Məhkəmə qərarları › İş №3(004)-4240/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4240/2022

18.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4240/2022 18.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 05 avqust 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 05 avqust 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs ASC onun mülkiyyətində (istifadəsində) olan “İsuzu NQR 71P” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatları Şəxs ASC səlahiyyətli orqanın inzibati xətanın törədilməsi barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X5 inzibati xəta haqqında protokol ilə razılmayaşaraq ifadəsində göstərmişdir ki, “Təmiz Şəhər" ASC hər təqvim ilinin əvvəlində Cəmiyyətə məxsus nəqliyyat vasitələrinin sürücüləri haqqında yenilənmiş məlumatları Yasamal rayon X9 vaxtında və lazımi qaydada çatdırılmasını təmin edir. Cəmiyyətin TŞ- X/O-88/2022 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə Cəmiyyətə məxsus bütün nəqliyyat vasitələri və onları il ərzində idarə edən şəxslər barədə məlumat artıq ilin əvvəlindən təqdim olunmuşdur. Məlumatda aydın şəkildə görünür ki, “İSUZU NQR 71P” markalı, 8 m3 həcmli tullantı daşıyan, ** JM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi idarə olunması üçün X2 təhkim olunmuşdur. Lakin, Yasamal rayon Polis İdarəsi xx.xx.2022-ci il tarixli 091- 9273-1222 nömrəli cavab məktubu ilə qanunvericiliyə uyğun olmayaraq bildirmişdir ki, inzibati xətanı törətmiş istifadəçilərin nəqliyyat vasitələrini hansı müddətdə idarə etmələri barədə məlumat olmadığına görə Cəmiyyətin məktubu geri qaytarılır. Bildiririk ki, DYP-nin qanunda nəzərdə tutulmayan məlumatı tələb etməsi, o cümlədən qanunda nəzərdə tutulmayan qaydada “məktubları geri qaytarması” və daha sonra bunu rəhbər tutaraq yenidən təkrar sorğu göndərməsi tamamilə hüquqaziddir. İnzibati Xətalar Məcəlləsinin 347- ci maddənin mətnində təqdim edilməli məlumatlar aydın şəkildə göstərilir və bu məlumatlar - inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatla məhdudlaşır və həmin maddədə digər hər hansı məlumatın, o cümlədən “inzibati xətanı törətmiş istifadəçilər tərəfindən hansı müddətdə idarə etmələri barədə” məlumatın tələb olunması, yaxud “məktubların geri qaytarılması” nəzərdə tutulmayıb. Hüquqi şəxs əgər sürücü barədə məlumatı təqdim edibsə, demək, inzibati xətanı törədənin kimliyi bəllidir və sorğu-sualsız məhz həmin sürücü məsuliyyətə cəlb edilməli və icraat tamamlanmalıdır. Bununla belə, Cəmiyyət TŞ-X/O-217/2022 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə əvvəlki məktubundakı məlumatları təkrar olaraq yenidən təqdim etmişdir. Buna baxmayaraq, Yasamal Rayon Polis İdarəsi 2022-ci il 19 may tarixli cavab məktubu ilə növbəti dəfə hüquqa zidd olaraq eyni səbəbi göstərməklə məlumatları geri qaytarmışdır. Bildiririk ki, son dövrlərdə vüsət alan bu əsassız yanaşmalarla bağlı fərdi qaydada Baş X10i İdarəsinə müraciət edilərək təkliflər təqdim olunmuş və müraciətə cavab olaraq bu kimi əsassız halların mövcudluğu təsdiqlənmiş və onların aradan qaldırılması üçün təkliflərin növbəti dəyişikliklər paketində nəzərə alınacağı bildirilmişdir. Cəmiyyətin təqdim etdiyi məlumatlarda il ərzində ümumiyyətlə hər hansı dəyişiklik baş vermir və konkret olaraq hazırda icraat aparılan iş üzrə də heç bir dəyişiklik baş verməmişdir. Bununla belə, həmin məlumatlarda hər hansı bir dəyişikliyin olması faktının sübuta yetirilməsi isə hər bir halda yenə də Cəmiyyətin yox, səlahiyyətli qurum qismində X7 vəzifəsidir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin müddəalarına əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxsin təqsiri həmin məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsirsiz hesab edilir. Bundan başqa, “Yol hərəkəti haqqında” Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə görə dövlətin məsuliyyətinin yol hərəkətində iştirak edən insanların məsuliyyətindən üstünlüyü, o cümlədən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi zamanı insanların, cəmiyyətin və dövlətin mənafelərinə əməl olunması yol hərəkəti təhlükəsizliyinin təmin olunmasının başlıca prinsiplərindəndir. Bunu nəzərə alaraq, X10i öz məsuliyyətini üzərindən ataraq onu yol hərəkəti iştirakçılarının üzərinə yükləməməli, sübutetmə yükünü özü daşımalı, şəxslərin mənafelərini pozaraq mövcud olan faktların və ya sübutların təkrar təsdiqini yol hərəkəti iştirakçılarından tələb etməməlidir. Qeyd olunanları nəzərə alaraq, Cəmiyyətin özü tərəfindən onun təqdim etdiyi məlumatlarda hər hansı bir dəyişikliyin olması barədə məlumat verilənə qədər onun daha əvvəl təqdim etdiyi məlumatlar mötəbər və dəyişməz hesab olunmalı, Cəmiyyətə bu barədə hər dəfə yenidən əsassız olaraq sorğu verilməməlidir. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin Şəxs ASC-nə ünvanladığı sorğudan görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan “İsuzu NQR 71P” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən xx.xx.2022-ci il tarixdə saat 06:51-də Azərbaycan Respublikası İXM-nin 469.3cü maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Yasamal RPİ-nə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında “SS794147845AZ” nömrəli ştrix kodlu xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu xx.xx.2022-ci il tarixdə Şəxs ASC-nə çatdırılmış və xəbərnamə Abbasov tərəfindən imza edilməklə qəbul edilmişdir. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən "xxxx" ASC-yə ünvanlanmış sorğuya daxil olmuş 11 oktyabr 2022-ci il tarixli 103-1-22-1/1894 nömrəli cavab məktubundan müəyyən edilir ki, sistem üzərindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, X10 tərəfindən Şəxs ASC-yə göndərilən sözügedən məktub xx.xx.2022-ci il tarixdə 122 saylı poçt şöbəsində (PŞ) qəbul olunmuş, xx.xx.2022-ci il tariixdə xidmət ərazisi üzrə 25 saylı PŞ-yə daxil olmuş və çatdırma vərəqinə imza etdirməklə xx.xx.2022-ci il tarixində ünvanı üzrə çatdırılmışdır. Məktubun xəbərnaməsi isə, xx.xx.2022-ci il tarixdə geri, göndəriciyə verilmişdir. Lakin barəsində protokol tərtib edilmiş hüquqi şəxs tərəfindən səlahiyyətli qurumun müvafiq sorğusuna qanunla müəyyən edilmiş müddət ərzində cavab verilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs ASC mülkiyyətində (istifadəsində) olan “İsuzu NQR 71P” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün Azərbaycan Respublikasının İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti üzrə qərar qəbul edilməsi üçün həmin sürücü barədə məlumat əldə etmək məqsədi ilə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən şirkətə sorğular göndərilmiş və həmin sorğular 13 iyul 2022-ci il tarixdə cəmiyyətin məsul əməkdaşı tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Qeyd edilən sorğuda məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq inzibati xəta törətmiş sürücü bərəsində məlumat cəmiyyət tərəfindən nə Yasamal RPİ-nə, nə də ki, məlumatın vaxtında verilməsinə dair təsdiqedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Bununla da, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar