Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4298/2025 15.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi ilə Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1, 496.1 və 505-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1, 496.1 və 505-ci maddələri ilə 19 iyun 2025-ci il tarixli, 00800-00807/25 saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, rəsmiləşdirmə Mərkəzinin 2-ci şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-3100/012/007210 nömrəli raporta əsasən Şəxs tərəfindən xx.xx.2024-cü il tarixli **********1572 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 4120,80 AZN, netto çəki 600kq) mal müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Malın müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti xx.xx.2025-ci il tarixində bitməsinə baxmayaraq 229 nömrəli Nazirlər Kabinetinin qərarının 3.2 və 3.3-cü bəndlərinin tələbləri pozularaq digər gömrük proseduru altında yerləşdirilməmişdir. Həmçinin Monitorinq şöbəsindən daxil olmuş 3-33-3100/020/033785 saylı raporta əsasən Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə **********1572 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 4120,80 AZN, netto çəkisi 600 kq) mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi məqsədi ilə “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 nömrəli və “Mallara gömrük təminatının vurulması Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2012-ci il tarixli, 253 nömrəli Qərarlarının tələblərinə uyğun olaraq gömrük nəzarətinin forması olan gömrük baxışının həyata keçirilməsi üçün şirkət nümayəndəliyi ilə dəfələrlə əlaqə saxlanılmış, lakin gömrük baxışının aparılmasına şərait yaradılmamışdır. Daha sonra xx.xx.2024-cü il tarixli, 3-33-3100/2-004871/2024 nömrəli məktubla Şəxs MMC-nin nümayəndəsi X3 gömrük baxışının həyata keçirilməsinin qısa müddətdə təmin edilməsi barədə məlumat verilmişdir. Novruz Aslanovun gömrük baxışının həyata keçirilməsinə maneəçilik törətməsi gömrük nəzarəti altında olan mallar ilə qanunsuz əməliyyatlar aparılması ehtimalı yaratmışdır. Aparılan araşdırma ilə əlaqədar Şəxs tərəfindən müvəqqəti saxlancda yerləşdirilmiş gömrük nəzarəti altında olan mallardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi hallarını müəyyən etmək məqsədilə mallara baxış keçirilməsi zərurəti yaransa da, MMC tərəfindən buna şərait yaradılmamış, bu da öz növbəsində xx.xx.2024-cü il tarixdə **********1572 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 4120,80 AZN, netto çəkisi 600 kq) müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş mallar, yəni gömrük nəzarəti altında olan mallar ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi halının baş verdiyini sübut edir. “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 saylı Qərarına əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Material üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli “gömrük baxışının keçirilməsi haqqında” protokoldan görünür ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixli **********1572 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 4120,80 AZN, netto çəki 600kq) mal müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi ünvanında olan anbarında yerləşdirilmişdir. Hüquq şəxs isə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunun tələblərinə (müddətə), şərtlərinə riayət etməmiş, gömrük orqanının müəyyən etdiyi müddətin başa çatmasına baxmayaraq, malı digər gömrük proseduru altında yerləşdirməmişdir. X1 2-ci şöbəsindən daxil olmuş raportda qeyd olunmşdur ki, xx.xx.2024-cü il tarixində Şəxs tərəfindən **********1572 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi üçün ödənilməli ödənişlər **********1572 sorğu nömrəli gömrük bəyannaməsinin “gömrük ödənişlərinin hesablanması” adlı 47-ci qrafasının “məbləğ” sütununda qeyd olunmuş və qarşısında “05” kodu (şərti hesablama) yazılmış ödənişlərdir (Mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə **********1572 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ikiqat məbləğdə gömrük yığımları (02) - 120 AZN, idxal gömrük rüsumu (20) - 0 AZN, əlavə dəyər vergisi (32) - 741,74 AZN, elektron gömrük xidməti haqqı (75) - 60 AZN, elektron gömrük xidməti üzrə ƏDV (85) - 10,80 AZN), xx.xx.2024-cü il tarixdə Şəxs tərəfindən **********1572 sorğu nömrəli gömrük bəyannamələrinin müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi üçün ödənilmiş ödənişlər həmin gömrük bəyannaməsində “Hesablanmanın detalları” adlı Qrafa B-də göstərilmişdir (Mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların **********1572 sorğu nömrəli gömrük bəyannaməsi üzrə gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları (02) - 120 AZN, elektron gömrük xidməti haqqı (75) - 60 AZN, elektron gömrük xidməti üzrə ƏDV (85) - 10,80 AZN, cəmi 190,8 AZN təşkil edir. Bu isə Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tərkibini yaradır. İş üzrə tərəflərə-barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxsə və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 2-ci şöbənin rəisi Cavid Dadaşov tərəfindən tərtib edilmiş 07 mart 2025-ci il tarixli, 3-33-3100/012/007210 nömrəli raportdan görünür ki, Şəxs (VÖEN **********) tərəfindən xx.xx.2024-cü il tarixli **********1572 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 4120,80 AZN, netto çəki 600kq) mal müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Malın müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti xx.xx.2025-ci il tarixində bitməsinə baxmayaraq 229 nömrəli Nazirlər Kabinetinin qərarının 3.2 və 3.3-cü bəndlərinin tələbləri pozularaq digər gömrük proseduru altında yerləşdirilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Monitorinq şöbəsinə təhkim olunmuş baş inspektor gömrük xidməti mayoru Ceyhun Əmirxanov tərəfindən tərtib edilmiş 09 dekabr 2024-cü il tarixli, 3-33-3100/020/033785 nömrəli raportdan görünür ki, Şəxs MMC (**********) tərəfindən xx.xx.2024-cü il tarixdə **********1572 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 4120,80 AZN, netto çəkisi 600 kq) mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Məlumat üçün bildirmək istəyirəm ki, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi məqsədi ilə “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 nömrəli və “Mallara gömrük təminatının vurulması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2012-ci il tarixli, 253 nömrəli Qərarlarının tələblərinə uyğun olaraq gömrük nəzarətinin forması olan gömrük baxışının həyata keçirilməsi üçün şirkət nümayəndəliyi ilə dəfələrlə əlaqə saxlanılmış, lakin gömrük baxışının aparılmasına şərait yaradılmamışdır. Daha sonra xx.xx.2024-cü il tarixli, 3- 33-3100/2-004871/2024 nömrəli məktubla Şəxs MMC-nin nümayəndəsi X3 gömrük baxışının həyata keçirilməsinin qısa müddətdə təmin edilməsi barədə məlumat verilmişdir. Novruz Aslanovun gömrük baxışının həyata keçirilməsinə maneəçilik törətməsi gömrük nəzarəti altında olan mallar ilə qanunsuz əməliyyatlar aparılması ehtimalı yaradır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı Həbib Hacızadə tərəfindən tərtib edilmiş 19 may 2025-ci il tarixli, 3-33-3100/013/015317 nömrəli raportdan görünür ki, icraatında olan 3-33-3100/020/033785 saylı raporta əsasən Şəxs MMC (**********) tərəfindən xx.xx.2024-cü il tarixdə **********1572 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 4120,80 AZN, netto çəkisi 600 kq) mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi məqsədi ilə “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 nömrəli və “Mallara gömrük təminatının vurulması Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2012-ci il tarixli, 253 nömrəli Qərarlarının tələblərinə uyğun olaraq gömrük nəzarətinin forması olan gömrük baxışının həyata keçirilməsi üçün şirkət nümayəndəliyi ilə dəfələrlə əlaqə saxlanılmış, lakin gömrük baxışının aparılmasına şərait yaradılmamışdır. Daha sonra xx.xx.2024-cü il tarixli, 3-33-3100/2-004871/2024 nömrəli məktubla Şəxs MMC-nin nümayəndəsi X3 gömrük baxışının həyata keçirilməsinin qısa müddətdə təmin edilməsi barədə məlumat verilmişdir. Novruz Aslanovun gömrük baxışının həyata keçirilməsinə maneəçilik törətməsi gömrük nəzarəti altında olan mallar ilə qanunsuz əməliyyatlar aparılması ehtimalı yaratmışdır. Həmçinin icraatında olan 3-33-3100/012/007210 saylı raporta araşdırılması zamanı yuxarıda qeyd olunmuş Şəxs (VÖEN **********) tərəfindən xx.xx.2024-cü il tarixli **********1572 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 4120,80 AZN, netto çəki 600kq) mal müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Malın müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti xx.xx.2025-ci il tarixində bitməsinə baxmayaraq 229 nömrəli Nazirlər Kabinetinin qərarının 3.2 və 3.3-cü bəndlərinin tələbləri pozularaq digər gömrük proseduru altında yerləşdirilməmişdir. Şəxs MMC tərəfindən eyni sorğu nömrəli bəyannamə üzrə 2 fərqli araşdırmanın bir icraatda birləşdirilməsi zərurəti yaranmışdır. Odur ki, Şəxs MMC-nin barəsində olan 3-33-3100/020/033785 saylı və 3-33-3100/012/007210 saylı raportların bir icraatda birləşdirilməsinə dair göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı Həbib Hacızadə tərəfindən tərtib edilmiş 23 may 2025-ci il tarixli, 3-33-3100/013/015940 nömrəli raportdan görünür ki, Hava Nəqliyyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat Şöbəsinin icraatında Rəsmiləşdirmə Mərkəzinin 2-ci şöbəsindən daxil olmuş Şəxs MMC (VÖEN:**********) barəsində olan materiala əsasən xx.xx.2024-cü il tarixli **********1572 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 1) “müvəqqəti saxlanc” prosedurunda yerləşdirildiyi zaman ödənilmiş gömrük ödənişlərinin miqdarı; 2) “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdiriləcəyi zaman ödənilməli olacaq gömrük ödənişlərinin miqdarı; 3) “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdiriləcəyi zaman ödənilməli olan gömrük ödənişləri ilə yuxarıda göstərilən gömrük bəyannamələri əsasında “müvəqqəti saxlanc” prosedurunda yerləşdirildiyi zaman ödənilmiş gömrük ödənişlərinin arasında fərqin yaranıb-yaranmaması, əgər yaranırsa əlavə ödənilməli olan gömrük ödənişlərinin miqdarı; Yuxarıda göstərilənlər barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə məlumat verilməsi üçün Rəsmiləşdirmə Mərkəzinə göstəriş verilməsi xahiş edilmişdir. İnzibati xəta haqqında 19 iyun 2025-ci il tarixli, 00800-00807/25 saylı protokoldan görünür ki, rəsmiləşdirmə Mərkəzinin 2-ci şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33- 3100/012/007210 nömrəli raporta əsasən Şəxs tərəfindən xx.xx.2024-cü il tarixli **********1572 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 4120,80 AZN, netto çəki 600kq) mal müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Malın müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti xx.xx.2025-ci il tarixində bitməsinə baxmayaraq 229 nömrəli Nazirlər Kabinetinin qərarının 3.2 və 3.3-cü bəndlərinin tələbləri pozularaq digər gömrük proseduru altında yerləşdirilməmişdir. Həmçinin Monitorinq şöbəsindən daxil olmuş 3-33-3100/020/033785 saylı raporta əsasən Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə **********1572 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 4120,80 AZN, netto çəkisi 600 kq) mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi məqsədi ilə “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 nömrəli və “Mallara gömrük təminatının vurulması Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2012-ci il tarixli, 253 nömrəli Qərarlarının tələblərinə uyğun olaraq gömrük nəzarətinin forması olan gömrük baxışının həyata keçirilməsi üçün şirkət nümayəndəliyi ilə dəfələrlə əlaqə saxlanılmış, lakin gömrük baxışının aparılmasına şərait yaradılmamışdır. Daha sonra xx.xx.2024-cü il tarixli, 3- 33-3100/2-004871/2024 nömrəli məktubla Şəxs MMC-nin nümayəndəsi X3 gömrük baxışının həyata keçirilməsinin qısa müddətdə təmin edilməsi barədə məlumat verilmişdir. Novruz Aslanovun gömrük baxışının həyata keçirilməsinə maneəçilik törətməsi gömrük nəzarəti altında olan mallar ilə qanunsuz əməliyyatlar aparılması ehtimalı yaratmışdır. Aparılan araşdırma ilə əlaqədar Şəxs tərəfindən müvəqqəti saxlancda yerləşdirilmiş gömrük nəzarəti altında olan mallardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi hallarını müəyyən etmək məqsədilə mallara baxış keçirilməsi zərurəti yaransa da, MMC tərəfindən buna şərait yaradılmamış, bu da öz növbəsində xx.xx.2024-cü il tarixdə **********1572 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 4120,80 AZN, netto çəkisi 600 kq) müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş mallar, yəni gömrük nəzarəti altında olan mallar ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi halının baş verdiyini sübut edir. “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 saylı Qərarına əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Material üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli “gömrük baxışının keçirilməsi haqqında” protokoldan görünür ki, Şəxs tərəfindən xx.xx.2024cü il tarixli **********1572 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 4120,80 AZN, netto çəki 600kq) mal müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi ünvanında olan anbarında yerləşdirilmişdir. Hüquq şəxs isə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunun tələblərinə (müddətə), şərtlərinə riayət etməmiş, gömrük orqanının müəyyən etdiyi müddətin başa çatmasına baxmayaraq, malı digər gömrük proseduru altında yerləşdirməmişdir. X1 2-ci şöbəsindən daxil olmuş raportda qeyd olunmşdur ki, xx.xx.2024-cü il tarixində Şəxs tərəfindən **********1572 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi üçün ödənilməli ödənişlər **********1572 sorğu nömrəli gömrük bəyannaməsinin “gömrük ödənişlərinin hesablanması” adlı 47-ci qrafasının “məbləğ” sütununda qeyd olunmuş və qarşısında “05” kodu (şərti hesablama) yazılmış ödənişlərdir (Mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə **********1572 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ikiqat məbləğdə gömrük yığımları (02) - 120 AZN, idxal gömrük rüsumu (20) - 0 AZN, əlavə dəyər vergisi (32) - 741,74 AZN, elektron gömrük xidməti haqqı (75) - 60 AZN, elektron gömrük xidməti üzrə ƏDV (85) - 10,80 AZN), xx.xx.2024-cü il tarixdə Şəxs tərəfindən **********1572 sorğu nömrəli gömrük bəyannamələrinin müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi üçün ödənilmiş ödənişlər həmin gömrük bəyannaməsində “Hesablanmanın detalları” adlı Qrafa B-də göstərilmişdir (Mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların **********1572 sorğu nömrəli gömrük bəyannaməsi üzrə gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları (02) - 120 AZN, elektron gömrük xidməti haqqı (75) - 60 AZN, elektron gömrük xidməti üzrə ƏDV (85) - 10,80 AZN, cəmi 190,8 AZN təşkil edir. Bu isə Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tərkibini yaradır. Gömrük baxışının keçirilməsi haqqında 09 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, baş inspektor X2 Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92.2, 92.2.6-cı maddələrinə əsasən, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi səsəbindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99-cu maddəsinin tələbləri nəzərə alınmaqla bu protokolu tərtib etmişdir ondan ötrü ki, Şəxs MMC-nin nümayəndəsi X5 gömrük nəzarətinin forması olan gömrük baxışının həyata keçirilməsinə şərait yaratmadı, bu isə gömrük nəzarəti altında olan mallar ilə qanunsuz əməliyyatlar aparılması ehtimalı yaratmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-33-3100/2- 001275/2025 nömrəli məktubdan görünür ki, məktubun mətni “Şəxs (VÖEN **********) tərəfindən xx.xx.2024-cü il tarixli **********1572 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 4120,80 AZN, netto çəki 600kq) mal müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Malın müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti xx.xx.2025-ci il tarixində bitməsinə baxmayaraq 229 nömrəli Nazirlər Kabinetinin qərarının 3.2 və 3.3-cü bəndlərinin tələbləri pozularaq digər gömrük proseduru altında yerləşdirilməmişdir. Qeyd olunan faktla bağlı Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsində araşdırma aparılır. Odur ki, araşdırma ilə əlaqədar izahat verməyiniz üçün 15 aprel 2025-ci il tarixində saat 11:00-da Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Təhqiqat şöbəsinə (inzibati bina 3-cü mərtəbə, 315 saylı otaq) gəlməyiniz vacibdir” məzmunda olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 491.1-ci maddəsinə əsasən Bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda inzibati məsuliyyət nəzərdə tutulur. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş səxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 224-cü maddəsinə əsasən gömrük ödənişləri dedikdə, gömrük rüsumları, əlavə dəyər vergisi, aksizlər, yol vergisi, gömrük yığımları, haqq, dövlət rüsumu başa düşülür. 247-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. 124.1-ci maddəsinə əsasən malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir. 176.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1, 496.1 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 491.1, 496.1 və 505-ci maddələri ilə təqsirli bilinərək daha ciddi xətaya görə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göründüyü kimi, hüquqi şəxsin daha ciddi xətaya yol verdiyi nəzərə alınarsa, İXM-in 491.1-ci maddəsinə görə malın dəyəri 4 120 manat təşkil etdiyindən, 30 faiz məbləğində cərimə tətbiq edildikdə bu, 1 236 manat edir. Lakin hüquqi şəxsin daha ciddi xəta hesab edilərək İXM-in 505-ci maddəsi ilə məsuliyyətə cəlb olunması halında isə ödənilməmiş gömrük rüsumu 190 manat təşkil etdiyindən, 70 faiz məbləğində cərimə tətbiq edilərsə, bu, daha az məbləğ olur. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1, 496.1 və 505-ci maddələri ilə təqsirli bilinməli və AR İXM-nin 34.3cü maddəsinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 491.1-ci maddəsinin sanksiyası həddində barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1, 496.1 və 505-ci maddələri ilə təqsirli bilinərək AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan, 4120.80 (dörd min yüz iyirmi manat səksən qəpik) manat təşkil edən malların ümumi dəyərinin otuz faizi məbləğində, yəni 1236,24 (min iki yüz otuz altı manat iyirmi dörd qəpik) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-4298/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4298/2025
15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver