Məhkəmə qərarları › İş №3(004)-4230/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4230/2020

09.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4230/2020 09.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X7 iclas katibliyi ilə, Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Rusiya Respublikasının Tümen vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi, 1055 ünvanında qeydiyyatda olmaqla Nəsimi rayonu Ak. H.Əliyev küçəsi 41 mənzil 60 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs 19 saylı Notariat Kontorunun xx xxxxxxxx 2020-ci il tarixli 8İ-4358 nömrəli icra qeydinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməmiş və icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 7820 (yeddi min səkkiz yüz iyirmi) manat tələbkar X3 xeyrinə tutulmalıdır. İcra sənədi üzrə icraata xx xxxxxxxx 2020-ci il tarixli qərarla başlanılmışdır. Borcluya icra işi üzrə tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirməklə bağlı bildiriş, icraata başlama haqqında qərarın surəti göndərilmişdir. Həmin iş üzrə borcluya Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq verilmişdir. Hazırda borclu icra sənədinin icrasını təmin etməkdən üzürsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən protokol tərtib etmiş İ.M.Allahverdiyev borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar barəsində tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, Sədərək ticarət mərkəzində fərdi qaydada müxtəlif çeşidli geyim mallarının topdan satışı ilə məşğul olmuşdur. Hazırda ölkədə mövcud olan həm müharibə vəziyyəti, həm də pandemiya ilə bağlı müflisləşmiş və bu səbəbdən borcunu vaxtında ödəyə bilməmişdir. Lakin yaxın iki ay müddət ərzində borcunu ödəyəcəyinə vəd edir. O, icra sənədini icra etməkdən qəsdən yayınmamış, üzrlü səbəbləri olmuş və göstərilən bu hallar nəzərə alınaraq barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra sənədi üzrə tələbkar X4 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. İcra məmuru onun gəlməmə səbəbini hazırda ölkə ərazisində elan edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində hərəkət məhdudiyyəti ilə əlaqələndirmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol Yasamal rayon İcra və probasiya şöbəsinə qaytarılmalıdır. Belə ki, icra işi materialları məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, barəsində protokol tərtib edilmiş Şəxs müvafiq olaraq məşğulluq mərkəzində qeydiyyata alınıb-alınmaması, onun borcun yönəldilə biləcəyi hər hansı bir digər əmlakının olubolmaması, icra sənədi üzrə icraatın xx xxxxxxxx 2020-ci il tarixə başlanılmasına baxmayaraq bu qısa müddət ərzində həmin icra sənədinin icra edilməməsində üzrlü səbəblərin olubolmaması yoxlanılmadan protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, cari ilin mart ayından etibarən ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsi və yeni növ “Covid-19” virusunun yayılmasının qarşısının alınması məqsədilə ticarət mərkəzlərinin bağlanması, dolayısı ilə hazırda bir sıra vətəndaşların, o cümlədən fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş Şəxs işsiz olması səbəbindən icra sənədi üzrə onun borcunun ödənilməsində real olaraq müəyyən çətinliklər yaratmışdır. Bu halda isə məhkəmə hesab edir ki, icra sənədi üzrə məmurun qanuni tələblərini qəsdən yerinə yetirməməkdən heç bir söhbət gedə bilməz və bunun əksini sübut edən iş materiallarına hər hansı bir mötəbər dəlil əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İXM-nin 40, 100 və 106-118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinə qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar