Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4283/2024 11.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Yasamal rayonu Mənzil- Kommunal Təsərrüfat Birliyinin 24 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Şəxs2 iştirakları ilə, Yasamal rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 24 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Şəxs2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yasamal rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 24 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Şəxs2 bərəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Yasamal rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin işçisi X3 xx.xx.2024-cü il tarixdə xəsarət alan zaman birliyin işçisi, mühəndis vəzifəsində çalışan Şəxs2 əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət etməməsi və nəticədə ehtiyatsızlıqdan zərərçəkənə yüngül zərərin dəyməsi nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X2 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək bildirmişdir ki, Şəxs2 əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət etməmişdir və nəticədə X4 yüngül zərər dəymişdir. Təhqiqat aparılıb. Şəxsin təqsiri sübuta yetirilib. Şəxs2 işlədiyi xx.xx.2020-ci il tarixli əmrə əsasən əşyada sanitar təhlükəsizlik onun üzərinə qoyulmuşdur. Nəqliyyat hadisəsi ilə əlaqədar olaraq polis müstəntiqi tərəfindən zərərçəkənə yüngül xəsarət dəyməsi ilə bağlı ekspertiza rəyi var, xəsarət tanınmışdır. Məmmədova Rəna tibbi klinik mərkəzə yerləşdirilmişdir. Şəxs2 əmrin 1.3-cü bəndi və təlimata uyğun nəzarəti həyata keçirməli idi, lakin həmin vaxt ərazidə olmamışdır. Ona görə də Yasamal rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 24 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Şəxs2 barəsində qanuna inzibati təhbeh tətbiq edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Yasamal rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 24 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Şəxs2 bildirmişdir ki, nəzarətə aid bütün sənədlərə qol çəkdirmişdir, 70-ə yaxın işçisi var. Hamısına əyani nəzarəti həyata keçirə bilməz. Şəxs 2 dəfə təlimatlandırılıb. Jurnalın açılması 2022-də başlayıb, hazıra kimi də davam edir. Həmçinin mütəmadi olaraq işçilərin “əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair” biliyi yoxlanılır və onlara müvafiq təlimatlar verilir. Təqdim etdiyi sənədlər də onu təsdiq edir ki, bütün tədbirlər vatında təşkil olunmuş və görülmüşdür. Bundan əlavə onun nəzarət etdiyi ərazi “20 Yanvar” dairəsindən Mətbuat keçəsində yerləşən “Nəşriyyat” binası və “Space” telekanılının arxası olan Ələsgər Ələkbərovküçəsinə kimidir. Eyni anda nəzarətdə olan bülə böyük ərazidə olmaq mümkün deyildir. Həmçinin seçki komissiyasında 35 saylı seçki məntəqəsinin sədri vəzifəsində olmuşdur. Yekun olaraq onun barəsində başlamış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. İş materiallarında olan 24 saylı Mənzil Kommunal İstismar Sahəsinin 07 yanvar 2020-ci il tarixli, 3 nömrəli əmrinə əsasən Haqverdiyev küçəsindən 20 yanvar dairəsinədək olan əraziyə nəzarət mühəndis Şəxs2 həvalə edilmişdir. Ərazisində sanitar-təmizliyin qorunub saxlanmasına məişət tullantılarının vaxtlı-vaxtında daşınmasına və küçə süpürgəçilərinin təhlükəsiz iş rejiminə nəzarət etməlidir. İş materiallarında olan “X14” Publik hüquqi şəxsin 23 fevral 2024-cü il tarixli məktubuna əsasən xx.xx.1979-cu il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixində saat 09:20-də X13 müraciət etmişdir. Xəstənin dediyinə görə Ş.Mehdiyev küçəsi, Liderin yanında yol nəqliyyat hadisəsi zamanı maşın vurması nəticəsində xəsarət almışdır. Xəstəyə rentenoskopiya müayinəsi olundu. Sol dirsəyin əzilməsi, sol baldırın dizin əzilməsi diaqnozu qoyulmuşdur. İş materiallarında olan 04 mart 2024-cü il tarixli Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru X7 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən X3 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alınması əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X11 01 mart 2024-cü il tarixli 66 nömrəli sağlamlığa zərər vurmanın təyini ilə bağlı ekspert rəyindən görünür ki, X3 adına təqdim olunmuş tibbi sənəddə qeyd olunan xəsarət - sol dirsəyin əzilməsi, baldırın, dizin əzilməsi küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan 16 saylı Yasamal İİ X12 Seçki Komissiyasının 18 iyul 2024-cü il tarixli, 388 nömrəli arayışına əsasən müəyyən edilir ki, Şəxs2 16 saylı Yasamal İİ X12 Seçki Komissiyasının sədr vəzifəsində işləyir. İş materiallarında olan 24 saylı MKİS-nin ƏM-TT-si üçün 01 yanvar 2022-ci il və 04 yanvar 2022-ci il tarixli ilkin və təkrar təlimat jurnallarına əsasən, X6 01 yanvar 2022-ci il tarixli təsdiq olunmuş yol süpürgəçiləri üçün əməyin mühafizəsi üzrə təlimatla təlimatlandırılmasını imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Yasamal rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 24 saylı Mənzil Kommunal İstismar Sahəsinin 04 yanvar 2022-ci il tarixli işçilərin biliklərinin yoxlanılmasının qeyd olunması jurnalına əsasən vəzifəsi küçə süpürgəçisi olan X6 xx.xx.2024-cü ildə yoxlanılmışdır və kafi qiymətləndirilmişdir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Beləliklə şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə —min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, Yasamal rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 24 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Şəxs2 İXM-in 198.2-ci maddəsinin dispozisiyasında göstərilən əmli törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, X6 daxil olmaqla, digər işçilər Şəxs2 tərəfindən təlimatlandırılmış, ilkin biliklərin yoxlanılması aparılmışdır. Beləliklə, Şəxs2 texniki təhlükəsizlik və ya əmək mühafizəsinin təmin edilməsi yönündə bütün zəruri hərəkətləri etmişdir. Bütün işçilərə nəzarət edərək yol-nəqliyyat hadisəsi baş verən zaman onun həmin yerdə iştirak edib hadisənin qarşısını almaq kimi fiziki imkanı yoxdur. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Yasamal rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 24 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-4283/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4283/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver