Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4295/2020 15.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X3 iclas katibliyi ilə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X5 iştirakları ilə, xx xxxx 1993-cü ildə Qusar rayonu, Xuray kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qusar rayonu, Xuray kəndində qeydiyyatda olan Şəxs barəsində Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal rayon Polis İdarəsinin 27-ci PB-dən baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində sərt karantin rejimi qaydalarını pozmuşdur. Bununla da, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində (epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə) nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru X6 onun tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 09:30 radələrində ölkə ərazisində qüvvədə olan xüsusi karantin rejim qaydalarının tələblərinə riayət edilməsinin yoxlanılması məqsədilə ərazidə olan təhlükəsiz şəhər kameralarından olan görüntülərə baxış keçirilərək müəyyən olunmuşdur ki, Yasamal rayonu C.Cabbarlı küçəsində yerləşən “Gloria Jean’s Coffees” kafesində qapının qarşısına masa qoyularaq müştərilərə yerində xidmət göstərilir. Bundan dərhal sonra həmin kafeyə polis əməkdaşları yaxınlaşmış və orada həqiqətəndə kafenin qarşısına masa qoyulduğu, yerində satış ximətinin həyata keçirdiyi və bunun nəticəsində həmin masaya yaxınlaşan müştərilərin satıcı və bir-biriləri ilə təmasda olduğu müəyyən edilmişdir. Bundan sonra həmin kafenin rəhbər şəxsi, menecer vəzifəsində olan Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli 488 nömrəli qərarının tələblərinin pozulduğu izah edilərək Yasamal RPİ-nin 27 PB-nə dəvət edilmişdir. Orada onun barəsində protokol tərtib edilərək iş materialları məhkəməyə göndərilmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Yasamal rayonu, Cəfər Cabbarlı 44 ünvanında yerləşən “Gloria Jean’s Coffees” kafesində satış meneceri vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə onun rəhbəlik etdiyi kafedə yerində xidmət həyata keçirilməmiş, yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvaffiq qərarı ilə icazə verilmiş online satış və çatdırılma xidmətini həyata keçirmişdirlər. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, “Gloria Jean’s Coffees” kafesinin Yasamal rayonu, Cəfər Cabbarlı 44 ünvanında yerləşən filialında ən yüksək məsul vəzifəni daşıyır, həmin filialın faktiki idarəçiliyini və nəzarət funksiyasını həyata keçirir. Şəxs müştərilərə yerində hər hansı bir xidmətin göstərilmədiyi nəzərə alınaraq barəsində tərtib edilmiş protokol üzrə inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi X12 hüquqularını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Yasamal rayonu C.Cabbarlı küçəsində yerləşən “Gloria Jean’s Coffees” kafesinin qapının qarşısına masa qoyularaq müştərilərə yerində xidmət göstərilmişdir. Bu hadisə Təhlükəsiz Şəhər kameraları ilə qeydə alınmışdır. Həmin tarixdə təxminən 11:20 radələrində 27-ci PB-nin xidməti ərazisində keçirilən pandemiya və karantin pozuntuları reydində “Gloria Jean’s Coffees” kafesi tərəflərindən yerində xidmət göstərilməsi aşkar edilmişdir. İşçi X18 oğlu müştəri X1 məmulatları satarkən çəkilişlə yaxınlaşıb özlərini təqdim etmiş və kobud qayda pozuntusu etdiklərini izah edərək, mağazada rəhbər şəxs olan Şəxs və işçini 27-ci PB-nə qanuni tədbir görülməsi üçün dəvət etmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməliyyat müvəkkilləri Xubyarov Hikmət və Talıbov Elxan tərəfindən tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli raportdan müyyən edilir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 09:30 radələrində təhlükəsiz şəhər kamerası görüntülərindən müəyyən olundu ki, Yasamal rayonu C.Cabbarlı küçəsində yerləşən “Gloria Jean’s Coffees” mağazasında qapının qarşısında masa qoyularaq oradan müştərilərə yerində xidmət göstərildiyi aşkar olunmuşdur. Dərhal qeyd olunan ünvana polis əməkdaşları yaxınlaşmışlar. Həmən mağazanın işçisi X7 yerində xidmət göstərilməsi polis əməkdaşları tərəfində aşkar olunmuşdur. Qasımov Elvin müştərilərdən sifariş götürərək maşınlara və digər müştərilərə xidmət göstərərkən çəkilişlə yaxınlaşıb polis əməkdaşı özünü təqdim etmiş və Qasımov Elvinə izah olunmuşdur ki, o karantin və pandemiya qaydalarını kobud şəkildə pozur bu zaman onlara özünu mağazada rəhbər olan və vəzifəli şəxs kimi təqdim edən Şəxs yaxınlaşıb və öz növbədə ona da izah olumuşdur və hər iki şəxs 27 PB-nə dəvət edərək gətirilmişlər. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə 13:10-da inzibati qaydada tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə saat 12:00-da azad edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin direktoru X11 tərifindən tərtib edilmiş arayışdan görünür ki, Şəxs xx.xx.2015-ci il tarixdən “xxxx” MMC-də mağaza meneceri vəzifəsində işləyir. Məhkəmə iclası zamanı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis Bölməsinin polis sahə inspektoru X6 tərəfindən təqdim edilmiş videogörüntüyə baxış keçirilmiş və məlum olmuşdur ki, “Gloria Jean’s Coffees” kafesinin qarşısına masa qoyularaq yerində satış və ya evə apar xidməti həyata keçirilir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə işlədiyi ünvan 1 ünvanında yerləşən “Gloria Jean’s Coffees” restoranında bir sıra şəxlərə yerində satış və ya evə götürmə xidməti göstərilməsini təmin etməklə xüsusi karantin rejim qaydalarını pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasiyası həddində tənbeh tədbiri təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Qərarına əsasən Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 120 nömrəli Qərarının 3.1-ci bəndinə əsasən bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlərin, ərzaq mağazalarının və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla) dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli 488 nömrəli Qərarına 1 nömrəli əlavəyə əsasən Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısının 5.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yalnız çatdırılma xidmətlərinin göstərilməsi (və ya onlayn satış) icazə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli 488 nömrəli qərarından göründüyü kimi xx xxxx 2020-ci il tarixli 120 nömrəli qərardan fərqli olaraq ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində evə götürmə xidmətinin həyata keçirilməsinə icazə verilmir. Şəxs isə fəaliyyətinə nəzarəti həyata keçirdiyi və özü işlədiyi “Gloria Jean’s Coffees” restoranında evə götürmə xidməti göstərərək vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 18-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3-cü maddəyə görə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmçinin Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs barəsində bu Məcəllənin 53.0.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur. Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsaslar olmadıqda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nə Bakı şəhəri, x xxx 2020-ci il tarixli 69-VİQD nömrəli Qanunla müvafiq dəyişikliklər edilmiş və Qanunun 2-ci bəndinə əsasən dəyişikliklər xx xxxx 2020-ci il tarixdən qüvvəyə minmişdir. Dəyişikliyə müvafiq olaraq İXM-nə 31.4-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin məzmununa görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə Şəxs bir gün müddətinə inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, ona 211.1-ci maddəsinə görə nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin aşağı həddi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə X8 məhkəmədə iştirak etdiyi 4 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-də olan hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39, 40, 43, 48- 51, 53, 114-117, 128-130, 211 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5 göstərdiyi 4 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. X8 göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabı - “xxxx” ASC-nin Cəfər Cabbarlı filialı kod: 200048; VÖEN; **********; M/h:-AZ37NABZ********************; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ41AİİB********************; VÖEN- **********. hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-4295/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4295/2020
15.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver