həmin məktub əsasında ekspert qərarda göstərilən tədqiqat obyektinə xx.xx.2024-cü il tarixdə saat 10:30-da baxış keçirmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən Bakı Baş Gömrük idarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş 3-16-16/2-9/5108/2024 nömrəli məktubda ekspert “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumat verərək bildirmişdir ki, ekspert qarşısında qoyulmuş sualda qeyd olunan Model: AHV-4, Növ: Z5960012- 364X-MAKE BUGGY, Seriya nömrəsi: 6696, istehsal tarixi: xx.xx.2016, şassi/ban no: 06R000965 olan işlənmiş Seysmik vibrator avadanlığının yerli internet saytlarında qiymətinə dair məlumat olmadığından həmin avadanlığın qiymətini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, aparılan araşdırma zamanı Şəxs ASC eyni modelli istifadə olunmuş vəziyyətdə seysmik vibrator maşınlarının 2022-2023-cü illərdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərək rəsmiləşdiriliyi (**********1335, **********1124, **********0911 və s.) müəyyən olunmuşdur. Belə ki, toplanılmış sübutlar, yəni ünvan 4 ünvanınd a qeydiyyatda olan “Geoenqineerinq" ASC-nin qanuni təmsilçisi Azərbaycan Respublikasının vətəndaşı Nümayəndə2 verdiyi izahat, təqdim etdiyi “İnova" şirkətindən ona göndərilən xx.xx.2024-cü il tarixli Satınalma dəyərinin təsdiqi adlı məktub və ona qoşma olunan 1 saylı əlavə, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” birliyindən Bakı Baş Gömrük idarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş 27 nömrəli xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən Model: AHV-4, Növ: Z5960012-364X- MAKE BUGGY, Seriya nömrəsi: 6696, istehsal tarixi: xx.xx.2016, sassi/ban no: 06R000965 olan 1 ədəd işlənmiş Seysmik vibrator maşını yükünün xx.xx.2024-cü il tarixə bazar dəyərinin müəyyən edilməsi üçün bazarda analoji avadanlıqların satışının olmaması səbəbindən ekspert rəyinin verilməsinin imkan xaricində olması, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən Bakı Bas Gömrük idarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş 3-16-16/2-9/5108/2024 nömrəli məktuba əsasən Model: AHV-4, Növ: Z5960012-364X-MAKE BUGGY, Seriya nömrəsi: 6696, istehsal tarixi: xx.xx.2016, sassi/ban no: 06R000965 olan işlənmiş Seysmik vibrator avadanlığının yerli internet saytlarında qiymətinə dair məlumat olmadığından həmin avadanlığın qiymətini müəyyən etməyin mümkün olmaması, Model: AHV-4, Növ: Z5960012-364X-MAKE BUGGY, Seriya nömrəsi: 6696, istehsal tarixi: xx.xx.2016, sassi/ban no: 06R000965 olan 1 ədəd Seysmik vibrator maşınına baxış (ekspertin vəsatəti təmin olunaraq) nəticəsində həmin maşının daha çox istismar vəziyyətdə olması (həmin maşının fotoşəkilləri əlavə olunur), Şəxs ASC tərəfindən eyni modelli istifadə olunmuş vəziyyətdə seysmik vibrator maşınlarının 2022-2023-cü illərdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərək rəsmiləşdirildiyi nəzərə alınaraq ünvan 4 ünvanında qeydiyyatda olan edilmiş Model: AHV-4, Növ: Z5960012-364X-MAKE BUGGY, Seriya nömrəsi: 6696, istehsal tarixi: xx.xx.2016, şassi/ban no: 06R000965 olan 1 ədəd Seysmik vibrator maşının dəyərinin 601835.90 ABŞ dolları olması öz təsdiqini tapmamışdır və həmin maşının 601835.90 ABŞ dolları olması reallığı əks etdirmir. Odur ki, Model: AHV-4, Növ: Z5960012-364X-MAKE BUGGY, Seriya nömrəsi: 6696, istehsal tarixi: xx.xx.2016, şassi/ban no: 06R000965 olan 1 ədəd işlənmiş Seysmik vibrator maşının dəyəri üzrə toplanmış sübutlarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan inzibati xətaları dəyərlə bağlı məsuliyyət nəzərdə tutulan maddələrin və cinayət tərkib əlamətləri olmamışdır. Lakin Model: AHV-4, Növ: Z5960012- 364X-MAKE BUGGY, Seriya nömrəsi: 6696, istehsal tarixi: xx.xx.2016, şassi/ban no: 06R000965 olan 1 ədəd işlənmiş Seysmik vibrator maşının dəyərinin 601835.90 ABŞ dolları göstərilən ixrac bəyannaməsində və mənşə sertifikatına qoşulan sənədlərdə invoysda öz əksini tapması sənədlərdə uyğunsuzluq yaratmışdır və Şəxs ASC tərəfindən gömrük orqanlarına təhrif olunmuş məlumat verilmişdir. Belə ki, Bakı Baş Gömrük İdarəsinin Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş raporta əsasən Şəxs ASC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Bununla da o, İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, № 00100-02159/24 (EP 0157255) saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi, Nümayəndə1 məhkəmə iclasında protokola etiraz etməmişdir, yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyənnaməsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinərək, 250 manat (iki yüz əlli manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar