Məhkəmə qərarları › İş №3(004)-4252/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4252/2022

04.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4252/2022 04.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X17 iclas katibliyi ilə Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X15, X1nun vəkili X9 iştirakları ilə, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 12 avqust 2022ci il tarixli MN seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X11 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 12 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, X18 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinə şikayət etmişdir. Şikayətində göstərmişdir ki, K.Y.Fərəcova adına X4 X28 tərəfindən onun son haqq-hesabı düzgün ödənilməmişdir. Bunun əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı ilə o Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 1.000 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı qanunsuz və əsasız olduğundan ləğv edilməlidir. Belə ki, X18 K.Y.Fərəcova adma X4 X32dən yaşa görə pensiyaya çıxarkən onun son haqq-hesabı düzgün ödənilmişdir. X5 artıq ödəniş edilmişdir. X12 yaşa görə pensiyaya çıxarıldığına görə (onunla bağlanmış müqavilənin vaxtı uzadılmadığından) K.Y.Fərəcova adına X4 X32dən qərəzli olduğundan şikayət etmişdir. X21 Xidməti Bakı şəhər İdarəsinin əməkdaşı tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokol və xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərar tam, düzgün və ətraflı görsədilməklə tərtib olunmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokol və xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarda X6 haqqhesabı düzgün ödənilmədiyini görsədilsədə, X6 haqq-hesabında hansı hissəsində, hansı ödənişində və nəqədər ödənilmədiyi tam, düzgün və ətraflı görsədilməmiş, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokol və xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərara bu hall üzrə heç bir sübut əlavə edilməmişdir. Yekun olaraq o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhər idarəsi tərəfindən barəsində qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsilə olan 01 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1nun nümayəndəsi X16 şikayətin dəlillərinə uyğun izahat verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 01 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərar əsassız və qanunsuz olduğundan onu ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, işçilərin əməkhaqqı onlar tərəfindən deyil məhz Azərbaycan Respublikası İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X28 tərəfindən ödənilir. Qeyd edilən ödənişin edilməsi üçün X11 Azərbaycan Respublikası İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X29 müraciət etməsinə baxmayaraq bununla bağlı vəsait ayrılmamışdır. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X23 şikayət ərizəsinə etiraz edərək bildirmişdir ki, şikayət əsassız olduğundan rədd edilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 01 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərar qanuni olduğundan qüvvəsində saxlanılmalıdır. Belə ki, X18 loqoped vəzifəsində çalışır. Həmin vəzifə çalışan həkilmələ vəzifə maaşına əlavə 15 faiz miqdarında əlavə haqq ödənilməlidir, lakin X14 həmin məbləğdə vəsait ödənilməmişdir. Məhkəmə tərəflərin izahatını, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 01 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X12 əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq son haqq-hesab düzgün ödənilməmişdir. Nəticədə X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş edilmiş 01 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, X11 barəsində tərtib edilmiş 01 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində inzibati 1000 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyinin 28 aprel 2022-ci il tarixli PHŞ/1-2-2022-10204 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli 30 nömrəli məktubunuza icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində aidiyyəti üzrə baxılmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, loqoped vəzifəsində çalısan işçilərə “Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi” X28n tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası"nda sağlamlıq üçün təhlükəli və ağır əmək şəraitinə görə əlavələrin verilməsi nəzərdə tutulmamışdır. Əlavə olaraq bildiririk ki, “Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi” X28n tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nın 19-cu bəndinə əsasən Yoluxucu xəstəliklər şöbəsində çalışan orta tibb işçilərinə 80 manat sabit aylıq həvəsləndirici əlavə təyin olunmuşdur. Bu işçilərə 110 manat sabit aylıq həvəsləndirici əlavənin ödənilməsi məqsədəmüvafiq hesab edilmir. İş materiallarına əlavə edilmiş əmək bildirişindən görünür ki, X18 K.Fərəcova adına X3 Loqoped vəzifəsində çalışmışdır. İş materiallarına əlavə edilmiş “K.Y.Fərəcova adına X4” X25 Nizamnaməsindən görünür ki, müəssisə ana və uşaqların sağlamlığının mühafizəsi üzrə elmi və praktiki fəaliyyətlə məşğul olan müalicə müəssisəsidir. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddənin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında 09 yanvar 2004-cü il tarixli, 02 nömrəli qərarının 2.2.1.1-ci bəndinə əsasən sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə körpələr evlərində və uşaq bağçalarının, yaslilərin, yasli-bağçaların, ümumi tipli uşaq evlərinin daxilində yaradılan qruplarda rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan səhiyyə işçilərinə hər ay vəzifə (tarif) maaşının 15 faizi miqdarında əlavə haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X20 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhər idarəsi tərəfindən “K.Y.Fərəcaova adına X4” X25 rəbhəri X11 barədə protokol tərtib edilmişdir ki, ondan ötəri ki, o həmin xəstəxanada loqoped vəzifəsində çalışan Azər Şükürova vəzifə maaşına əlavə 15 faiz miqdarında əlavə haqq ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2004-cü il tarixli, 02 nömrəli qərara əsasən təhlükəli və ağır olan əmək şəraitinə görə körpələr evlərində və uşaq bağçalarının, yaslilərin, yasli-bağçaların, ümumi tipli uşaq evlərinin daxilində yaradılan qruplarda rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan səhiyyə işçilərinə hər ay vəzifə (tarif) maaşının 15 faizi miqdarında əlavə haqq ödənilməlidir. Lakin nizamnamədən görünür ki, “K.Y.Fərəcaova adına X4” X32 elmi və praktiki fəaliyyətlə məşğul olan müəlicə müəssisəsidir. Bununlada müəyyən olunur ki, Azər Şükürov loqoped vəzifəsində çalışsada, onun çalışdığı “K.Y.Fərəcova adına X4” X28 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında 09 yanvar 2004cü il tarixli, 02 nömrəli qərarında göstərilən müəssisələr sırasına daxil deyildir. Bundan əlavə Azərbaycan Respublikası İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyinin 28 aprel 2022-ci il tarixli məktubdan görünür ki, X11 bununla bağlı rəhbəri olduğu müəssisənin tabe olduğu oqrana müraciət etmiş və buna cavab olaraq bildirlmişdir ki, “Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi” X28n tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası"nda sağlamlıq üçün təhlükəli və ağır əmək şəraitinə görə əlavələrin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, X8 əməlində inzibati xəta tərkibinin əlamətləri yoxdur və bu səbəbdən onun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X8 şikayəti təmin olunsun. X11 barəsində qəbul edilmiş 01 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 01 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Mərkəzi İnformasiya sistemində X8 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar