Məhkəmə qərarları › İş №3(004)-4267/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4267/2023

29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4267/2023 29.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC–nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, "xxxx" ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon DYPŞ-nin səlahiyyətli əməkdaşı tərəfindən xx.xx.2023cü il tarixdə "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 müvafiq sənədlərin surətlərini təqdim edərək bildirmişdir ki, Yasamal rayon X6 .öbəsi tərəfindən "Azərbaycan Sənaye Korporasiyası ASC-nın mülkiyyətində olan “PAZ 32054- 07" markalı avtobus, 90 JJ-579 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs barədə sonuncu tərəfindən məlumat verilməməsinə görə inzibati Xətalar Məcəlləsinin (bundan sonra - Məcəllə) 347-ci maddəsinin tələblərinin pozulmasına dair 11 iyul 2023-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Səlahiyyətli orqan tərəfindən "xxxx" ASC barəsində tərtib olunmuş qeyd olunan protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata aşağıda göstərilənlərə əsasən qanunsuz və əsassız olduğundan xitam verilməlidir. Məsələnin hüquqi əsaslarına keçməzdən əvvəl ilk öncə qeyd edilməlidir ki, səlahiyyətli orqan tərəfindən müxtəlif vaxtlarda ASK” ASC-yə ünvanlanan möhürlənmiş oxşar sorğular sonuncu tərəfindən müvafiq qaydada qeydiyyata alınaraq Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində cavablandırılmışdır. Lakın inzibati xəta haqqında iş üzrə materiala əlavə edilən və kargüzarlıq qaydalarına uyğun olmayan, eləcə də müvafiq qaydada qeydiyyata alınmayan sorğu, ümumiyyətlə, '‘ASK’’ ASC-yə daxil olmamışdır. Məlum olduğu kimi, kargüzarlıq qaydalarına (sənədlərin hazırlanması, qeydiyyatı hərəkəti icrası və s.) əsasən qurum tərəfindən (bu halda səlahiyyətli orqanın müvafiq sorğusu) istənilən şəxsə göndərilən sənəd (sorğu, məktub i.ə) qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verməlidir. Məsələnin bu hissəsi ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət 4 mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat ın 3-cü hissəsinin 24-cü bəndinə əsasən sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi qeydə alınmadı və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Göstərilən qaydanı təhlil ətdikdə belə qənaətə gəlmək olar ki, səlahiyyətli orqanın iş materialına əlavə etdiyi, lakin "xxxx" ASC-yə təqdim edilməyən sorğu sözügedən normativ hüquqi aktın təsbit edilmiş tələblərinə ziddir. Səlahiyyətli orqan tərəfindən məlum sorğunun ASK” ASC-yə çatdırılması (alınması) Hə bağlı iş materialına əlavə edilən F.22 nömrəli bildiriş isə özlüyündə etibarsız olan bir sənəddir. Təqdim edilən bu bildirişin etibarsızlığı ilə bağlı hissəyə keçməmişdən əvvəl vurğulanmalıdır ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrin yaranması zamanı rəsmi sənədlərin verilməsi haqqında məsələnin hüquqi təhlil edilməsi mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı qeyd edilməlidir ki, qanunverici tərəfindən inzibatı xətalar haqqında işlər üzrə icraatın həyata keçirilməsi zamanı sənədlərin rəsmi qaydada verilməsi ilə əlaqədar bır sıra tələblər müəyyən edilmişdir. Belə kı, Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər Kqərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Qanunda nəzərdə*tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Məcəllənin 57.2-ci maddəsinə görə isə sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Şərh edilən hüquqi mövqeyi inkişaf etdirərək bildiririk kı Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2023-cü il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş "Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.19-cu bəndinə görə hüquqi şəxslərə ünvanlanmış sürətli poçt göndərişləri hüquqi şəxsin səlahiyyətli nümayəndəsinə onun ünvan yerində verilir. Beləliklə, müvafiq sorğunun "xxxx" ASC-yə daxil olmadığını şübhə altına qoymamaq şərti ilə, bu normaların təhlilindən də aydın olur ki, təqdim edilmiş etibarsız bildiriş hətta qarşı tərəfə (bu halda "xxxx" ASC) çatdırılsaydı belə, o, Məcəllənin və digər qanunvericilik aktlarının yuxarıda nəzərdə tutulan tələblərinə uyğun olaraq ünvan sahibinin aidiyyəti şəxsi tərəfindən qəbzə və ya sənədin kötüyünə imza edilmədiyi üçün rəsmi verilməmiş hesab edilir. Səlahiyyətli orqan tərəfindən müvafiq sorğunun "xxxx" ASC-yə çatdırılmasına dair F 22 nömrəli bildirişin etibarsızlığı ilə bağlı bildiririk kı. sözügedən bildiriş ləğv edilmiş Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 31 may 2002-ci il tarixli 120 nömrəli əmri ilə təsdiq edilmiş "Poçt rabitəsi Qaydaları”ının 3 nörməli əlavəsidir. Həmin Qaydalar isə müvafiq qaydada qüvvədən düşmüş hesab edildiyindən, Azərbaycan Respublikası Ədliyyə Respublikası Ədliyyə Nazirliyi tərəfindən 22 avqust 2006-cı ıl tarixli 100-S nömrəli sərəncam ilə bu Qaydaların dövlət qeydiyyatı ləğv edilmişdir. Bundan başqa səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında iş materialına hüquqi əsası olmayan (etibarsız) bildirişlə yanaşı, sorğunun "xxxx" ASC-yə çatdırılmasına dair sübut kimi poçt göndərişlərinin onlayn izlənməsinə dair sistemdən SS849121258az nömrəli çıxarış da əlavə edilmişdir Bununla belə qüvvədən düşmüş (etibarsız) bildiriş, habelə SS849121258az nömrəli hər hansı poçt göndərişi "xxxx" ASC-yə daxil olmamışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmənin diqqətinə çatdırırıq ki, səlahiyyətli orqan tərəfindən həmin nəqliyyat vasitəsi ilə bağlı "xxxx" ASC-yə daxil olan bütün sorğular sonuncunun 25 iyun 2023-cü il tarixli 13-5/2-0253/2023 nömrəli məktubu ilə cavablandırılmışdır. İş materialına əlavə edilən həmin sənədlər (sübutlar) bır daha onu təsdiq edir ki, səlahiyyətli orqanın oxşar məzmunlu və müxtəlif tarixlərdə "xxxx" ASC-yə ünvanladığı sorğular sonuncu tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müddətlər gözlənilməklə icra edilmişdir. Təsbit edilən hüquqi aktları, o cümlədən təqdim edilən dəlilləri nəzərə alaraq hesab edirik ki, səlahiyyətli orqanın gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, eləcə də müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsı və Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması nəticəsində “ASK" ASC barəsində müvafiq protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş orqana lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Beləliklə, məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin DYPŞ tərəfindən "xxxx" MMC-nin ünvan 1 ünvanına göndərilmiş sorğudan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:04-də “PAZ 32054-07” avtobus markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Yevlax, Zaqatala, Gürcüstan yolu 46-cı km yolunda təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmişdir. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İXP-nin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur. Odur ki, inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Məcəllənin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar olunmuşdur. Həmin sorğu "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC tərəfindən göndərilmiş məlumatın surətindən məlum olur ki, şirkətin balansında olan də “PAZ 32054-07" avtobus markalı, 90 JJ-579 dövlət qeydiyyat nişanlı avtomobilin X3 tərəfindən idarə olunması barədə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X6 şöbəsinə məlumat göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsə təqdim olunmalı (daxil olmalı) və bundan sonra hüquqi şəxs tərəfindən 5 gün müddətində sorğuya cavab verilməlidir. Hazırda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC səlahiyyətli orqanın sorğusunu vaxtında, müddəti ötürmədən cavablandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, polisin sorğusu vaxtında cavablandırıldığından inzibati xəta hadisəsi yaranmamışdır. Buna görə də, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin barəsində xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar