Məhkəmə qərarları › İş №3(004)-429/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-429/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-429/2021 08.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, X1 iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Dövlət X9 xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdı ki, o, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Z.Xəlilov küçəsi ilə idarə etdiyi “Hyundai Terracan” markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X8 YPX əməkdaşı onu saxlayaraq qayda pozuntusuna yol verdiyini bildirmiş lakin o polis əməkdaşına cavab olaraq bildirmişdir ki, hər-hansı yol nişanını görməmişdir. Bundan sonra YPX əməkdaşı onun barəsində protokol tərtib etmişdir. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokoldan narazı olduğu üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X10 şikayət ərizəsi ilə müraciət etmiş lakin cavab məktubunda inzibati xəta haqqında protokolun əsaslı olduğu qeyd edilmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X8 YPX əməkdaşı X3 tərtib etdiyi xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında TP ******* nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X8 YPX əməkdaşı X3 tərtib etdiyi xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında TP ******* nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş edir. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, inzibati xəta hadisəsi baş verən zaman həmin yerdə giriş qadağandır nişanı yeni qoyulmuşdur və o, hesab edir ki onu bu barədə təlimatlandırmalı idilər. Çünki o uzun müddətdir orada yaşayır və heç vaxt orada hərəkəti qadağan edən hər hansı bir nişan olmamışdır. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Dövlət X9 xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində Hyundai Terracan (minik) markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Giriş qadağandır” nişanının tələbini pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş qərara əsasən X5 İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 (altmış) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət X12 tərəfindən ünvanlanmış məktubdan görünür ki, X4 müraciəti əsasında araşdırma aparılmış və müəyyən edilmişdir ki, inzibati xətanın aşkar olunması və sənədləşdirilməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Şikayətçi faktiki olaraq şikayətində həmin qərarın qanunsuzluğu barədə hər hansı bir konkret fakt göstərməmişdir. Qərardan narazı olduğu üçün ləğv edilməsini xahiş etmişdir, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmiş və hətta özü belə giriş qadağandır nişanının tələbini pozduğunu bildirmişdir. “Yol hərəkəti haqqında” qanunun 64-cü maddəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Həmin qanunun 4 saylı əlavəsinə əsasən 3.1-ci bəndində “Giriş qadağandır” nişanı əks olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Dövlət X9 xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar