Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4221/2022 08.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədovun sədrliyi, X11 iclas katibliyi, AR ƏƏSMN yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X9, X1 vəkili Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, X1 AR ƏƏSMN yanında X13 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 AR ƏƏSMN yanında X13 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsi (bundan sonra - Müfəttişliyin Bakı şəhər idarəsi ) xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İnzibati Xətalar Məcəlləsi) 192.4-cü maddəsinə əsasən, “V.Y.Axundov adına X6 İnistutu” (bundan sonra-İnistut) X15 direktoru X4 inzibati tənbeh tətbiq edilmiş, 800 (səkkiz yüz) manat məbləğində cərimə olunmuşdur. Qeyd olunan qərar və inzibati xətanın törədilməsinə dair tərtib olunıpuş lakin bizə təqdim edilməyən protokol tamamilə əsassızdır və qanunvericiliyə və işin faktiki hallarına zidd olaraq tərtib edilmişdir. Belə ki: Düzgün olmayan vəzifəli şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiqi: Müfəttişliyin Bakı şəhər idarəsi xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı Tibb müəssisəsinin direktoru X3 şəxsən özü barəsində qəbul edilmişdir. Halbuki, İnistutda əmək haqqlarının və ona əlavələrin hesablanması görə bir başa məsul olan vəzifəli şəxslər mövcuddur. Müfəttişliyin Bakı şəhər idarəsi tərəfindən inzibati xəta tənbehi tətbiq etmək barədə qərar qəbul edilərkən isə həmin vəzifəli şəxslər nəzərə alınmadan, Düzgün olmayan vəzifəli şəxs - direktor barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Müfəttişliyin Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı tərtib edilərkən idarə tərəfindən heç bir əsaslandırma aparılmamışdır. Belə ki, qərarın işə baxılarkən müəyyən edilmiş hallar hissəsinə nəzər saldıqda görə bilərik ki, konkret olaraq göstərilməli olan inzibati xətanın mahiyyəti ümumi sözlərlə ifadə edilmiş, formal olaraq yazılmışdır. Müfəttişliyin Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı İnistutun direktoru X3 barəsində qəbul edilmişdir. Əməkdaşlara əmək haqqı və ona əlavələr qanunla müəyyən edilmiş qaydada ödənilmiş və heç bir pozuntuya yol verilməmişdir. Lakin, bütün bunlara baxmayaraq , Müfəttişliyin Bakı şəhər idarəsi formal olaraq “İnistutu” heç bir əsas olmadan inzibati məsuliyyətə cəlb olunması və cərimə edilməsi barədə yenidən qanunsuz qərar qəbul etmişdir. Qərarın sözügedən hissəsində “əmək haqqının hesablanması və ödənilməsində qanun pozuntusuna yol verildiyi göstərilmişdir. Lakin söhbətin hansı normativ sənədlərin müəyyən etdiyi normalardan getdiyi qərarın həmin hissəsindən aydın olmamaqdadır. Bu səbəbdən qərarın bu hissəsini hüquqi müəyyənlik prinsipinə zidd olaraq, qeyri-dəqiq tərtib edilmişdir. Bu əsasla da qərarın işə baxılarkən müəyyən edilmiş halların əsaslandırılmaması mövcud deyildir. Müfəttişliyin Bakı şəhər idarəsi tərəfindən qərar qəbul edilərkən İnzibati Xətalar Məcəlləsinin ümumi hissəsində nəzərdə tutulan normalar açıq şəkildə pozulmuşdur. Nəzərinizə çatdırırıq ki, inzibati xəta haqqında protokol bizə təqdim edilməmiş, xətanın törədilməsi faktını təsdiq edən heç bir sübut öz əksini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları protokolda öz əksini tapmalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Bununla bağlı isə Müfəttişliyin Bakı şəhər idarəsi tərəfindən bizə heç bir məlumat verilməmişdir. Nəticədə, Məcəllənin 100.4-cü (Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur.) maddəsinin tələbləri pozulmuşdur. Bildirir ki, inzibati tənbeh vermə haqqında protokolun surəti tibb müəssisəsinə rəsmi qaydada təqdim edilməmişdir. Bu səbəbdən biz həmin protokolla tanış ola bilməmiş, protokola öz qeyd və etirazlarını əlavə edə bilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Lakin Müfəttişliyin Bakı şəhər idarəsi tərəfindən Məcəllənin bu maddəsinin tələbləri də kobud şəkildə pozulmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı əsassız və qanunsuzdur. Məhkəmənin diqqətinə çatdırır ki, xx.xx.2022-ci il tarixli, MN ******* qərarının surəti İnistuta rəsmi qaydada xx.xx.2022-ci il tarixində göndərilmişdir. Bu əsasla da qərardan şikayət müddəti ötürülməmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəyə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir”. Həmin maddənin növbəti bəndində qeyd olunur ki, “İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir”. İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində vurğulanıb ki, “İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir”. Göstərilənlərə əsasən AR ƏƏSMN yanında X13 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X1 vəkili Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş AR ƏƏSMN yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X12 şikayət ərizəsində göstərilənlərlə razılaşmamış, həmçinin bildirmişdir ki, X5 “V.Y.Axundov adına X6 İnstitutu” X15 direktoru olmaqla yanaşı həmin hüquqi şəxsin qanuni təmsilçisi sayılır və bu səbəbdən də o, inzibati məsuliyyətə cəlb edilmişdir. Göstərilənləri nəzərə alaraq AR ƏƏSMN yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AR ƏƏSMN yanında X13 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X5 İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinib 800 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən “V.Y.Axundov adına X6 İnstitutu” X15 direktoru X5 tərəfindən işçilərin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntusuna yol verilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edlmişdir. Şikayətçi şikayətində qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim olunmamışdır. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 AR ƏƏSMN yanında X13 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-4221/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4221/2022
08.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver