Məhkəmə qərarları › İş №3(004)-428/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-428/2021

29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-428/2021 29.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X1 Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə ərizəsinə baxaraq, m ü ə y y ə n e t d i m: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin sahə inspektoru Nəsrullayev İlkin qəhrəman oğlu tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola etirazını bildirmişdir. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, X1 ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş ərizə düzgün formada, yəni “qərardan şikayət” formasında tərtib edilməmiş, müraciət edən şəxsin ünvanı qeyd edilməmişdir. Digər tərəfdən, X2 inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, X1 Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə ərizəsi geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə izah edir ki, gələcəkdə məhkəməyə müraciət ediləcəyi halda müraciətinin “qərardan şikayət” formasında tərtib olunması və şikayət edilən qərarın işə əlavə olunması zəruridir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsini rəhbər tutaraq q ə r a r a a l d ı m: X1 Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə ərizəsi geri geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar