Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4236/2024 22.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, X3 barəsində AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 23079371 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə tənbeh vermə qərarının ləğv edilməsini xahiş etmişdir. Lakin barəsində şikayət verilmiş həmin qərar X4 adlı şəxs barəsində qəbul edilmişdir. Qərarda da bu şəxsə aid məlumatlar yazılmışdır. Yəni barəsində qərar qəbul edilmiş şəxs başqa adamdır, şikayət vermiş şəxs isə başqa adamdır. Bununla da hazırkı iş üzrə N.Nağıyeva adlı şəxs barəsində qəbul edilmiş qərardan şikayəti R.Nağıyev vermişdir. R.Nağıyevin həmin şikayəti N.Nağıyevanın adından, onun nümayəndəsi kimi imzalamaq səlahiyyətinə malik olmasına dair iş materiallarına heç bir sənəd əlavə edilməmişdir. İXM-nin 64.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. İXM-nin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. İXM-nin 65.6-cı maddəsinə əsasən vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən orderlə təsdiq edilir. Nümayəndənin səlahiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilən etibarnamə ilə təsdiq edilir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxsin özü və ya onun müdafiəçisi inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Beləliklə, yuxarıda sadalananlara əsasən inzibati xətalar haqqında işlərdə yalnız və yalnız hüquqi şəxslərin və ya zərər çəkmiş şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsini onların nümayəndəsi həyata keçirə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə, o cümlədən barəsində inzibati tənbeh tətbiq edilmiş fiziki şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda yalnız müdafiəçi iştirak edə bilər. Bu səbəbdən də fiziki şəxs barəsində tətbiq edilmiş inzibati tənbeh qərarından həmin şəxsin özü və ya onun adından müdafiəçisi (vəkil) şikayət verə bilər. Vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən orderlə təsdiq edilir. Bu səbəbdən də barəsində inzibati tənbeh tətbiq edilmiş fiziki şəxsin adından həmin qərardan nümayəndənin şikayət vermək hüququ yoxdur. Bununla da şikayət səlahiyyəti olmayan şəxs tərəfindən verildiyi üçün hazırkı şikayətə baxılması mümkün olmadığından, şikayət geri qaytarılmalıdır. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: Şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətçiyə izah edilir ki, qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət və ya protest verilə bilməz. Hakim, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-4236/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4236/2024
22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver