Məhkəmə qərarları › İş №3(004)-4296/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4296/2020

15.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4296/2020 15.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X9 iclas katibliyi ilə, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru X11 oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “Fides” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxxxx 1997-ci ildə Bkı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal rayon Polis İdarəsinin 27-ci PB-dən baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən “X17 Coffee House” restoranının qapısının qarşısında masa qoyaraq orada müştəriyə yerində xidmət göstərilməsini vəzifəli şəxs olaraq təşkil edib xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru X11 oğlu onun tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, ölkə ərazisində qüvvədə olan xüsusi karantin rejimi qaydalarının tələblərinə riayət edilməsinin yoxlanılması məqsədilə xx xxxxxx 2020-ci il tarixdə Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları inzibati ərazidə xidmət apararkən Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən “X17 Coffee House” restoranının küçədə giriş qapının qarşısına masa qoyulmasını və orada satıcı işləyən Kamilla Əsədovanın müştərilərə yerində xidmət göstərməsini aşkar etmişlər. Kamilla Əsədovaya Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli 488 nömrəli qərarının tələblərinə əsasən yalnız online xidmətinə icazə verildiyini, onun tərəfindən yerində satış xidməti həyata keçirildiyindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tələblərinin pozulmasını izah etmişlər. Daha sonra onlar inzibati araşdırma başlanması üçün X4 Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər, orada barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilmiş, daha sonra onun həmin maddə ilə təqsirli bilinərək barəsində 200 manat məbləğində cərimə edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli qərar qəbul edilmişdir. İnzibati araşdırma zamanı Şəxs da satıcı işləyən Kamilla Əsədovanın yanına 27-ci PB-nə gəlmiş və orada sorğu-sual əsasında müəyyən edilmişdir ki, restoranda bütün işlərə Şəxs nəzarət edir. Onda görə də eyni fakta görə Şəxs vəzifəli şəxs olaraq məsuliyyətə cəlb edilməsi məqsədilə barəsində protokol tərtib edilmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru X5 göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən “X17 Coffee House” restoranında kafe üzrə menecer vəzifəsində işləyir və vəzifəsinə restoranda müştərilərə təqdim edilən kofe məhsullarının standartlarına nəzarət etmək daxildir. Lakin onun xidməti vəzifələrinə restoranın cari fəaliyyətinə nəzarət funksiyaları daxil deyildir, bu istiqamətdə qərar qəbul etmək, o cümlədən təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrini yerinə yetirmək səlahiyyəti yoxdur. Belə ki, “X17 Coffee House” restoranı “xxxx” MMC-nin nəzdində fəaliyyət göstərir və onun rəhbəri X2r və restoranın cari fəaliyyəti ilə bağlı bütün tapşırıqlar onun tərəfindən verilir. Göründüyü kimi o, vəzifəli şəxs deyildir. Bölməyə isə o, satıcı xanım olduğundan narahat olub onun arxasınca getmişdir. Şəxs əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli 488 nömrəli qərarının tələblərinə əsasən ölkə ərazisində xüsusi karantin rejimi qaydaları sərtləşdirildikdən sonra bəzi müştərilər tərəfindən verilən online sifarişlər onlara restoranın giriş qapısının qarşısında çatdırılır və müştərilər restoranın içərisinə buraxılmırlar, bu isə yerində xidmət hesab edilmir. Belə olan halda, onun əməlində hər hansı bir inzibati xəta tərkibi mövcud deyildir. Odur ki, onun tərəfindən xüsusi karantin rejimi qaydaları pozulmadığından və əməlində inzibati xətanın tərkib əlamətləri olmadığından barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil çıxışında bildirmişdir ki, işin faktiki hallarından göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs vəzifəli şəxs statusunda deyildir, eyni əmələ görə isə artıq restoranın satıcısı X8 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bundan başqa, ümumilikdə aşkar edilmiş faktın özündə xüsusi karantin rejimi qaydaları pozulması əlamətləri olmadığından, yəni inzibati xəta hadisəsi baş vermədiyindən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli 488 nömrəli qərarının tələblərinə əsasən çatdırılmanın hansı məsafədən olması konkret göstərilməmişdir və restoranın öz məhsulunu onlayn sifarişlə binanın giriş qapısının qarşısında müştəriyə çatdırması isə yerində xidmət hesab edilə bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərdi ki, o, Yasamal RPİ-nin 27-ci PB-nin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Yasamal rayonu ərazisində xidmət apararkən xx xxxxxx 2020-ci il tarixdə Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən “X17 Coffee House” restoranının küçədə qapının qarşısına masa qoyaraq orada müştəri qəbul edib müştəriyə yerində xidmət göstərməsini görüb həmin yerə yaxınlaşmışdır. Həmin vaxt özünü Kamilla kimi təqdim edən şəxs satıcı olduğunu bildirmiş, bu səbəbdən Kamilla bölməyə dəvət edilmiş və müvafiq sənədləşdirmə işlərinin aparılması üçün raport təqdim etmişdir. Fakt aşkar edilən vaxt isə Şəxs restoranda olmamışdır. O, yalnız sonradan öyrənib bilmişdir ki, restoranda onun tərəfindən aşkar edilmiş eyni fakta görə Şəxs barəsində vəzifəli şəxs olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarını dinləyib, protokolu və iş materiallarını tədqiq edib hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları tədqiq edilərkən müəyyən edilmişdir ki, məhkəməyə təqdim edilmiş protokol və digər iş materiallarında Şəxs “X17 Coffee House” restoranında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrini yerinə yetirmək səlahiyyəti olan vəzifəli şəxs statusunda olmasına dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışdan müəyyən edilir ki, “xxxx” MMC-nin və “X17 Coffee House” restoranının məxsus olduğu “xxxx” MMC-nin qanuni təmsilçisi X2r. Müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş “Əmək müqaviləsi Bildirişi”ndən müəyyən edilir ki, Şəxs ilə işəgötürən X6 arasında bağlanmış əmək müqaviləsinə əsasən o, “xxxx” MMC-də kafe üzrə menecer vəzifəsində işləyir. Bildirişdən həmçinin müəyyən edilir ki, X6 həmin Cəmiyyətdə sərəncamverici direktor vəzifəsində işləyir. Məhkəməyə təqdim edilmiş xx xxxxxxx 2019-cu il tarixli NG7/19K saylı əmək müqaviləsinə 2 №-li əlavə razılaşmadan isə müəyyən edilir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdən etibarən “xxxx Bar” kafesində kafe üzrə menecer vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan “X17 Coffee House” restoranında satıcı işləyən X3 ilkin araşdırma zamanı verdiyi izahatı məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, o, müştəriyə kofenin çöldən çatdırıldığını bildirmişdir. İş materiallarında olan X7 ilkin araşdırma zamanı verdiyi izahatı məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, o, müştəri kimi “X17 Coffee House” restoranının qarşısında qoyulmuş masaya yaxınlaşmış və sifariş əsasında ona çöldən kofe təqdim edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, “X17 Coffee House” restoranında satıcı işləyən X8 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Beləliklə, tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan və digər iş materiallarından müəyyən edilmişdir ki, “X17 Coffee House” restoranında satıcı işləyən X8 tərəfindən müştəriyə xidmət restorandan kənarda göstərilmişdir. Eyni fakta görə X8 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, eyni zamanda Şəxs barəsində vəzifəli şəxs olaraq məsuliyyətə cəlb edilməsi üçün protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixli AZA seriyalı 011451 nömrəli protokola əsasən həmin tarixdə 18:30-da inzibati qaydada tutulmuş və həmin tarixdə saat 22:00-da azad edilmişdir. Məhkəmə əvvəla qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə həmçinin qeyd edir ki, hüquq nəzəriyyəsinə görə hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə, hüquqi şəxsin nizamnaməsinə (əsasnaməsinə, yaxud əmək müqaviləsinə) uyğun olaraq hüquqi şəxs üçün hüquq və vəzifələr yaradan qərarlar qəbul etmək, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat məzmunlu digər hərəkətlər etmək, məsələn hüquqi şəxsin adından müqavilə bağlamaq, işçini işə qəbul etmək və işdən azad etmək, hüquqi şəxsin əmlakına sərəncam vermək və s. səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə onun fəaliyyətinə bütövlükdə və ya onun fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə və sahələrinə nəzarət etmək səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin eyni vəzifəli şəxsi bəzən sadalanan səlahiyyətlərin birinə, ikisinə və ya bir neçəsinə eyni anda malik ola bilər. Hazırki işin faktiki hallarından göründüyü kimi, Şəxs ehtimal edilən hüquq pozuntusu aşkar edilmiş “X17 Coffee House” restoranına münasibətdə vəzifəli şəxs statusunda deyildir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Qərarına əsasən əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli 488 nömrəli Qərarına 1 nömrəli əlavəyə əsasən Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısının 5.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yalnız çatdırılma xidmətlərinin göstərilməsinə (və ya onlayn satış) icazə verilmişdir. Qərarla həmçinin Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin Siyahısı müəyyən edilmişdir. Həmin Siyahıda nəzərdə tutulan fəaliyyət sahələri 2021-ci il 18 yanvar saat 00:00-dək həftənin bütün günlərində fəaliyyət göstərə bilərlər. Siyahının 5.5-ci bəndinə əsasən ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe və çay evləri yalnız çatdırılma xidmətinin göstərilməsi və ya onlayn satış əsasında fəaliyyət göstərə bilərlər. Bu rejimin tətbiqinin əsas məqsədi ictimai iaşə obyektlərində qapalı yerlərdə (zallar, otaqlar və s.) insanların sayının çoxluğu ilə əlaqədar müştəriyə yerində xidmət zamanı virusa yoluxma riskinin qarşısının alınmasıdır. Belə olan halda ictimai iaşə obyektlərində əvvəlcədən edilmiş sifarişlərin hər hansı bir məkana və ya xidmət göstərən obyektin qarşısında gözləyən müştəriyə çatdırılması (təqdim edilməsi) qanunvericiliyin tələblərinə uyğundur. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən onun barəsində tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39, 40, 43, 48- 51, 53, 114-117, 128-130, 211 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar