Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-425/2022 31.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2, İnzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı Nəqliyyat Agentliyinin 13.12.2021-ci il tarixli, BNA ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X4 Bakı Nəqliyyat Agentliyinin 13.12.2021-ci il tarixli, BNA ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyi tərəfindən çıxarılmış 13.12.2021-ci il tarixli, BNA ******* saylı İnzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-84/2022 nömrəli 06.01.2022-ci il tarixli qərardadından görünür ki, X2 Bakı Nəqliyyat Agentliyinin 13.12.2021-ci il tarixli, BNA ******* saylı qərarından verdiyi şikayət aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, B.Vahabzadə küçəsində Bakı Dövlət Universitetinin əsas giriş qapısının qarşısında, dayanma və durmanı qadağan edən nişan olmadığından əmin olduqdan sonra 3 saniyə müddətində sərnişin düşürərək yoluna davam etmişdir. Birtərəfli həmin yolda sağ və sol tərəfdə avtomobillər sıra ilə düzülmüş, dayanmış və durmuş vəziyyətdədir. Həmin an orada tıxac olduğundan maşınını az surət ilə hərəkət edirmişdi. BNA əsassız olaraq dayanma və ya durma qaydalarını pozulmasını tətbiq etməklə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsini qanunsuz olaraq tətbiq etmişdir. Halbuki, həmin vaxt o, hərəkətdə olmuş, maşınınıın mühərriki və bütün işıqları yanılı olmuş və heç bir nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneə törətməmişdir, yol hərəkəti qaydalarını pozmamışdır. Eyni zamanda həmin yol birtərəfli yoldur və orada dayanma-durmanı qadağan edən heç bir nişan olmamışdır. Ona görə də, həmin qərar inzibati xəta haqqında iş üzrə icraat qaydasında məhkəmə vasitəsilə ləğv edilməlidir. Həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsi X3 şikayətə etiraz təqdim edərək bildirmişdir ki, X4 idarə etdiyi “Mercedes E320” markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilin 13 dekabr 2021-ci il tarixdə saat 15:49:40-dan 15:52:40-dək Bakı şəhəri, Yasamal rayonu, В Vahabzadə küçəsində yolun hərəkət hissəsinin sağ tərəfində cərgə sırasını pozaraq saxlamışdır. Halbuki “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin l-ci hissəsinə əsasən, nəqliyyat vasitələrinə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Lakin inzibati xəta hadisəsini fiksə edən fotoşəkillərdən göründüyü kimi həmin avtomobil cərgə sırasını pozmuş və bu da nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşmasına səbəb ola bilər. İnzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərar və şikayətə əlavə edilmiş fotoşəkil ilə tam təsdiq olunur və bu hal da şəxsin İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Bakı Nəqliyyat Agentliyinin 13 dekabr 2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarları mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X2 şikayətləri əsassızdır və təmin edilməməlidir. Beləliklə, Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X2 şikayətləri əsassızdır və təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Bakı Nəqliyyat Agentliyinin 13.12.2021-ci il tarixli, BNA ******* saylı saylı inzibati tənbeh verilməsi haqqında qərarından görünür ki, X4 13.12.2021ci il tarixində 15:52:40-da dayanma və ya durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılarkən həmin şəxs nəqliyyat vasitəsinin yanına yaxınlaşdıqda, onun nəqliyyat vasitəsinin qaytarılmamasına görə-iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, şikayət vermiş X4 öz şikayətini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, işdə olan fotoşəkillərdən aydın olur ki, X4 tərəfindən 13.12.2021-ci il tarixdə 15:52 radələrində Bakı şəhəri Binəqədi rayonu B.Vahabzadə küçəsi istiqamətində nəqliyyat vasitəsinin dayanması halı müəyyən edilir. Digər tərəfdən məhkəmə inzibati xətanın baş verib verməməsi məsələsini həll edərkən eyni zamanda nəzərə alır ki, Ə.Eyvazov məhkəməyə ünvanladığı şikayət ərizəsində və həmçinin məhkəmə iclası zamanı da izahatında bildirmişdir ki, qeyd edilən tarixdə və saatda sərnişin düşürərək yoluna davam etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29-cu bəndinə əsasən nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Həmin Qanunun 1-ci maddəsinin 31-ci bəndinə əsasən nəqliyyat vasitəsinin durması — əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. Həmin Qanunun 52-ci maddəsinin l-ci hissəsinə əsasən, nəqliyyat vasitələrinə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Hazırkı halda, X4 qeyd olunan ərazidə heç bir qadağaedici nişanın olmadığından bildirsə də, iş materilları ilə sübuta yetirilir ki, X4 idarə etdiyi “Mercedes E 320” minik markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilin 13 dekabr 2021-ci il tarixdə saat 15:52:40-da Yasamal rayonu B.Vahabzadə küçəsində yolun hərəkət hissəsinin sol tərəfində cərgə sırasını pozaraq saxlamışdır. “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin l-ci hissəsinə əsasən, nəqliyyat vasitələrinə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı Nəqliyyat Agentliyinin 13.12.2021-ci il tarixli, BNA ******* saylı qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı Nəqliyyat Agentliyinin 13.12.2021-ci il tarixli, BNA ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-425/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-425/2022
31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver