Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4227/2025 20.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞnin polis sahə inspektoru, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elbəy oğlunun iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qubadlı rayonu, Dondarlı Ə/D, Saray kəndində qeydiyyatda olan Şəxs Elbəy oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Şəxs Elbəy oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 20 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı X6 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 14:50 radələrində polis əməkdaşları inzibati ərazidə xidmətdə olarkən ünvan 1 ünvanının qarşısında Şəxs Elbəy oğlu adlı şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşmışlar və özlərini təqdim etmişdirlər. Şəxs Elbəy oğlu özünü qeyri-adekvat apardığı üçün narkoloji tibbi yoxlama aparılması və əməlinə hüquqi qiymət verilməsi üçün sonuncunu 27-ci PŞ-nə dəvət etmişdirlər. “Respublika Narkoloji Mərkəzi” X12 Ambulator Məcburi-Narkoloji tibbi yoxlama rəyindən məlum olmuşdur ki, Şəxs Elbəy oğlunda asılılıq sindromu, narkomaniya xəstəliyi aşkar olunmuşdur. Bununla da, Şəxs Elbəy oğlu barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədən Şəxs Elbəy oğlu barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elbəy oğlu özünü təqsirli bilərək bildirmişdir ki, ünvan 1 ünvanının qarşısında 19 iyun 2025-ci il tarixdə günorta saatlarında saxlanılaraq o, 27-ci PŞ-nə dəvət olunmuşdur. Nəticədə narkotik vasitə istifadəçisi olması məlum olmuş və barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, əvvəllər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Yekun olaraq əməlindən peşmandır, hal-hazırda narkotik asılılığından azad olmaq məqsədilə müalicə alır. Göstərilənlərə əsasən, məhkəmədən barəsində yüngül növ inzibati tənbeh tədbirinin verilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Bundan əlavə verilmiş suallara cavab olaraq bildirdi ki, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Elbəy oğlu narkotik vasitə istifadəçisidir. Nəticədə Şəxs Elbəy oğlu tərəfindən İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2025-ci il tarixli, 3683 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin “X5 Tibbi Yoxlamanın” rəyi ilə təsdiq edilmişdir. xx.xx.2025-ci il tarixli Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin əməkdaşları tərəfindən rəhbərliyə ünvanlanmış raportan görünür ki, xx.xx.1999-cü il tarixdə Kürdəmir rayonunda anadan olan, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyytda olan, ünvan 4 ünvanında yaşayan X9 barəsində Bakı şəhəri, Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və dövriyyəsində şübhəli olması barədə Yasamal RPİ-nin 27-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis baş leytenantı X2 xx.xx.2025ci il tarixdə saat 14:50 radələrində əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə 19 iyun 2025-ci il tarixdə saat 15:56-da Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 71 ünvanının qarşısında X7 yaxınlaşaraq özlərini təqdim etmişlər, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə polis şöbəsinə məlumat daxil olması bildirilərək, üzərində narkotik vasitə varsa həmin narkotik vasitələrin təqdim olunmasını təklif etmişlər. X9 mavi rəngli cins şalvarın sağ cibinin üzərində yerləşən balaca saat cibindən içərisində öz dediyinə görə "kakos" deyilən narkotik vasitə "heroin" olan bir ədət qızılı rəngli bükülünü təqdim etdikdən sonra, polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilərək nəticəsi protokollaşdırıldı, eyni zamanda şübhəli X1 zaman yanında olan Şəxs Elbəy oğlu adlı şəxsə narkotik vasitə istifadəçisi olub olmadığını soruşularaq üzərinə baxış keçirilmişdir. Şəxs Elbəy oğlu narkotik vasitələrin istifadəçisi olduğunu etiraf etsədə üzərində narkotik vasitə olmadığını bildirmişdir. Baxış zamanı Şəxs Elbəy oğlunun üzərindən hər hansı narkotik vasitə aşkər edilməmişdir. Polis əməkdaşları tərəfindən hər iki şəxs xx.xx.2025-ci tarixdə saat 16:20 radələrində Yasamal RPİ-nin 27-ci PŞ-nin inzibati binasına gətirilmişdir. xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs Elbəy oğlu həmin tarixdə, saat 15:56-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, 3683 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin “X5 Tibbi Yoxlama” rəyindən görünür ki, Şəxs Elbəy oğlundan götürülmüş sidik nümunəsində MTD (+) aşkar olunmuşdur. Şəxs Elbəy oğlunda kannabinoidlərin və opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülmüşdür. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs Elbəy oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq olunmuşdur Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Elbəy oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirdib tərəfləri dinləyərək belə qənaətə gəlir ki, Şəxs Elbəy oğlu qanunsuz olaraq narkotik vasitələrin istifadəçisidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs Elbəy oğlunun əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs Elbəy oğlu məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki Şəxs Elbəy oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Şəxs Elbəy oğluna narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli, inzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulduğu vaxtdan, yəni 19 iyun 2025-ci il tarixdən saat 15:56-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 77, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Elbəy oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri təyin edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 19 iyun 2025-ci il, saat 15:56-dan hesablansın. Şəxs Elbəy oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Şəxs Elbəy oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin. Qərarın icrası Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-4227/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4227/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver