Məhkəmə qərarları › İş №3(004)-4280/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4280/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4280/2025 10.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, X9 iclas katibliyi, Şikayət vermiş şəxs X4 iştirakı ilə X2 Bakı şəhər Baş Polis İdarəsi X16 İdarəsi tərəfindən qəbul edilmiş 02 aprel 2025ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər Baş Polis İdarəsi X16 İdarəsi tərəfindən qəbul edilmiş 02 aprel 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X7 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixində saat təxminən 11:55 radələrində mülkiyyətində olan KİA SORENTO markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə, X6 hərəkətdə olarkən, Fuad İbrahimbəyov küçəsi ilə kəsişmədə olan işıqforun yaşıl işığı yanıb-sönən zaman yolayrıcına daxil olaraq hərəkətini davam etdirmişdir. Onun yol ayrıcına daxil olduğu və yerdə olan stop nişanlanma xəttini keçdikdən sonra işıqforun sarı işığı yanmışdır. YPX əməkdaşı isə yolayrıcını işıqforun qadağanedici - sarı işığı yananda keçdiyini iddia edərək AR İXM-nin 327.2 saylı maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə barəsində İXP6990361 saylı inzibati protokol tərtib etmişdir. Bu zaman iddia edilən qayda pozuntusunu törətməyi ilə bağlı ona heç bir görüntü təqdim olunmamış və onun avtomobilində olan videoqeydiyyatçıda olan görüntülərə baxılmasından imtina edilmişdir. xx.xx.2025-ci il tarixində tərtib olunmuş inzibati protokol haqqında qərar verildikdən sonra protokoldan AR Daxili İşlər Nazirliyinə elektron qaydada şikayət ünvanlamışdır. Şikayətinin araşdırılması zamanı maraqlı tərəf olaraq o da dəvət olunmalı və iddia olunan qayda pozuntuları haqqında olan sübutlar ona təqdim olunmalı olduğu halda, araşdırmada iştirakı təmin olunmamış və iddia olunan qayda pozuntusu haqqında heç bir sübut ona təqdim olunmamışdır. Daxili İşlər Nazirliyinə etdiyi şikayətin cavab məktubu xx.xx.2025-ci il tarixində imzalansa da, ona xx.xx.2025-ci il tarixində elektron poçt vasitəsilə təqdim olunmuşdur. Cavab Məktubunda YPX əməkdaşının tərtib etdiyi protokolda heç bir qayda pozuntusunun aşkarlanmadığı qeyd olunmuş və bütün bu müddət ərzində protokoldan şikayət etməyinə və araşdırma aparılmasına baxmayaraq inzibati işin icraatı dondurulmamış və tərtib olunan protokol üçün dəbbə pulu hesablanaraq əmlakı haqqında qanunsuz həbs qərarı çıxarılmışdır. İnzibati protokol haqqında çıxarılmış qərar isə, Bakı şəhər BDYPİ-nə müraciətindən sonra xx.xx.2025-ci il tarixində ona təqdim olunmuşdur. Qeyd etmişdir ki, avtomobili ilə hərəkətdə olarkən işıforun yaşıl işığının yanıb - söndüyü vaxt yolayrıcına daxil olmağı avtomobilində quraşdırılmış videoqeydiyyatçı tərəfindən qeydə alınıb. AR İXM-nin 8-ci maddəsinə əsasən (Təqsirsizlik prezumpsiyası) iddia olunan qayda pozuntusunun sübutu olan görüntülər ya protokol tərtib olunan zaman, ya da araşdırma zamanı ona təqdim olunmalı olduğu halda heç bir sübut təqdim olunmamış iddia səbəbindən hal - hazırda konstitusion hüququ olan mülkiyyət hüququ kobud şəkildə pozulmuş və əmlakından istifadə qanunsuz şəkildə məhdudlaşdırılmışdır. Araşdırmamın düzgün aparılmaması, mülkiyyət hüququnun pozulması və yuxarıda qeyd olunan digər halları nəzərə alaraq X7 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP6990361 nömrəli protokol üçün qəbul edilmiş TP ******* nömrəli qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X7 barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X16 İdarəsi tərəfindən qəbul edilmiş 02 aprel 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər BPİ DYPİ-nin polis mayoru X11 tərəfindən qəbul edilmiş 02 aprel 2025ci il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə, saat 11:46-da Bakı, X14, 157 ünvanında “Kıa Sorento minik” markalı, 90SJ107 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. X7 tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığı elektron müraciətdən görünür ki, müraciətin mətni “xx.xx.2025-ci il tarixində saat 11:55 radələrində mülkiyyətimdə olan Kia Sorento markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilimlə X6 hərəkətdə olarkən, Fuad İbrahimbəyov küçəsi ilə kəsişmədə işıqforun yaşıl işığı yanıb-sönəndə yolayrıcına daxil olub, hərəkətimi davam etdirmişəm. Yol patrul xidməti əməkdaşı yolayrıcını işıqforun qadağanedici-sarı işığı yananda keçdiyimi iddia edib, AR İXM-nin 327.2 saylı maddəsinə görə qayda pozulması haqqında İXP6990361 saylı protokol tərtib etdi. Protokol əsassız yazıldığına görə, cərimənin silinməsini xahiş edirəm. Videoregistratordan çəkilmiş şəkillər əlavə olunur. Videofayl da təqdim edə bilərəm. YPX əməkdaşından şikayətçi deyiləm” məzmunda olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X17 İdarəsi tərəfindən X5 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, məktubun mətni “barənizdə əsassız inzibati xəta haqqında protokol tərtib edilməsi barədə Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin rəhbərliyinə ünvanladığınız müraciətinizə baxılmışdır. Bildiririk ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyiniz “Kia” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobiliniz ilə şəhərin N.Nərimanov prospektində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələbini pozaraq svetoforun qadağanedici siqnalında hərəkətinizi davam etdirdiyinizə görə həmin ərazidə xidmət edən YPX əməkdaşı tərəfindən dayandırılaraq barənizdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol hərəkəti qaydasını pozmağınız patrul avtomobilində quraşdırılmış kamera vasitəsi ilə qeydə alınmış görüntülərə baxış zamanı öz təsdiqini tapmışdır. Törətdiyiniz inzibati xətanın aşkar edilməsində və sənədləşdirilməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Araşdırmanın nəticəsindən narazı qaldığınız halda məhkəməyə müraciət etmək hüququnuz vardır” məzmunda olmuşdur. Video görüntüdən görünür ki, “Kıa Sorento minik” markalı, 90SJ107 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin svetoforun hansı işığında keçməsi sübut olunmur, videonun aydın şəkildə görünən hissəsinə baxanda isə svetoforun yaşıl işığının yandığı görünür. Təqdimedilən foto şəkillərdə isə avtomobil piyadanın keçidi üzərində olan vaxt ərzində svetoforun yaşıl işığının yandığı görünür. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X1 və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirilməsi göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər Baş Polis İdarəsi X16 İdarəsi tərəfindən qəbul edilmiş 02 aprel 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X7 xx.xx.2025-ci il tarixdə, saat 11:46-da Bakı, X14, 157 ünvanında “Kıa Sorento minik” markalı, 90SJ107 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Şikayətçi şikayətində qeyd edir ki, İXM-nin 327.2-ci maddəsində göstərilən heç bir tələbi pozmamışdır. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən həmin Məcəllənin 327 - 348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, İXM-nin həmin (yəni 16-cı) fəsili ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, həmin Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən həmin Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Belə olduğu təqdirdə artıq yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin müəyyən etdiyi qaydada şəxsin inzibati xəta törətməsini təsdiq edən sübutları araşdırmaqla, əgər sübutlarla onun təqsiri təsdiq edilərsə, onda inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Mübahisə yarandığı üçün şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, yuxarı səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Belə bir vəziyyətdə artıq İXM-nin 124.3, 124.4-cü maddələrinn, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Çünki şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz həmin şəxs tərəfindən törədilməsində şübhələr yaranır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X10 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə – yüz manat məbləğində cərimə edilir. Belə olan halda məhkəmə hesab edir ki, X7 barəsində olan Bakı şəhər Baş Polis İdarəsi X16 İdarəsi tərəfindən qəbul edilmiş 02 aprel 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və həmçinin iş materiallarında olan video görüntüylə də X1 sarı işığında keçməsi sübut olunmamışdır ki, göstərilən bu kimi hallar inzibati xətanın X7 tərəfindən törədilməsini şübhə altına almış, qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, bundan əlavə X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X4 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X16 İdarəsi tərəfindən qəbul edilmiş 02 aprel 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərar ləğv edilməli və X4 AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. X4 AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X16 İdarəsi tərəfindən qəbul edilmiş 02 aprel 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar