Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-424/2022 17.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1995-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Qobustan rayonu, Sündü kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, Ə.Qarayev küçəsi, ev 111-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 17.01.2022-ci il tarixdə saat təxminən 11:00 radələrində Yasamal rayonu, Kənar Dairəvi yolda qardaşına məxsus olan “VAZ 2106” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olduqları zaman alın şüşə tünd olduğu üçün DYP əməkdaşı tərəfindən mayaq miqalkadan istifadə etməklə sürücüyə saxla əmri verilmiş, sürücüyə yaxınlaşıb özünü təqdim edərək DYP əməkdaşları sənəd təqdim edilməsini xahiş etdilər. X2 inspektora tabe olmadığını gördükdə, digər polis əməkdaşı dərhal yaxınlaşdıqda sürücünün yanındakı şəxslər Şəxs və digər X4 inspektoru nalayiq küçə söyüşləri ilə təhqir edərək, tələblərinə tabe olmayacaqlarını bildirdikdə, polis əməkdaşı səbrli olmalarını xahiş etsə də, yenə də təhqir etməyə başladılar. Bu avtomaşını dayanacağa təmin etmək istəyərkən, sürücü onu itələyərək onun qanuni tələbinə tabe olmayaraq ona müqavimət göstərməyə başladıqları zaman onlar ərazidə xidmət edən ÇPA-nın köməkliyi ilə 28-ci Polis Bölməsinə təmin olundu. Bu şəxslərin etdikləri müqavimət və tabesizlik video görüntüdə əks olunub. Bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsi tərəfindən 17.01.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, 17.01.2022-ci il tarixdə saat təxminən 11:00 radələrində Yasamal rayonu, Kənar Dairəvi yolda qardaşına məxsus olan “VAZ 2106” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olduğu zaman DYP əməkdaşları qardaşına “saxla” əmri verdilər, qardaşıda dərhal saxladı. DYP əməkdaşları qardaşına yaxınlaşdılar, bildirdilər ki, onlarda qabaq işıqlarda konstruksiya dəyişikliyi var, qardaşıda dedi ki, yoxdur. DYP əməkdaşları avtomobilə baxış keçirtdilər və gördülər ki, konstruksiya dəyişikliyi yoxdur və bu zaman qardaşına nalayiq sözlər və kobudluq göstərdilər. Onlarda bu zaman “102” qaynar xəttinə zəng etdilər, onları da bölməyə gətirdilər. Polislərlə heç bir mübahisə etməmişdir, polislərdən qaçmamışdır. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin sahə inspektoru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 17.01.2022-ci il tarixdə saat təxminən 11:00 radələrində Yasamal rayonu, Kənar Dairəvi yolda qardaşına məxsus olan “VAZ 2106” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olduqları zaman alın şüşə tünd olduğu üçün DYP əməkdaşı tərəfindən mayaq miqalkadan istifadə etməklə sürücüyə saxla əmri verilmiş, sürücüyə yaxınlaşıb özünü təqdim edərək DYP əməkdaşları sənəd təqdim edilməsini xahiş etdilər. X2 inspektora tabe olmadığını gördükdə, digər polis əməkdaşı dərhal yaxınlaşdıqda sürücünün yanındakı şəxslər X4 və Şəxs inspektoru nalayiq küçə söyüşləri ilə təhqir edərək, tələblərinə tabe olmayacaqlarını bildirdikdə, polis əməkdaşı səbrli olmalarını xahiş etsə də, yenə də təhqir etməyə başladılar. Bu avtomaşını dayanacağa təmin etmək istəyərkən, sürücü onu itələyərək onun qanuni tələbinə tabe olmayaraq ona müqavimət göstərməyə başladıqları zaman onlar ərazidə xidmət edən ÇPA-nın köməkliyi ilə 28-ci Polis Bölməsinə təmin olundu. Bu şəxslərin etdikləri müqavimət və tabesizlik video görüntüdə əks olunub. Bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan BŞDYPİ-nin YPA-nın MEB-nin YPX inspektorları Ülvi Quliyev və Vladik Mirzəmmədov tərəfindən tərtib edilmiş 17.01.2022-ci il tarixli Raportla Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. İş materiallarında olan hadisənin CD disk yazısına baxış zamanı görünür ki, “VAZ 2106” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobillə DPY avtomobilini idarə edən əməkdaş tərəfindən saxla əmri verilir, sonra həmin avtomobildə olan şəxslər avtomobildən düşərək polis əməkdaşları ilə mübahisə edilrər, polis əməkdaşlarına əl qaldırırlar, onlarla tutaşırlar. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 20 gün (iyirmi gün) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 17.01.2022-ci il tarixindən, saat 11:30 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-424/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-424/2022
17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver